##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 19// level= 1// sumtest=20 // name= Sadə cümlənin növləri //



Yüklə 1,44 Mb.
səhifə19/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 19// level= 1// sumtest=20 // name= Sadə cümlənin növləri //


1. Biri ümumi şəxsli cümlə deyil:

A) Hamı gərək el adətlərinə hörmətlə yanaşsın.

B) İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən.

C) Sənət seçəndə də gərək tələsməyəsən.

D) Dostu dar gündə tanıyarlar.

E) Həyata əyləncə gözü ilə baxmazlar.

2. “Vətəni düşmən əsarətindən xilas etmək böyük və müqəddəs vəzifəmizdir”.

Cümlənin sintaktik təhlil sxemini göstərin.

A) mübtəda - təyin - təyin - xəbər

B) tamamlıq - mübtəda - təyin - xəbər

C) mübtəda - zərflik - zərflik - xəbər

D) tamamlıq - tamamlıq - mübtəda - zərflik - xəbər

E) mübtəda - xəbər

3. Cərgələrin birində adlıq cümlə işlənib:

A). Hava sakit. . . Dəniz şəffaf. . . Səhər dilbər. . .

B) Dünya böyük, şəhərlər çox.

C) Səhər ertə. Dəmirçi Musanın dükanının qabağı. Dükan bağlıdır

D) Aydın yaz sabahı idi.

E) Dəniz sahili.

4. “Yadlar tapdağında qalmış vətəni düşmən əsarətindən xilas etmək böyük və müqəddəs vəzifəmizdir” cümləsinin növünü, mübtədasının nə ilə ifadə olunduğunu müəyyənləşdirin.

A) cüttərkibli geniş cümlə, məsdər tərkibi ilə

B) təktərkibli müxtəsər cümlə, məsdər tərkibi ilə

C) cüttərkibli geniş cümlə, feli sifət tərkibi ilə

D) cüttərkibli müxtəsər cümlə, feli sifət tərkibi ilə

E) təktərkibli geniş cümlə, III növ təyini söz birləşməsi ilə

5. Xəbəri şəxssiz feillə ifadə olunan şəxssiz cümləni göstərin.

A) Dünənki dərsdə sadə cümlələrdən də bəhs edilmişdir.

B) Qışın oğlan çağıdır.

C) Məktəbdən xaric edilməsi qərara alındı.

D) Ağzı əyrini boynunun ardından tanımaq olar.

E) Bu qan ağlayanlara kimdən cavab gözləmək?

6. Cərgələrin birində müxtəsər adlıq cümlələr verilmişdir:

A) Şuşa qalası. Vaqifin evi. Toy məclisi, oyun.

B) Qədim Azərbaycan. Bərdə padşahlığı. Uca və sənətkarlıqla işlənmiş bir qala.

C) Atəşgədə. Qürub vaxtıdır. Sağ tərəfdə böyük və əzəmətli bir öküz heykəli.

D) Salon səssiz. . . Zənci dalğın.

E) Kəndin kənarında səfalı bir yer.

7. Hansı sözlər şəxssiz feil kimi işlənib, şəxssiz cümlənin xəbəri vəzifəsində çıxış edər?

1 - silindi 2 - başa düşüldü 3 - səs verildi 4 - baxıldı

5 - döyüldü 6 - səsləndirildi 7 - göründü

A) 1, 4

B) 3, 4

C) 3, 5

D) 4, 7

E) heç biri

8. Aşağıdakı cümlələrdən ikisi ismi xəbərli cüttərkibli müxtəsər cümlədir.

1 - İdmançılar yarışın qalibləridir.

2 - Mənə yaman soyuqdur.

3 - İlin əvvəlləri idi.

4 - Şuşa qalası. Vaqifin evi.

5 - Elm vermək Allah rəhmətinə yaxınlaşmaqdır.

6 - Sənə yazığım gəlir.

7 - Qışın oğlan çağı idi.

A) 1, 5

B) 2, 3

C) 4, 6

D) 1, 7

E) 1, 3, 5

9. Hansılar qeyri - müəyyən şəxsli cümlələrdir?

1 - Bu uşağın qeyri - adi gələcəyi olacağını deyirlər.

2 - Dost yaman gündə tanınar.

3 - Ölənin dalınca danışmazlar.

4 - Gecə saat 2 - 3 radələrində gəlib aparırlar.

5 - Bu məsələyə bir elə diqqət yetrirmirlər.

6 - Dostları tez - tez ona baş çəkirlər.

A) 1, 4, 5

B) 1, 2, 6

C) 1, 3

D) 3, 5, 6

E) 2, 4, 6

10. Söz - cümlənin ifadə vasitəsi olmayan sözləri seçin.

1 - həmçinin 2 - aha 3 - bəs necə 4 - bəs 5 - ola bilsin ki 6 - bəlkə də 7 - ancaq

A) 1, 4, 7

B) 1, 3, 4

C) 2, 4, 6

D) 1, 3, 5

E) 3, 4, 7

11. Verilənlərdən ikisi söz - cümlənin ifadə vasitəsidir.

1 - şübhəsiz 2 - görəsən 3 - nə vaxt 4 - xeyr 5 - kim 6 - məgər

A) 1, 4

B) 1, 3

C) 4, 5

D) 3, 6

E) 1, 2, 4

12. Hansılar müxtəsər şəxssiz cümlədir?

1 - Elxan, bizim fikrimizcə, artıq gecdir.

2 - Hər şeyi üzə vurmazlar.

3 - Yayın isti bir günü idi.

4 - Piyada gəzmək xeyirlidir.

5 - Doğurdan, heç üzə vurmadılar.

A) 1, 3

B) 1, 3, 5

C) 4, 5

D) 2, 3, 5

E) 2, 4

13. “Xarici jurnalistləri uşaqların əl işləri sərgisinə baxmaq üçün dəvət etdilər”. Cümlə üzvlərini ardıcıl düzün.

A) təyin - tamamlıq - məqsəd zərfliyi - xəbər

B) təyin - tamamlıq - tamamlıq - səbəs zərfliyi - xəbər

C) mübtəda - səbəb zərfliyi - xəbər

D) təyin - tamamlıq - mübtəda - məqsəd zərfliyi - xəbər

E) tamamlıq - məqsəd zərfliyi - xəbər

14. “Nisə xanım ərinin illərlə tutqun qabulud sifətinin, nəhayət, vəzifə başında açılacağı ümidinin də boşa çıxdığını indi açıq - aydın görürdü” cümləsində cümlə üzvlərini ardıcıl düzün.

A) mübtəda - müəyyən vasitəsiz tamamlıq - zaman zərfliyi - tərzi - hərəkət zərfliyi - xəbər

B) mübtəda - tamamlıq - təyin - zaman - tərzi - hərəkət zərfliyi - xəbər

C) mübtəda - tamamlıq - təyin - təyin - zərflik - təyin - xəbər

D) mübtəda - zərflik - təyin - zərflik - xəbər

E) mübtəda - tamamlıq - tamamlıq - təyin - təyin - zərflik - zərflik - xəbər

15. “Təhsil idarəsinin müfəttişi Malik Məmmədovu rayon məktəblərini yoxlamağa göndərdilər”. Cümlə üzvlərini ardıcıl düzün.

A) təyin - tamamlıq - məqsəd zərfliyi - xəbər

B) təyin - tamamlıq - tamamlıq - səbəs zərfliyi - xəbər

C) mübtəda - səbəb zərfliyi - xəbər

D) təyin - tamamlıq - mübtəda - məqsəd zərfliyi - xəbər

E) tamamlıq - məqsəd zərfliyi - xəbər

16. Əvvəl cüttərkibli sadə cümləni, sonra ismi xəbərli şəxssiz cümləni, daha sonra qeyri - müəyyən şəxsli cümləni ardıcıl düzün.

1 - Qoy sevsin, oxşasın insan insanı 2 - İsti yay günlərindən biri idi. 3 - Xumarın bacısı uşaq həkimidir. 4 - Bakının sahil parkı şəhərin dilbər guşələrindən biridir. 5 - Hər şeyə yenidən baxdılar. 6 - Qaranlıq, yağışlı yanvar gecəsi idi. 7 - Çirkin sözlərinə qatırlar onu. Şeir bazarında satırlar onu.

A) 1 - 3 - 4 - 2 - 6 - 5 - 7

B) 1 - 3 - 2 - 4 - 6 - 5 - 7

C) 2 - 3 - 4 - 1 - 6 - 5 - 7

D) 1 - 2 - 4 - 6 - 5 - 3 - 7

E) 3 - 4 - 5 - 1 - 7 - 2 - 6

17. Uyğunluğu müəyyən edin.

I Cüttərkibli geniş cümlə

II Ümumi şəxsli cümlə

III Şəxssiz cümlə

1 - Yazın lap əvvəlləri idi.

2 - Nə tökərsən aşına, o da çıxar qaşığına.

3 - Sənət seçəndə də gərək tələsməyəsən.

4 - Bala baldan şirindir.

5 - Söyləyənə baxma, söylədiyinə bax.

6 - Axşam dəniz sahilində idik.

7 - Xəzər dənizində suitiyə az təsadüf olunur

A) I 4, 6; II 2, 3, 5; III 1, 7

B) I 3, 5; II 1, 2, 4; III 6, 7

C) I 2, 7; II 3, 4, 6; III 1, 5

D) I 6, 7; II 1, 3; III 2, 4, 5

E) I 4, 5; II 2, 7; III 1, 3, 6

18. Uyğunluğu müəyyən edin.

I Söz – cümlə

II Adlıq cümlə

1 - Bu cümlələr müstəqil mənalı sözlərlə ifadə olunur.

2 - Bu cümlələr müstəqil mənalı sözlərlə ifadə olunmur.

3 - Bu cümlələrdə əşya və hadisənin varlığı təsdiq edilir.

4 - Bu cümlələrdə danışanın o fikrə münasibəti ifadə edilir.

5 - Bu cümlə özündən əvvəlki fikirlərlə bağlıdır.

6 - Bu cümlələr, adətən, yazılı ədəbi dildə işlənir.

A) I 2, 4, 5; II 1, 3, 6

B) I 2, 3, 5; II 1, 4, 6

C) I 1, 2, 6; II 3, 4, 5

D) I 3, 4, 6; II 1, 2, 5

E) I 4, 5, 6; II 1, 2, 3

19. Uyğunluğu müəyyən edin.

I Qeyri - müəyyən şəxsli cümlə

II Ümumi şəxsli cümlə

III Şəxssiz cümlə

1 - Bu cümlə tipində hamı tərəfindən qəbul edilmiş, bir ümumi qayda şəklini almış hökmlər ifadə olunur.

2 - Bu cümlələrin xəbəri bir qayda olaraq, II şəxsin təkində və III şəxsin cəmində olur.

3 - Xəbəri III şəxsin təki ilə ifadə olunur.

4 - Bu cümlələrin xəbəri həmişə III şəxsin cəmi ilə ifadə olunur

5 - Yaz fəsli idi; Qışın oğlan şağıdır kimi cümlələr məhz bu cümlə tipindədir.

6 - Bu cümlələrdə görülən iş real və qeyri - real ola bilər.

A) I 4, 6; II 1, 2; III 3, 5

B) I 2, 4; II 1, 3; III 5, 6

C) I 3, 4; II 2, 5; III 1, 6

D) I 1, 5; II 2, 4; III 3, 6

E) I 5, 6; II 2, 3; III 1, 4

20. Uyğunluğu müəyyən edin.

I Adlıq cümlə

II Yarımçıq cümlə

1 - Bu cümlə tipinin dilimizdə işlənən ən əsas növü dialoqun qarşılıqlı replikalarından ibarət cümlələrdir.

2 - Bu cümlə tipində müxtəlif şəxslərin, əşyaların, hadisə və proseslərin yalnız adı çəkilir.

3 - Bir və ya bir neçə cümlə üzvü buraxılır.

4 - Bu cümlələrdə əşyalar haqqında heç bir məlumat verilmir.

5 - Bu cümlələrdə ikinci dərəcəli üzvlərin dinamikliyi zəifdir, onlar cümlə üzvlərindən daha çox, söz birləşmələrinin komponentlərini xatırladır.

A) I 2, 4, 5; II 1, 3

B) I 1, 2, 4; II 3, 5

C) I 2, 3; II 1, 4, 5

D) I 3, 4, 5; II 1, 2

E) I 3, 5; II 1, 2, 4

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin