FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


EKOSİSTEM VƏ BİOGEOSENOZUN MAHİYYƏTİ



Yüklə 84,08 Kb.
səhifə21/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
EKOSİSTEM VƏ BİOGEOSENOZUN MAHİYYƏTİ. Qanunauyğun qarşılıqlı münasibətlərdə olan canlı orqanizmlər və onların mövcudluq şəraitinin maddələr dövranı baş verə bilən məcmusuna ekoloji sistem və ya ekosistem deyilir. Başqa sözlə, canlı orqanizmlər və qeyri-üzvi komponentlərin maddələrə dövranı baş verən məcmusu ekosistem adlandırılır( məs. meşə, çəmən, göl və s.). Bu termin 1935-ci ildə ingilis ekoloqu A.Tensli tərəfindən təklif olunmuşdur. O, göstərmişdir ki, bu cür yanaşmada üzvi və qeyri-üzvi amillər eyni hüquqlu komponentlər kimi çıxış edir və biz orqanizmi onun ətraf mühitindən təcrid edə bilmərik. Ekosistemlər dəqiq həcmə malik deyil və istənilən fəzanı tuta bilər. Tensli Yer səthində ekosistemlərə təbiətin əsas struktur vahidləri kimi baxırdı. Təbiətdə ekosistemlərin miqyası və bu sistemlərdə baş verən maddələr dövranı qapalılıq dərəjəsi də müxtəlifdir. Bəzi ekosistemlərdə maddənin kənara çıxması çox böyük olduğu üçün onun sabitliyi kənardan həmin miqdarda maddə daxil olması ilə saxlanılır. Yerdə olan ən iri ekosistemlər belə tam qapalı dövrana malik deyil. Ekosistem konsepsiyası ilə paralel olaraq biogeosenoz haqqında təlim də inkişaf etməkdədir ki, bunun da banisi V.N.Sukaçovdur (1942). Ekosistem və biogeosenoz mahiyyət etibarı ilə yaxın anlayışlar olsalar da sinonim deyildir. Əgər ekosistem hər hansı səviyyədə maddələr dövranını təmin edən sistemləri ifadə edirsə. Biogeosenoz ərazi anlayışı olmaqla canlı orqanizmlərlə əhatə olunmuş müəyyən sahəni, ərazini ifadə edir. Məsələn, adi su damcısı, dibçəkdəki çiçək, pilotlu kosmik gəmi və s. ekosistem ola bilər. Lakin, bunlar biogeosenoz anlayışına uyğun gəlmir. Bir ekosistemdə bir neçə biogeosenoz ola bilər. İstənilən biogeosenoz ekosistemdir. Lakin, bütün ekosistemlər biogeosenoz hesab oluna bilməz. Ekosistem canlı və cansız komponentlərdən ibarət ölçüsüz dayanaqlı bir sistemdir. Biogeosenoz isə dəqiq sərhəddi olan yerüstü qurumdur. «Ekosistem» anlayışı «biogeosenoza» nisbətən geniş anlayışdır.

Biogeosenoz iki əsas tərkib hissədən ibarətdir: ekotop (yun. «topos» - yer) – müəyyən ərazinin abiotik amillərinin məcmusu və biosenoz (lat. bios - həyat, senoz - cəmiyyət, ümumi) - qarşılıqlı əlaqədə olan və birgə məskunlaşmış orqanizmlərin məcmusu. Biosenoz özündə heyvanları (zoosenoz), bitkiləri (fitosenoz) və mikroorqanizmləri (mikrobosenoz) birləşdirir. Ekotop isə iqlim (klimatop) və torpaq-suxur (edafot) amillərindən ibarətdir. Bir neçə misal ilə müxtəlif komponentli ekosistemin funksiya baxımından eyni olmasını göstərmək çətin deyil. Göl ekosistemi - Burada produsent, yəni fotosintez və xemosintez əsasında qeyri-üzvi maddələrdən üzvi maddlər yarada bilən orqanizmlər, əsasən yosunlardır. Konsumentlər, yəni hazır üzvi birləşmələr hesabına yaşayanlar balıqlar, xərçənglər və s. su heyvanlarıdır. Bitki və heyvanlar öldükdən sonra onların cəsədlərini parçalayanlar (yəni redusentlər) rolunu bakterilər və başqa mikroorqanizmlər oynayırlar. Çəmənlik ekosistemi – Çəmənlikdə produsent mövqeyini ot bitkiləri, konsument mövqeyini antiloplar, gəmiricilər və s. redusent mövqeyini isə torpaq bakteriləri yerinə yetirirlər. Meşə ekosistemi – Meşədə ağaclar və kollar əsas produsent mövqeyi tuturlar: maral, donuz, quş, həşərat və s. konsumentlərdir, ağacda və köhnə xəzəl altında olan mikroorqinazmlər isə – redusent mövqeyi tuturlar. Misallardan görünür ki, hansı ekosistem olursa olsun onun yaşaması üçün cansız təbiət – produsent – konsument – redusent və yenə də cansız təbiət dövriyyəsi lazımdır. Həmin funksiyaları yerinə yetirən canlıların növ tərkibi fərqli ola bilər.



Dünyada ayrı-ayrı təbii bölgələrdə olan ekosistemlərin təsnifatı zəif öyrənilib. Onların tipləri, sinifləri və fəsilələri məlumdur, cinsləri və növləri haqqında isə də-qiq informasiya yoxdur və ya azdır. Eyni bioloji növün müxtəlif populyasiyası ayrı-ayrı ekosistemə daxil ola bilər. Məsələn, canavar dünyanın müxtəlif ekosisteminə daxil olan növdür. Yaz-yay aylarında Azərbaycan ekosistemlərinə daxil olan ağ ley-lək və qaranquş kimi quşlar qışda Afrika ekosistemlərinin üzvü olurlar. Deməli, ekosistemlər həmişə açıqdır. Onlar öz tərkib hissələrini mübadilə etməklə daha da möhkəmlənirlər.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin