Fənni üzrə


Kalaşnikov avtomatının(AK-74M) təyinatı, quruluşu və döyüş xassələri



Yüklə 431,5 Kb.
səhifə45/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   ...   38   39   40   41   42   43   44   45   46
Kalaşnikov avtomatının(AK-74M) təyinatı, quruluşu və döyüş xassələri. İlk avtomat XIX – XX asrin əvvəllərində yaradılıb.İlk avtomat tipli tüfəng ABŞ – da 1936 ildə “M - 1” 1937 – 38 illərdə “Conson və Pederson” qardaşlarının istehsal etdikləri “X- 29” avtomatı olmuşdur.SSRİ – də ilk avtomat 1938 ildə Rus ustası Tokarevin “SVT -38” və “AVS – 36” maqazinin tutumu 10 patron olan avtomat istehsal olundu. II Dünya müharbəsində isə “PPŞ - 41” (SSRİ) avtomatları istehsal olundu.(7,62mm) 1947 ildə Mixayıl Kalaşnikovun istehsal etdiyi AK- 47 avtomatı,1960 – 1970 illərdə isə AKM,AK – 74 avtomatları Rusiyanın Tula şəhərində istehsal olunub. Dünyada ən effektli silah kimi tanınır.Dünyanın 70% - i bu silahla silahlanıblar. Silah istehsalına görə Rusiya dünyada I və II yerləri bölüşdürür. Kalaşnikov avtomatlarının alıcıları Yaxın və Uzaq Şərq,Ərəb və Afrika ölkələri,Mərkəzi və Şərqi Avropa ölkələri,Orta və Uzaq Asiya ölkələri,MDB dövlətləridir. Kalaşnikov avtomatı AK-74M - fərdi silahdır, düşmənin canlı qüvvəsini məhv etmək üçündür. Əlbəyaxa döyüşdə avtomatla süngü – bıcaq taxılır. Avtomatdan 2 cür atəş açmaq olar:

  • Avtomatik atəş

  • Tək – tək atəş.

Atıcı silahların döyüş xassələri aşağdakı kimidir:

AKM AKSU –74 AK- 74M AKS - 74

1.Çapı (mm) 7,62 5,45 5,45 5,45

2.Nişangah uzunluğu 1000 500 1000 1000

- Yer hədəfinə 500 500 500 500

- Göy hədəfinə 400 300 800 800

3.Düzünə atəş (m)

- Döş hədəfinə 350 325 440 420

- Qaçan hədəfinə 525 400 625 615

4.Atəş tempi (d\at) 600 600 600 600

5.Atəşin sürəti fasiləsiz fasiləsiz fasiləsiz fasiləsiz

6.Növbələrlə atəş 100 100 100 100

7.Tək – tək atəş 40 40 40 40

8.Çəkisi (kq) 4,3 3,2 3,6 3,6

9.Süngü – bıcaq(qr) 370 370 370 370

10.Patronların sayı(ədəd) 30 30 30 30

11.Güllənin uçuş məs.(m) 3 km 1km 3km 3km

12.Güllənin təsiret. məs.(m) 1,5km 0,5km 1,5km 1,5km

13.Güllənin sürəti (m\s) 715 m\s 825 m\s 800m\s 800m\s

14.Yivlərin sayı 4 4 4 4



Avtomatın quruluşu aşağdakı kimidir:

  • lülə,lülə qutusu,nişangah tərtibatı və qundaq

  • lülə qutusunun qapağı

  • çaxmaq çərcivəsi və qaz porşeni

  • çaxmaq

  • qaz borusu

  • lülə üstlüyü

  • lülə yatağı

  • daraq

  • süngü- bıcaq,EAL,qayış və çanta

  • qaytarıcı mexanizmi

  • buraxıcı – zərbə mexanizmi

Avtomatın sökülməsi masa üzərində və ya təmiz döşənək üzərində yerinə yetirilir.Hissə və mexanizmlərin sökülməsi ardıcıllığı üzrə yerləşdirilir.Bu zaman ehtiyatlı olmaq, hissələri bir-birindən aralı söküb yığmaq zamanı güc, zərbə tətbiq etmək olmaz. Avtomat tam və ya natamam sökülə bilər. Avtomatın tam sökülməsi aşağıdakı hallarda ola bilər:

  • çox çirklənən hallarada

  • yağışın altında olarkən

  • qumlu və qarlı yerlərdə qalarkən

  • təmir vaxtı

  • başqa növ yağla yağlanarkən

Avtomatın natamam sökülməsi aşağıdakı kimidir:

  • darağı çıxartmaq

  • sol əllə avtomatı qundağın boynundan və ya lülə yatağından, sağ əllə isə daraqdan tutub baş barmaqla darağın rəzəsini basmaq

  • darağın aşağı hissəsini bir qədər irəli verməklə onu avtomatdan ayırmaq

  • xəzinədə patron olmadığını yoxlamaq

  • lülə qutusu qapağını çıxartmaq

  • çaxmaq çərçivəsindəki qaytarıcı mexanizmi çıxartmaq

  • sünbəni çıxartmaq

  • qaz borusunu lülə üstlüyü ilə birlikdə ayırmaq

  • penalı çıxartmaq

Avtomatı yığarkən onun bütün mexanizmlərini ardıcıllıqla yığmaq lazımdır.

Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin