Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti. Müşahidə yerdəki və havadakı düşmənə qarşı kəşfiyyat üsullarından biridir.O,hər cür döyüş əməliyyatı zamanı aparılır. Manqa müşahidə aparmaq üçün əsgərlərdən biri müşahidəçi təyin edilir. Müşahidəçiyə müşahidə cihazı verilə bilər.Müşahidəçi manqa komandirindən tapşırıq alarkən aşağdakıları tapşırır:
oryentirlərin və yerli əşyaların şərti adlarını
müşahidə sektorunu,zolağını,istiqamətini,rayonunu,obyektini
düşmən barədə və özlərinin bölmələri barədə məlumatları
müşahidə üçün harada yer seçmək və onun düzəldilməsi və maskalanması üçün nə etmək lazım gəldiyini
müşahidənin nəticələri barədə məlumat vermək qaydalarını
havadakı düşmən barədə xəbərdarlıq siqnallarını
Yerli əşyaların şərti adları çoxlu, bir – birinə oxşar yerli əşyalar olan sahələrdə səmtləşməsini asanlaşdırmaq üçün tətbiq olunur. Bu məqsədlə hər hansı əşyaya şərti ad verilir. Alınmış tapşırığı aydınlaşdırıb müşahidə yerini seçir və müşahidə aparır. Müşahidə aparmaq üçün yer,adətən komandirin yaxınlığında seçilir ki, müşahidənin nəticələri barədə şifahi məlumat vermək mümkün olsun. Bu yer geniş sahədə müşahidəni,habelə maskalanmanı,düşmənin atəşindən mühafizəni təmin etməli,oraya asanlıqla yaxınlaşmağa imkan verməlidir. Müşahidəçi elə yeləşdirilməlidir ki,hər şeyi görə bilsin. Müşahidə aparmaq üçün yer yüksəkliklərin,təpələrin zirvəsində,ayrıca yerləşən əşyaların tək ağac, kol, tikili,körpü,yolayrıcı yaxınlığında yer seçmək məsləhət deyil. Belə yerlər müşahidə üçün çox əlverişlidirsə, onda onların kölgəli tərəfində yerləşmək daha yaxşıdır. Səngərdə,çalada,xəndəkdə elə yerləşmək lazımdır ki,arxada hər hansı bir torpaq yığımı,təpəçik və ya kol olsun və onun fonunda müşahidəçinin başı nəzərə çarpmasın. Müşahidə aparmaq üçün müəyyən edilmiş sektor məsafə üzrə 3 zonaya ayrılır:
Yerdə 2 üsulla müşahidə aparmaq mümkündür:
Müşahidə yaxın,zonada başlayır və düşmənə tərəf sağdan – sola doğru aparılır.
Müşahidə aparakən əvvəlcədən sahədən uzununa və eninə keçən yollara,sonra meşələrin,kolluqların kənarlarına,yerli müdafiənin ətraflarına,bağlara,ayrı – ayrı yerli əşyalara diqqətə nəzərdən keçirilir.
Maskalanmanı pozan bir sıra əlamətlərə görə də düşməni aşkar etmək mümkündür.Belə əlamətlər təkər izləri,daldanacaqlarda gedən cığırlardan,silah və hərbi texnikanı maskalamaq üçün istifadə olunmuş solğun ağac yarpaqlarından və otdan,adətən tüstü olmayan yerlərdə görünən tüstüdən barət ola bilər.Hər hansı bir sahədə düşmənin əlamətləri aşkar edildikdə həmin yeri müşahidə cihazları vasitəsilə xüsusən diqqətlə nəzərdən keçirmək və hədəfin xarakterini təyin etmək lazımdır.