EKOTƏRBİYƏNİN VƏ TƏHSİLİN METODİKİ MƏSƏLƏLƏRİ. Müasir şəraitdə insanın təbiətə münasibəti onun aktiv mövqeyindən, məsuliyyətindən asılıdır. İnsanın sosial və mənəvi məsuliyyəti, yəni təbiətə münasibəti zamanın tələbidir. Bununla bağlı əsas yeri ekotərbiyə tutur, bu ətraf mühitə olan məsuliyyəti, münasibəti formalaşdırır. İ.D.Zverev və T.İ.Suraveqina qeyd edirdilər ki, ekocavabdehliyə insanın təbiətə düzgün münasibətinin vacibliyi, onun təbiəti milli-ictimai mülk hesab etməsi, münasibətin nəticələrini qəbul etmək və elmi biliklərə arxalanmaq və s. daxildir. Ekotərbiyə prosesində elmi dünyagörüş formalaşır, o, insanın ətraf mühitə yanaşması və prinsiplərini tədqiq edir. Ekotərbiyənin əsasını elmi dünyagörüş tutur, cəmiyyətin təbiətlə qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün biliklərin dərindən mənimsənilməsinin formalaşdınlmasını izah edir. Təbii dəyərin başa düşülməsi (insan cəmiyyətinin müxtəlif tələbatının ödənilməsi mənbəyi kimi) həm bütöv, həm də geniş mənada qiymətləndirilməsidir. Elmi dünyagörüşün əsas komponenti insanın təbiəti qorumağa inamıdır. Həmin inam ətraf mühitdə baş verən həm emosional, həm də motivləşdirilmiş əlaqələri özündə cəmləşdirir. Motivlər - insanların fikirləri və hissləridir, bu insanı qarşısında qoyulmuş məqsədə çatmaq üçün istiqamətləndirir, insanın fəaliyyətini və bu fəaliyyəti necə həyata keçirəcəyini müəyyən edir. Ekotərbiyədə əsas yeri iqtisadi, sanitar-sağlam, elmi, humanist, estetik, vətənpərvər və başqa motivlər tutur. Belə ki, iqtisadi mühit təbii ehtiyatların səmərəli istifadəsini müəyyən edir. Sanitar-sağlamlıq motivləri insanın ətraf mühitinin qorunmasına və onun çirklənmədən müdafiəsinə yönəldilmişdir. Təbiətə qarşı sevgi vətənpərvər tərbiyənin əsas amildir. Ekoşüurun formalaşması tam bütöv ola bilməz. Əgər vətəndaşlıq borcu (vətən, əhali, dövlət) motivləri nəzərə alınmasa, təbii mühitin humanist və estetik motivləri o dərəcədə də qiymətləndirilə bilməz. Xoşxasiyyət insan uşaqlığından tərbiyə olunmalıdır, olunmasa, böyüyəndə kobud, eqoist ola bilər. Kobud insanların nəinki bitkilərə və heyvanlara ürəyi yanır, hətta insanlara qarşı da soyuq olurlar. Təbiətin mühafizəsi davranışında gərək əzəldən məsuliyyət hissi tərbiyə olunsun. İnsanda təbii mühitə inam intellektual bilikdən asılıdır: müxtəlif nəzəriyyələri, faktları, hadisələri analiz etmək və s. İnsanın vacib psixoloji əsaslandırması onun şəxsiyyətinin tərəflərini əks etdirir: təbiətə münasibət və hadisələrin qiymətləndirilməsi, baş verənlərin sübutu, marağı və şəxsiyyətin mənəvi prinsipləri və s. Ekomədəniyyətin əsas göstəricilərindən biri də praktik fəaliyyətdir. Burada təbii münasibətin motivləri, şəxsiyyətin müsbət tərəfləri formalaşır. Tərkibinə görə praktiki fəaliyyət müxtəlif ola bilər, amma bu fəaliyyət ətraf miihitin vəziyyətinin yaxşılaşmasına yönəldilməlidir. İnsan nəinki təbiətin tələbini, normalarını bilməlidir, hətta onun obyektiv zəruriliyini dərk etməlidir. Bu məqsədə çatmaq üçün tələbəyə nəinki sosial, etik biliklərin mənimsənilməsi, hətta praktik təcrübəyə yiyələnməsi vacibdir. Ona görə uşaqları ailədə məktəb çağlarından bu kimi ekotədbirlərə cəlb etmək onların dünyagörüşlərini formalaşdırır. Tələbələrin ətraf mühitlə bağlı sərbəst əlaqə formalarını iki növə ayırmaq olar: xarici və daxili. Daxili müstəqillik yaradıcılıq biliklərinin praktikaya tətbiqi üstündə qurulur. Ancaq onu da qeyd etmək olar ki, hər bir fəaliyyət öz qabiliyyətini o zaman büruzə verir ki, o maddi sübut kimi öz əməyinin nəticəsini görsün, başa düşsün və həzz alsın. Bu hadisə əməyə olan marağı artırır. Tələbələrdə bu məsuliyyəti, münasibətin formalaşması, biliklərin və vərdişlərin olması ilə bağlayırlar. Həmin bu vərdişləri iki qrupa bölmək olar: 1. Ətraf mühitin qiymətləndirilməsi və müşahidəsi ilə bağlı biliklər və vərdişlərin əldə edilməsi. 2. Təbii mühitin yaxşılaşması ilə bağlı faydalı ictimai fəaliyyət sahələrində biliklər və vərdişlərin əldə edilməsi.