RESPUBLİKA ƏRAZİSİNDƏ ÇAYLARIN EKOLOJİ DURUMU. Respublika ərazisindəki çaylar onun əsas su ehtiyatını təmin edir. Azərbaycanda 8400-ə qədər kiçik dağ çayları vardır ki, onlardan 24-nün uzunluğu 100 km-ə yaxındır. Onun 8188 ədədinin uzunluğu 25 km-dən az olduğu üçün kiçik çaylar hesab edilir. Azərbaycanın su ehtiyatları Cənubi Qafqaz ölkələri arasında ən az olub, onun 15%-ni təşkil edir. Respublikanın Şəki, Zaqatala, Xaçmaz, Kəlbəcər, Dağlıq Qarabağ, Gədəbəydə su problemi olmadığı halda, Qobustan-Abşeron regionunda və KürAraz ovalığının suvarma əkinçiliyi inkişaf edən ərazilərdə su qıtlığı problemi vardır. Məlumatlara görə 1995-2000-ci illər ərzində iqlim dəyişmələrinin orta illik temperaturu artmış, yağıntıların miqdarının azalması müşahidə edilmişdir. Bu gələcəkdə respublikamızda su ehtiyatının 15-18% azalmasına səbəb ola bilər.
Çaylarımıza, təbii komponentlərin müasir vəziyyətinə bir sıra kompleks amillər təsir göstərir. Bu amillərə ilk öncə antropogen xarakterli təsirlər, çayların səviyyəsinin pozulması, su axınının dinamik şəraitin dəyişməsi və sair təsirlər aid edilir. Çayların üzərində su elektrik stansiyalarının və sututarlarının tikilməsi, su axınının sürətinin azalmasına, buxarlanma və temperaturun artmasına, suda hidroloji və hidrokimyəvi rejimlərin və bunun nəticəsi kimi ekoloji şəraitin dəyişməsinə səbəb olur. Respublikamızın çayları yaratdığı problemə görə dünyada təbii fəlakətlərə ən çox məruz qalan regionlardan biridir. Sellər, daşqınlar, subasmalar hər il iqtisadiyyatımıza külli miqdarda zərər vurur. Azərbaycanın dağlıq, dağətəyi və xüsusilə də Kür çayının Arazla qovuşan yerindən aşağı olan hissəsində subasmalar nəticəsində iqtisadiyyatımıza vurulan ziyanın miqdan daha geniş və çox olmuşdur. Dağıdıcı daşlı palçıqlı sellər əsasən Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazilərindəki Katex, Şin, Kiş, Tikanlı, Nuxa, Dəmiraparan və Kürmiik çaylarında baş verir. Qobustan, Acınohur, Ccyrançöldəki çaylarda palçıqlı sellər müşahidə olunur. Bütün bu təbii təsirlər həmin ərazilərin ekoloji durumu və bioloji müxtəlifliyin normal ahəngini pozur və çox ciddi epidemioloji və epizootoloji təhlükə törədir. Ona görə də çay qıraqlarında bəndlərin tikilməsi və meşə zolaqlarının salınması istiqamətində dövlət tərəfindən ardıcıl olaraq müəyyən layihələr həyata keçirilir.
Azərbaycanın ən böyük çaylarına daxil olan Kür — 1515 km, Araz - 1072 km, Alazan (Qanıx) - 413 km, İoqri (Qabım) - 389 km, Sam ur- 216 km, Tərtər - 200 km uzunluğundadırlar. Kür çayı Qafqazın ən iri, Xəzər hövzəsinin Volqadan sonra ikinci böyük çayı olmaqla respublikamızın əsas şirin su mənbəyidir. O mənbəyini Türkiyənin Qızılgcdik dağından alaraq Xəzər dənizinə qədər 3 dövlətin (Türkiyə 200 km, Gürcüstan 400 km, Azərbaycan 915 km) ərazisində keçərək 1515 km məsafəni qət edir. Kür çayı fiziki coğrafi mövqeyinə görə - Yuxan Kür (Türkiyədən Borjomi dərəsinə qədər), Orta Kür (Boıjomi dərəsindən Mingəçevir dərəsinə qədər) və Aşağı Kür (Mingəçevirdən Xəzər dənizinə qədər) aynlır. Kür çayı 3 dövlətə məxsus olduğu üçün Azərbaycan dövləti özünün su balansını tənzim edə bilmir. Yuxan Kürün hamısı, Orta Kürün 50 faizi respublikamızın nəzarətindən kənarda qalır. Bundan əlavə Ermənistan və İran islam Respublikalanndan keçib gələn Araz çayı Kürün əsas qolu hesab edilir. Beləliklə, Kür suyunun kəmiyyət və keyfiyyət sabitliyi, onun ekoloji təmizliyi yalnız Azərbaycandan asılı deyildir. Kür çayı Türkiyədə dağlar arasından insanların az məskunlaşdığı ərazidən axdığı üçün antropogen təsirlərə məruz qalmır. Gürcüstan ərazisində yerləşən yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına sutkada 3 mln m3-ə qədər çirkab su axıdılır. Kür çayı Tiflis şəhərinin 40 kilometrlik ərazisində daha kəskin çirklənməyə məruz qalır. Gürcüstanın su müfəttişliyinin məlumatına əsasən Tiflis şəhəri daxilində çay suyunda olan zəhərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən (QSH) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, xrom 600 dəfə, mis, kudmium 10 dəfə, sink 13 dəfə, krot 8 dəfə, mədə-bağırsaq hasilləri 238 dəfə, saprofıl bakteriyalan 300 dəfə artıqdır (Ş.Xəlilov, 2000). Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln m3 çirkab sulan qəbul edən Kür çayı 20 km məsafədən sonra Rustavi şəhərindən yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində 100 min m3-lə sənaye və kommunal-məişət tullantılarından ibarət çirkab sularını qəbul edir.
Dostları ilə paylaş: |