Fənni üzrə


Mövzu 14: Əsgərin döyüşdə vəzifələri. Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti



Yüklə 431,5 Kb.
səhifə41/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   ...   38   39   40   41   42   43   44   45   46
Mövzu 14: Əsgərin döyüşdə vəzifələri. Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti
Əsgərin döyüşdə vəzifələri. Müasir döyüşdə əsgərin rolu olduqca artır.Döyüşdə nəaliyyət qazanmaq üçün döyüşçü öz silahını və döyüş texnikasını mükəmməl bilməli,onu daima döyüşə hazır halda saxlamalı və onları bacarıqla işlətməlidir. Döyüş vaxtı əsgərlərin vəzifələri Quru Qoşunlarının Döyüş Nizamnaməsində müəyyən edilmişdir. Əsgərin vəzifələri bunlardır:

  • Düşmən tanklarının, digər zirehli maşınların və təv-in döyüş imkanlarını ,onların güclü və zəif cəhətlərinin bilmək.

  • Tağımın ,öz manqasının döyüş tapşırıqlarını və özünün vəzifələrini bilmək

  • Daimi müşahidə aparmaq,düşməni aşkar edərkən bu barədə dərhal komandirə məlumat vermək

  • Hücum zamanı cəsarətli və qətiyyətli ,müdafiədə mətanətli və inadlı ,igidlik ,təşəbbüs və zirəklik göstərmək

  • Yoldaşa kömək etmək,döyüş zamanı ərazidən ,fərdi mühafizə vasitələrindən istifadə etmək

  • Qısa müddətdə səngər düzəltməyi,maneələrdən və zəhərli zonalardan keçməyi,tank əleyhinə və piyada əleyhinə minaların zərərsizləşdirməyi bacarmalı.

  • Düşmənin havadan hücum vasitələrini tanımaq,təyyarələrə və vertolyotlara atəş açmaq,onların zəif yerlərinin bilmək.

  • Komandirin icazəsi olmadan döyüşdə öz yerini tərk etməməli

  • Yaralanarkən və radiaktiv kimyəvi maddələrlə ,yandırıcı vasitələrdən zəhərlənərkən özünəyardım və qarşılıqlı yardım tədbirləri görmək və döyüşü davam etdirmək

  • Döyüş sursatının sərf olunmasına diqqət yetirməli,döyüş dəstinın yarısı sərf edildikdə bu barədə komandirinə məlumat verməli

  • Texnika zədələndikdə ,onu bərpa etmək üçün dərhal tədbir görməyə borcludur.

  • Komandirini mühafizə etmək və o, sıradan çıxan hallarda manqaya rəhbərliyi öz üzərinə götürməlidir.

Hücum zamanı əsgər manqanın heyətində fəaliyyət göstərir.O,hücum tapşırığını manqa komandirindən alır. Əsgər döyüş tapşırığını alıb aşağdakıları aydınlaşdırır:

  • oriyentirləri

  • düşmənin heyətini,yerinin və fəaliyyətinin xarakterini

  • onun atəş vasiələrinin harada yerləşdiyini

  • tağımın,manqanın və özünün vəzifələrini ,mq-a zəncirdə özünün yerini ,məhv edilməli hədəfi və ona atəş açmaq üsulunu

  • manqanın hansı nömrəli tankın arxasınca fəaliyyət göstərəcəyini və bu tankın fərqləndirici nişanını ,onunla qarşılıqlı fəaliyyətini ,habelə art.- nın və digər silahların atəşlərindən istifadə edilmə qaydalarını

  • ZTR –dən ,PDM –dən düşürüləcəyi yeri və düşürülmə qaydasını

  • Maneələri və digər əngəlləri dəf etmək qaydasını

  • Xəbərdarlıq,idarəetmə və qarşılıqlı fəaliyyət siqnallarını

  • Hücuma hazır olma vaxtını

Əsgərin fəaliyyətinin nəticəsi onun hücuma necə hazırlaşdığından asılı olur. Əsgər hücuma hazırlaşarkən aşağdakıları bilməlidir:

  • silahının saz olmasını yoxlayır və onu döyüşə hazırlayır

  • döyüş sursatının lazımı qədər olduğunu yəqin edir.

  • Fərdi mühafizə vasitələrinin sazlığını yoxlayır və səngərdən rahat çıxmaq üçün onun ön divarında pillələr düzəldir və yaxud oyuq açır

Gecə hücumuna hazırlaşarkən aşağdakıları bilməlidir:

  • hərəkət istiqamərindəki sahəni

  • azimut üzrə hərəkət istiqamətini öyrənir

  • gecə vaxtı oriyentir ola biləcək yerli əşyaları yadda saxlayır

  • gecə nişangahına malik silahı olan cihazı yoxlayır

  • gecə qaranlığını dəqiqləşdirmək üçün silahların patron sandıqlarına iz buraxan gülləli əlavə patronlar doldurur.

Həmləyə keçmək üçün hərəkət başlamazdan əvvəl əsgər atəş açır.Tanklar hücum üçün çıxış xəttinə yaxınlaşanda “manqaya,həmləyə hazırlaş” komandası üzrə o,süngü bıçağı avtomata birləşdirir,patron yuvasına patron yeridir və hücuma keçir.Manqa tankların və PDM(ZTR) köməyi ilə hücuma keçir.Manqa düşmən yerləşən tranşeyə 30-40 m qalmış əsgər hərəkəti azaltmadan hücum qumbaranı səngərə atır və qışqıraraq məsafəni sürətlə dəf edir. Əsgər düşməni həmlə vaxtı aşağıdakı qaydada (həmlə) fəndlərdən istifadə etməlidir:

  • qısa müddət dayanaraq atəş açmaq

  • yaxından üzbəüz atəş açmaqla

  • əl qumbarası, süngü və qundaq vasitəsilə.



Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin