##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 2// level= 1// sumtest=20 // name= Fonetika. Danışıq səsləri. Sait və samitlər sistemi //



Yüklə 1,44 Mb.
səhifə2/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   2   3   4   5   6   7   8   9   ...   22

##num= 2// level= 1// sumtest=20 // name= Fonetika. Danışıq səsləri. Sait və samitlər sistemi //


1. Verilmiş sözlərdə hansı samitlər buraxılmışdır? As…alt, töh…ə, a…tobus

A) f, v, v

B) f, f, v

C) v, f, v

D) f, f, f

E) v, v, v

2. İlk dəfə olaraq səsləri əks etdirən yazı hansıdır və hansı səsləri bildirirdi?

A) Finikiya yazısında saitlər bildirilirdi

B) Minoy yazısında samitlər bildirilirdi

C) e. ə. III əsr Misir yazısında samitlər bildirilirdi

D) Yunan yazısında saitlər bildirilirdi

E) Uyğur yazısında həm saitlər, həm də samitlər bildirilirdi

3. Bu fonetikanın tədqiqat obyekti yazılı abidələrdir. Burada bu və ya başqa fonetik hadisə təhlil olunarkən dilin müasir səs sistemindən istifadə olunur.

A) tarixi fonetika

B) müqayisəli fonetika

C) təsviri fonetika

D) akademik təsviri fonetika

E) müqayisəli təsviri fonetika

4. Fikri yazının növləri olan heroqlif və mixi yazıları ən çox hansı ölkədə təşəkkül tapmışdır?

A) Ərəbistanda, Misirdə

B) Yunanıstanda, Hindistanda

C) Misirdə, Çində

D) Hindistanda, Çində

E) Yunanıstanda, Romada

5. Ədəbi dilin tələffüz normalarını şifahi dil üzərində qurmağı kim irəli sürmüşdür?

A) M. F. Axundzadə

B) C. Məmmədquluzadə

C) N. Vəzirov

D) Ö. F. Nemanzadə

E) Ü. Hacıbəyov

6. Dilortası, partlayan, cingiltili, saf samitdir. Ən çox sözün əvvəlində gələ bilir. Sözün ortasında və sonunda olduqca az işlənir. Söz sonunda gəldikdə ondan qabaq mütləq n samiti işlənməli olur. Bu, hansı samitdir?

A) k

B) c

C) g

D) ğ

E) d

7. Hansı söz birləşmələrinin asılı tərəflərinin son samiti kar tələffüz olunur?

I - barıt anbarı

II - kitab şkafı

III - palıd ağacı

IV - çəkic səsi

V - məktəb direktoru

VI - xalq ədəbiyyatı

A) II, III, V

B) II, IV, VI

C) I, II, IV, V

D) II, IV, VI

E) I, III, IV

8. Dilimizdə hansı saitlər qoşa yazıla bilir?

1 – a 2 – ı 3 – o

4 – u 5 – e 6 - ə

7 – i 8 – ö 9 – ü

A) 1, 3, 4, 6, 7

B) hamısı

C) 1, 3, 5, 7, 9

D) 2, 4, 6, 8

E) 1, 3, 6, 7

9. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilir?

1 – a 2 – ı 3 – o 4 – u 5 – e

6 – ə 7 – i 8 – ö 9 – ü

A) 1, 3, 5, 7, 9

B) hamısı

C) 1, 3, 4, 5, 6, 7, 8

D) 1, 2, 3, 4, 6, 8

E) 1, 3, 5, 6, 7, 9

10. Verilmiş üzvlərdən hansılar danışıq üzvüdür?

1 - udlaq

2 - nəfəs borusu

3 - bronxlar

4 - beyin - əsəb sistemi

5 - udlaq boşluğu

6 - damaq

7 - qulaqlar

8 - dilçək

9 - gözlər

10 - dişlər

A) 1, 2, 3, 5, 6, 8, 10

B) 4, 7, 9, 10

C) 1, 4, 7, 9, 10

D) 4, 9, 10

E) 1, 2, 4, 5, 6, 7, 8

11. Dilimizdə hansı saitlər uzun tələffüz oluna bilmir?

1 – a 2 – ı 3 – o

4 – u 5 – e 6 - ə

7 – i 8 – ö 9 – ü

A) 2, 3

B) 1, 2, 4, 9

C) 1, 3, 5

D) 2, 9

E) 1, 3, 7, 9

12. Sözlərdən hansının tərkibində qapalı sait iştirak etmir?

1 - pencək

2 - filoloq

3 – mərhəmət

4 - qəhrəman

5 - ədəbiyyat

A) 1, 3, 4

B) 2, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 4

13. Tərkibində qapalı sait iştirak edən sözləri ardıcıllıqla göstərin.

1 - göbələk 2 - filoloq

3 - zəhmətkeş 4 - qəhrəman

5 - ədəbiyyat

A) 1, 3, 5

B) 2, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 1, 2, 4

14. Verilmiş fikirlərdən hansılar səhv olub düzgün ardıcıllığı pozur?

1 - Dil, dodaqlar, səs telləri, sərt damaq və dilçək fəal danışıq üzvləridir.

2 - Nitqdəki bu və ya digər səsin yaranmasında danışıq üzvlərinin aldığı vəziyyətə məxrəc deyilir.

3 - Səs dilin əsas və bölünməz vahididir.

4 - Sözü fərqləndirə bilməyən səslər fonem vavriantları adlanır.

5 - Dilimizdəki bütün səslər məxrəcinə görə saf səslərdir.

6 - Sözlərdəki hecalar böyük, səslər isə kiçik fonetik vahidlərdir.

7 - Dilçilikdə fonemlərin əmələgəlmə xüsusiyyətləri və digər məsələləri ilə fonologiya məşğul olur.

A) 1, 3 və 5

B) 1, 2, 3, 5 və 7

C) 2, 4 və 5

D) 2, 3, 6 və 7

E) 3, 4, 5 və 6

15. Felin hansı zamanının inkarında eliziya hadisəsi baş verir? Ardıcıllıqla göstərin.

1 – şühudi keçmiş zamanda 2 – nəqli keçmiş zamanda

3 – indiki zamanda 4 – qəti gələcək zamanda

5 – qeyri - qəti gələcək zamanda

A) 1, 4

B) 1, 3

C) 2, 3, 5

D) 3, 5

E) 2, 4

16. Samit səslərin hansı prinsiplərə görə təsnif olunduğunu düzgün ardıcıllıqla göstərin.

1 – əmələgəlmə yerinə,

2 – səslənmə fərqinə görə

3 – əmələgəlmə üsuluna

4 – ağız və burun boşluğunda yaranmasına görə

5 – səs tellərinin vəziyyətinə

6 – tərkibinə görə

A) 1, 3, 5, 6

B) 2, 4, 6

C) 1, 2, 3, 5, 6

D) 1, 3, 4, 6

E) 1, 3, 5

17. Uyğunluğu tapın. Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur

II - yazıldığı kimi tələffüz olunmur

A - kənd axşamı B - gənc qız

C - qənd zavodu D - dörd rəqəmi

E - dörd alma

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

18. Dil haqqındakı fikirlərdə uyğunluğu göstərin.

A – səhv fikirlər

B – doğru fikirlər

1 – Dil xalqın tarixi ilə üzvi surətdə bağlı olur.

2 – Təfəkkür dilin ifadə aləti kimi təzahür edir.

3 – Dil və təfəkkür arasında qırılmaz vəhdət vardır.

4 – Dil məfhum və hökmlər vasitəsilə meydana çıxır.

5 – Dil zəruri ünsiyyət ehtiyacı əsasında yaranan obyektiv reallıqdır.

6 – Təfəkkür lüğəvi, dil isə qrammatik vahidlərdən istifadə edir.

A) A – 2, 4, 6; B – 1, 3, 5

B) A – 2, 4, 5; B – 1, 3, 6

C) A – 1, 2, 3, 5; B – 4, 6

D) A – 1, 3, 6; B – 2, 4, 5

E) A – 1, 3, 4; B – 2, 5, 6

19. Uyğunluğu tapın.

Hansı sözlərdə səslərlə hərflərin sayı

I – eynidir

II – eyni deyil

A - aktual, kauçuk, sual

B - müamilə, dairə, zəif

C - xain, sovqat, məişət

D - faciə, müəllif, çovğun

E - bəraət, fauna, raund

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

20. Fonetik yazıya aid edilən fikirlərdə uyğunluğu tapın.

I – səhv fikirlər

II – doğru fikirlər

A - Dildəki bütün səslərin incəliklərini əks etdirmir.

B - Dildəki səslərin kəmiyyət və keyfiyyətini əks etdirir.

C - Fonetik yazıda dilin bütün səsləri və onların variantları öz əksini tapır.

D - Fonetik yazı bu və ya başqa dilin səs sisteminin tədqiqinə xidmət edir.

E - Fonetik yazı praktik məqsəd üçün işlədilir.

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin