##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 22// level= 1// sumtest=30 // name= Vasitəsiz və vasitəli nitq //



Yüklə 1,44 Mb.
səhifə22/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 22// level= 1// sumtest=30 // name= Vasitəsiz və vasitəli nitq //


1. Nümunədə verilmiş vasitəsiz nitqin növünü müəyyənləşdirin.

Anası qızına tez - tez deyərdi: “Qızım, evə gələn qonağı gülər üzlə qarşılayarlar”.

A) Qeyri - müəyyən şəxsli cümlə

B) Şəxssiz cümlə

C) Cüttərkibli müxtəsər cümlə

D) Ümumi şəxsli cümlə

E) Cüttərkibli geniş cümlə

2. Sxemlərdən hansı vasitəsiz nitqə aid verilmiş cümləyə uyğun gəlir?

(V - vasitəsiz nitq , M –müəllifin sözü )

Yox dedi kim bilsin, indi o, harada işləyir.

A) “V, - m, - V”

B) “V”, - m

C) “V”, - m, - “V”

D) M: “V” , - m

E) M: “ V? “ - m

3. Sxemlərdən hansı vasitəsız nitqə aid verilmiş cümləyə uyğun gəlir?

(V - vasitəsiz nitq, M - müəllifin sözləri)

Getmə, Xavər, hara gedirsən deyə Kərimxan onu harayladı.

A) “ V? “ - m

B) M: “V? ”

C) M: “V” - m

D) “V”, - m

E) “V” , m, - “V”

4. «Müəllim dedi: «Sabah mən səndən dərsi soruşacağam» cümləsində vasitəsiz nitqi vasitəli nitqə necə çevirmək olar?

A) Müəllim dedi ki, sabah o, məndən dərsi soruşacaq.

B) Müəllim dedi ki, sabah mən ondan dərsi soruşacağam.

C) Müəllim dedi ki, sabah o, səndən dərsi soruşacaq.

D) Müəllim dedi ki, sabah mən səndən dərsi soruşacağam.

E) Müəllim dedi ki, sabah o, bizdən dərsi soruşacaq.

5. Tərkibində vasitəsiz nitq olan cümlə verilmiş sxemlərdən hansına uyğun gəlir?

(durğu işarələri buraxılmışdır)

Asta bir səslə Vaxtilə buraları çox gəzib dolaşmışam dedi.

A) M: «V»

B) M: «V», - m.

C) M: «V, - m, - v»

D) «V, - m, - v»

E) «V», - m.

6. Tərkibində vasitəsiz nitq olan cümlə verilmiş sxemlərdən hansına uyğun gəlir?

(durğu işarələri buraxılmışdır)

Qapıdan çıxanda nisgilli bir səslə Bir də səni görə biləcəyəmmi deyə soruşdu.

A) M: «V? » - m.

B) M: «V»

C) M: «V? », - m.

D) «V, - m, - v»

E) «V», - m.

7. Verilmiş xüsusiyyətlərdən hansı vasitəsiz nitqə aid deyildir?

A) Müəllifin sözlərinə xüsusi intonasiyanın - sadalama intonasiyasının köməyi ilə qoşulur.

B) Vasitəsiz nitq kimi özünün də əvvəllər söyləmiş olduğu sözləri eynilə işlətmək mümkündür.

C) Bir, iki, üç və daha çox sadə və ya mürəkkəb cümlədən ibarət ola bilir.

D) Başqasının eynilə işlətdiyimiz, dəyişilmədən verdiyimiz sözlərindən ibarət olur.

E) Təktərkibli cümlələr də vasitəsiz nitq kimi işlənə bilir.

8. Sitatlara aid verilmiş xüsusiyyətlərdən hansı səhvdir?

A) Başqasının sözləri olduğu kimi, bütöv şəkildə verilir.

B) Həmişə dırnaq içərisində yazılır.

C) Müəllifin nitqinin tərkibinə də daxil ola bilir.

D) Öz fikrini əsaslandırmaq, aydınlaşdırmaq üçün başqasının söylə - diklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlardır.

E) Elmi üslub üçün səciyyəvidir.

9. Cümlələrdən yalnız birində vergül qoyulmasını düzgün hesab etmək olar.

A) Şair, nə tez qocaldın sən? !

B) Bu, gecə qorxulu bir yuxu gördüm.

C) O, gəldi.

D) Salatın, ancaq sənə inanırdı.

E) Mən ki, damdan, bacadan baxmaz idim.

10. Verilmiş xüsusiyyətlərdən hansılar vasitəsiz nitqə aid deyildir?

1 - Bəzən başlanğıcda kiçik hərflə də yazıla bilir. 2 - Bir, iki, üç və daha çox cümlədən ibarət ola bilir. 3 - Başqasının sözlərinin məzmunundan ibarət olur. 4 - Müəllif sözlərinə intonasiyanın köməyi ilə qoşulur. 5 - Üç vəziyyətdə işlənə bilir.

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 5

D) 2, 3, 5

E) 3, 4

11. Verilmiş xüsusiyyətlərdən hansılar vasitəsiz nitqə aiddir?

1 - Bəzən başlanğıcda kiçik hərflə də yazıla bilir. 2 - Bir, iki, üç və daha çox cümlədən ibarət ola bilir. 3 - Başqasının sözlərinin məzmunundan ibarət olur. 4 - Müəllif sözlərinə intonasiyanın köməyi ilə qoşulur. 5 - Üç vəziyyətdə işlənə bilir.

A) 2, 4

B) 1, 3, 5

C) 1, 2, 5

D) 2, 3, 5

E) 3, 4

12. Sitatlara aid verilmiş xüsusiyyətlərdən hansılar səhvdir?

1 - Başqasının sözləri olduğu kimi, bütöv şəkildə verilir.

2 - Həmişə dırnaq içərisində yazılır.

3 - Yalnız bədii əsərlərdə işlənir.

4 - Müəllifin nitqinin tərkibinə də daxil ola bilir.

5 - Bəzən dırnaqsız da işlənir.

A) 1, 3, 5

B) 2, 4

C) 1, 2, 5

D) 2, 3, 5

E) 3, 4

13. Hansı cümlələrdə vergül düzgün qoyulmayıb?

1 - Siz ki, arif adamsınız Mikayıl əmi.

2 - Gəldim ki, ruhunu təmizləyim.

3 - Lovğalanıb a, görməmiş çox da belə fırıldama!

4 - Könlüm quşu, qanad çalmaz, sənsiz bir an, Azərbaycan!

5 - Ah çəkdim, başın üstə yarpaqlar əsdi, gülüm, sənin qəlbin əsmədi.

6 - Dağlara duman gəlsə, bil ki, mən çəkən ahdır.

A) 1, 3, 4

B) 1, 5, 6

C) 3, 4, 6

D) 1, 2, 3

E) 4, 5, 6

14. Hansı cümlələrdə vergül düzgün qoyulmayıb?

1 - O, ancaq sənə inanır.

2 - Ana, Vətən çağırır, getməliyəm.

3 - Bu, babamın yadigarıdır.

4 - Yoxsa, soyaram lap, dərini, adə, əkinçi!

5 - Nə qədər ki, özümdən çıxmamışam, rədd ol buradan!

6 - Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

A) 2, 3, 4

B) 3, 4, 5

C) 1, 4, 5

D) 1, 3, 4

E) 2, 5, 6

15. Verilmiş nümunələrin ikisində durğu işarələri buraxılmış ara cümlə var. O, hansı bənddədir?

1 - Ağaməcidin anası Qarınca xanım əslində bu qadının adı Məsmə idi Baharın qolundan bərk - bərk tutmuşdu .

2 - Ey ürək! Yoruldu fikirdən başım. 3 - Lalə xanım, Minayev dərin düşüncədən ayılıb dayandı məncə, biz mühüm bir nöqtəni yadımızdan çıxarırıq. 4 - Aha, belə de axşamın xeyir ola oğul, xeyr ola? 5 - Mənə elə gəldi ki, dağlardan həzin, qəmli bir bayatı eşidildi. 6 - Bəlkə bu yerlərə bir də gəlmədim.

A) 1, 3

B) 1, 4

C) 3, 6

D) 2, 4

E) 2, 3

16. Nümunədə hansı durğu işarəsi buraxılmışdır?

Cahandar ağa sakitcə cavab verdi O barədə sonra fikirləşərik.

1 - iki nöqtə

2 - dırnaqlar

3 - dırnaqlar, tire

4 - nöqtə, tire, dırnaqlar

5 - vergül, tire

6 - dırnaqlar, tire

A) 1, 2

B) 2, 3

C) 1, 5

D) 2, 6

E) 1, 4

17. Verilmiş cümlədə cümlə üzvlərinin sıralanma ardıcıllığı hansı bənddədir?

Kamalın və məktəb yoldaşlarının bu qələbəsi onlar üçün gözlənilməz, təsadüfi hadisə deyildi“.



A) Mübtəda, tamamlıq, təyin, təyin, xəbər

B) Tamamlıq, zərflik, xəbər

C) Mübtəda, tamamlıq, zərflik, xəbər

D) Tamamlıq, mübtəda, təyin, xəbər

E) Mübtəda, tamamlıq, zərflik, zərflik, xəbər

18. “Ev yiyəsi içəri girib qonaqlara xoşgəldin eləyəndə məni gördü“ cümləsinin sintaktik təhlili hansı bənddə ardıcıl göstərilib?

A) Mübtəda, zaman zərfliyi, vasitəsiz tamamlıq, xəbər

B) Mübtəda, tərzi - hərəkət zərfliyi, zaman zərfliyi, tamamlıq, xəbər

C) Zaman zərfliyi, tamamlıq, xəbər

D) Zaman zərfliyi, vasitəli tamamlıq, xəbər

E) Mübtəda, zaman zərfliyi, xəbər

19. Tərkibində vasitəsiz nitq olan cümlədə hansı durğu işarələri buraxılmışdır?

Ardıcıllığı gözləyin.

Durğu işarələri buraxılmışdır.

M. Qorki Düşmən təslim olmayanda onu məhv edərlər demişdir.

A) iki nöqtə, dırnaqlar, vergül, tire

B) Yalnız iki nöqtə

C) Dırnaq, iki nöqtə, vergül, tire

D) İki nöqtə, vergül, dırnaqlar, tire

E) İki nöqtə, dırnaqlar, vergül

20. Cümlədə buraxılmış durğu işarələri hansı bənddədir? Ardıcıllığı gözləyin.

Kərim xan Bilmirəm nə bilim o qədər Firudun var ki deyə cavab verdi .

A) iki nöqtə, dırnaqlar, vergül, tire

B) iki nöqtə, dırnaqlar, tire

C) dırnaqlar, iki nöqtə, vergül, tire

D) iki nöqtə, vergül, tire, dırnaqlar

E) iki nöqtə, tire, dırnaqlar

21. Vasitəsiz nitqdə buraxılmış durğu işarələri hansı bənddə verilmişdir?

Ardıcıllığı gözləyin.

Məgər mən haqlı deyiləmmi deyə gülümsündü.

A) Dırnaqlar, vergül, iki nöqtə

B) Dırnaqlar, iki nöqtə, sual, tire

C) Dırnaqlar, sual, vergül, tire

D) İki nöqtə, dırnaqlar, sual, tire,

E) Dırnaqlar, sual, nöqtə, dırnaqlar

22. Qoca tövrünü dəyişmədən Mən o günlərin canlı şahidiyəm dedi.

Cümlənin sxemi hansı bənddə düzgün verilmişdir?

Durğu işarələri buraxılmışdır.

( V - vasitəsiz nitq, M –müəllifin sözü )

A) M: “V”, - m

B) “V”, - M

C) M: V, m

D) “V” , - M - v”

E) M, “V”, m

23. Verilmiş xüsusiyyətlərdən hansılar vasitəsiz nitqə aid deyildir?

1 - Müəllifin sözlərinə xüsusi intonasiyanın - sadalama intonasiyasının köməyi ilə qoşulur.

2 - Vasitəsiz nitq kimi özünün də əvvəllər söyləmiş olduğu sözləri eynilə işlətmək mümkündür.

3 - Təktərkibli cümlələr vasitəsiz nitq kimi işlənə bilmir.

4 - Başqasının eynilə işlətdiyimiz, dəyişilmədən verdiyimiz sözlərindən ibarət olur.

5 - Bir, iki, üç və daha çox sadə və ya mürəkkəb cümlədən ibarət ola bilir.

A) 1, 3

B) 2, 4, 5

C) 1, 2, 5

D) 4, 5

E) 3, 4, 5

24. Cümlənin sxemini ardıcıl olaraq düzün.

(V - vasitəsiz nitq, M –müəllifin sözü )

Yox dedi kim bilsin, indi o, harada işləyir.

A) “V, - m, - V”

B) “V”, - m

C) “V”, - m, - “V”

D) M: “V” , - m

E) M: “ V? “ - m

25. Uyğunluğu müəyyən edin.

I Çox nöqtə (3)

II İki nöqtə

III Tire

1 - Bir sitat tam deyil, müəyyən buraxılışla verilirsə, buraxılmış sözlərin yerində qoyulur. 2 - Ümumiləşdirici sözlər həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl qoyulur.

3 - Həmcinş üzvlərdən əvvəl ümumiləşdirici söz gələrsə, onlardan əvvəl qoyulur.

4 - Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə arasında qoyulur.

5 - Dialoqlarda hər cümlənin əvvəlində qoyulur.

A) I 1; II 3, 4; III 2, 5

B) I 2, 4; II 3; III 1, 5

C) I 1, 3; II 2, 4; III 5

D) I 4, 5; II 1; III 2, 3

E) I 2, 5; II 1, 3; III 4

26. Uyğunluğu müəyyən edin.

I Vasitəsiz nitq

II Vasitəli nitq

1 - Bu nitqdə şəxs əvəzliyi və fellər dəyişir. Bəzən cümlənin məzmunu ilə əlaqədar olaraq zaman zərfləri də dəyişə bilir.

2 - Başqasının nitqi qrammatik, leksik və fonotik cəhətdən heç bir dəyişiklik edilmədən verilir.

3 - Müəllifin nitqinin əsas məzmununu saxlamaqla onun formasını müəyyən dərəcədə dəyişdirib öz nitqinin bir hissəsi kimi verir.

4 - Bu nitq durnaq arasına alınır və 1 - ci sözün ilk hərfi böyük yazılır. Dırnaqlar atılarsa, qarşisinda tire işarəsi işlənir.

5 - Bu nitq müəllifin sözlərindən sonra gələrsə, onun qarşısında 2 nöqtə qoyulur.

A) I 2, 4, 5; II 1, 3

B) I 1, 2, 4; II 3, 5

C) I 1, 2; II 3, 4, 5

D) I 2, 3, 5; II 1, 4

E) I 3, 4; II 1, 2, 5

27. Uyğunluğu müəyyən edin.

I Mötərizə II Nida

1 - Bu cümlələr əsas cümlə üzvlərindən bu işarə ilə ayrılır. 2 - Bu durğu işarəsi səs tonunun yüksəlməsini tələb edir. 3 - Cümlə içərisində bir sözün mənasını izah etmək və ya danışılanın kim olduğunu və. s göstərmək üçün söz və ya söz qrupu bu işarə ilə bildirilir. 4 - Yüksək hiss - həyəcanla deyilən xitablardan, bəli, cox gözəl, xeyr, yox və s. təsdiq, inkar sözlərindən sonra bu işarə qoyulur.

A) I 1, 3; II 2, 4

B) I 2, 3; II 1, 4

C) I 4; II 1, 2, 3

D) I 2, 4; II 1, 3

E) I 3, 4; II 1, 2

28. Uyğunluğu müəyyən edin.

I Vasitəli nitq II Vasitəsiz nitq

1 - Bu nitq öz ifadəsini tabeli mürəkkəb cümlələrdə tapır. 2 - Bu nitq özünün sintaktik bütövlüyünü, söz sırasını və cümlə intonasiyasını saxlayır. 3 - Bu nitqin müəllifin sözlərindən ayrılmasında xitablar, modal sözlər və nidalar müəyyən rol oynayır. 4 - Bu nitqdə şəxs formaları müəllifin nöqteyi - nəzərincə verilir. 5 - Müəllifin nitqi bu nitqin formalaşmasında böyük əhəmiyyətə malikdir.

A) I 1, 4; II 2, 3, 5

B) I 2, 4; II 1, 3, 5

C) I 1, 3; II 2, 4, 5

D) I 1, 4, 5; II 2, 3

E) I 3, 4; II 1, 2, 5

29. Uyğunluğu müəyyən edin.

I - M: «V», - m.

II - «V, - m, - v»

1 - Başını aşağı salıb gedə - gedə Deyəsən, qocalıram, ona görə də sözümü sayan yoxdur deyə fikirləşirdi.

2 - Uşaqlıqdan tanışıq dedi gəncliyimiz də bir yerdə keçib.

3 - Asta bir səslə Vaxtilə buraları çox gəzib dolaşmışam dedi.

4 - Olmaz dedi gəl sən bu işə qarışma.

5 - Qapıdan çıxanda nisgilli bir səslə Mən yenə də gələcəyəm dedi.

A) I 1, 3; II 2, 4, 5

B) I 2, 4; II 1, 3, 5

C) I 1, 3, 5; II 2, 4

D) I 1, 4, 5; II 2, 3

E) I 3, 4; II 1, 2, 5

30. Uyğunluğu müəyyən edin. Vasitəsiz nitqə:

I – aiddir II – aid deyil

1 - Bəzən başlanğıcda kiçik hərflə də yazıla bilir.

2 - Bir, iki, üç və daha çox cümlədən ibarət ola bilir.

3 - Başqasının nitqinin məzmunundan ibarət olur

4 - Müəllif sözlərinə intonasiyanın köməyi ilə qoşulur.

5 - Yalnız iki vəziyyətdə işlənə bilir.

A) I 1, 3; II 2, 4, 5

B) I 2, 4; II 1, 3, 5

C) I 1, 3, 5; II 2, 4

D) I 1, 4, 5; II 2, 3

E) I 3, 4; II 1, 2, 5



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin