EKOMƏDƏNİYYƏT VƏ EKOLOGİYA. Elmi-texniki tərəqqinin əsas şərtlərindən biri ekoloji mədəniyyətdir. Ekoloji bilik - ekoloji mədəniyyətin formalaşmasında əsas bir mərhələ sayılır. Ekoloji mədəniyyət - insanın təbiətə münasibətində bilik və bacarığın olması, ətraf mühitə qayğı ilə yanaşılması, təbiətin qorunub saxlanılmasına dair konkret hərəkətlərin ekotərbiyə və ekotəhsildə formalaşması məsələlərini əks etdirir. Ekoloji təhsilin əsas elementləri, bilik, vərdiş və bacarıq hesab edilir. Ekoloji təhsil:
1) əsas fikirlərin, anlayışların, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin açılması;
2) dəyərli ekoloji biliklərin formalaşması;
3) təbiətlə ünsiyyət münasibətlərinin inkişafı, real dünyanı mənəviestetik həyəcanlarla qəbul etmək;
4) təbiətdə qaydalara və normalara riayət etmək, təbii mühitin çirklənməsi və dağılmasının qarşısını almaq;
5) təcrübi biliklərin mənimsənilməsi, təbiətə neqativ təsirin qarşısını almaq (sənaye, kənd təsərrüfatı, nəqliyyat rekreasiya), onun vəziyyətini qiymətləndirmək və s. məsələləri əhatə edir. Saydığımız məsələlər ekologiya sahəsində biliklərin, təcrübi fəaliyyətin, ekoloji mədəniyyətin inkişafına, dünyanın təbii-elmi mənzərəsinin formalaşmasına yönəldilmişdir. Sosial ekoloji təhsildə mərkəzi yer, insan, cəmiyyət və təbiətlə cəmiyyətin birliyi aiddir. Bu fikrə əsasən nəinki təbii mühitin və cəmiyyətin inkişafına olan təsiri, həm də cəmiyyətin inkişafının təbii mühitin vəziyyətinə təsiri öyrənilir. İnsanla təbiət arasında olan qarşılıqlı təsir həm bioloji, həm də sosial kanallarla yerinə yetirilir. Sosial kanalın əsas elementi əmək fəaliyyətidir, bu əsasən təbiətin dəyişməsi ilə əlaqələr sosial faktorlar vasitəsilə həyata keçirilir. «İnsan-cəmiyyət-təbiƏt» sistemi siyasi, etik, estetik, hüquqi və başqa aspektlərə bölünür.
Son vaxtlar dövlətlərarası əməkdaşlığın prinsipləri ikitərəfli və çoxtərəfli, dövlətlərarası razılıqlar və konvensiyalar əsasında həyata keçirilir. BMT-nin hər keçirilən sessiyasında hər dəfə ckoproblcmlər haqqında söhbətlər aparılır. BMT Baş Assambleyasının qərarı ilə 1962-ci ildə «Təbii mühit və iqtisadi inkişaf» adlı qətnamə qəbul edilmişdir, orada ətraf mühit sahəsində BMT-nin siyasətində çoxlu açıqlamalar verildi. 1973-cü ildən başlayaraq xüsusi proqram fəaliyyət göstərir ki, bu «BMT-nin ətraf mühitə dair proqramı» (YUNEP) adlanır. S.D.Dcryabo və V.A.Yasvin qeyd edirdilər ki, insanın ətraf mühitə münasibəti onun subyektiv yanaşmasından asılıdır. Əsasən şəxsiyyətin dəyişməsi, onun effektiv, idrak sferasına aid olur. Onu da qeyd etmək olar ki, təbiət intensiv münasibəti qavrayış - effektiv komponentləri ilə xarakterizə olunur: 1) təbiətə estetik səviyyədə yanaşma; 2) onun həyati (vital) təzahürünə qayğıkeşliklə yanaşılması; 3) estetik mənimsəmə. Təbii obyektlərin estetik mənimsənilməsi dedikdə əsasən - qəbul etmə, başa düşülmə yaradıcılıq fəaliyyəti kimi başa düşülür: forma, rəng, səs fərqləri və s. Bu mənimsəmə nə qədər yüksək səviyyədə inkişaf etsə, bir o qədər də onları əldə etmək üçün insan çox cəhd edir. Təbiət əzəldən insana xidmət edib, şairləri, rəssamları və bəstəkarları yaradıcılığa ruhlandırıb. Estetik mənimsəmə - dünyanı qavramanın etika normaları prizmasından qəbul edilmə qabiliyyətidir. Bəzən estetik aspektlərin qavranılması vital (latınca vitalis - həyati) qavranma ilə ziddiyyət təşkil edir. Məsələn: insan, hansısa bir yırtıcının öz ovunu parçalamasmı müşahidə edir, bəzən özü də bu hərəkətlərə baxaraq, vəhşicəsinə qətllər törədir. İnsan bəzən mənfi emosiyaları özündə hiss edir. İnsanın həyatı üçün ən optimal ekoloji şəraitin yaradılması üçün insanla təbiətin qarşılıqlı əlverişli münasibətini qurmaq lazımdır. Suyun, havanın, torpağın tullantılarla çirklənməsi əhalinin sağlamlığına təsir edir. Ətraf mühitin yaxşılaşdırılmasına dair beynəlxalq hüquqi əməkdaşlıq müxtəlif istiqamətlərdə aparılır. Ekoloji böhran dövlətlərin birgə əməkdaşlığı nəticəsində dayandırıla bilər. Bu məqsədlə ikitərəfli və çoxtərəfli sazişlər imzalanır. Dövlətlərin ətraf mühitin yaxşılaşdırılması və mühafizəsi sahəsində əməkdaşlığı BMT çərçivəsində həyata keçirilir.
Dostları ilə paylaş: |