##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 17// level= 1// sumtest=20 // name= Əlavələr. Həmcins üzvlər //



Yüklə 1.44 Mb.
səhifə17/22
tarix24.02.2020
ölçüsü1.44 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 17// level= 1// sumtest=20 // name= Əlavələr. Həmcins üzvlər //


1. Əlavəli işlənmiş cümlə üzvünü göstərin.

Hacı İbrahimxəlil kəndimizin ən varlı adamlarından idi, onun evi kəndin ayağında - göl başında idi”.



A) xəbər

B) mübtəda

C) zərflik

D) vasitəsiz tamamlıq

E) təyin

2. “İşə yenicə təyin olunmuş gənc mühəndis - Zahid Qarayev fəhlələri, ustaları, köməkçiləri - hamını yanına çağırdı və sonuncu - sayca doqquzuncu göstərişini verdi” cümləsində neçə əlavə işlənmişdir?

A) 2

B) 4

C) 3

D) 1

E) 5

3. “Sahə rəisi leytenant Muradov həmin yerdə - boz “Pobeda”nın yanında yumruqlarını pencəyinin cibinə basıb hərəkətsiz vəziyyətdə dayanmışdı” cümləsində əlavəsi olan cümlə üzvü hansıdır?

A) zərflik

B) xəbər

C) tamamlıq

D) təyin

E) mübtəda

4. “Alpinistlər irəlini - meşə zolağını diqqətlə gözdən keçirtdilər” cümləsində əlavə hansı cümlə üzvünə aiddir?

A) tamamlığa

B) xəbərə

C) mübtədaya

D) təyinə

E) zərfliyə

5. «Uşaqlar onuncu sinif şagirdi Aynurun itmiş boyunbağısını tapmaq üçün yuxarını - məktəbin bütün üst otaqlarını axtardılar, amma heç nə tapa bilmədilər» cümləsində əlavə hansı cümlə üzvünə aiddir?

A) tamamlığa

B) xəbərə

C) mübtədaya

D) təyinə

E) zərfliyə

6. “Mən dünən də, bu gün də dağları, düzləri, çölləri - bütün ətrafı gəzib dolaşmışam, hər yeri ələk - vələk eləmişəm, amma onları heç cür tapa bilməmişəm» cümləsində əlavə hansı cümlə üzvünə aiddir?

A) Bu cümlədə əlavə yoxdur

B) Əlavə mübtədaya aiddir

C) Əlavə tamamlığa aiddir

D) Əlavə xəbərə aiddir

E) Əlavə zərfliyə aiddir

7. Hansı cümlədə həmcins tamamlıqlar işlənmişdir?

1 - Burada fəhlə də, kəndli də tapmaq olardı. 2 - O, gözəl, girdəsifət, gənc bir qız idi. 3 - İtmiş quzunu tapmaq üçün bütün dağı, dərəni gəzdilər. 4 - Kənddən, qəsəbədən hamı axışıb gəlmişdi. 5 - Mən kitab da, dəftər də, hətta qəzet də götürmüşəm. 6 - Qızlar, gəlinlər özlərini tamamilə itirmişdilər.

A) 1, 3, 5

B) 2, 4, 6

C) 2, 3, 4

D) 1, 4, 5

E) 3, 5, 6

8. Ümumiləşdirici sözlərdə hansı durğu işarələri işlənir?

1 - vergül 2 - iki nöqtə 3 - mötərizə 4 - tire

A) 2, 4

B) 3, 4

C) 4

D) 1, 4

E) 1, 2, 4

9. Həmcins üzvlü sadə cümlələr hansı bəndlərdədir?

1 - Ərinin həlakından sonra istəyənlərə getməmiş, balasını ögey atalı etməmişdi. 2 - Bu yaşda uşaqların xatirəsində dəhşət və faciələr çox dərin iz buraxır. 3 - Görmürsən, indicə gəlib çatacaqlar. 4 - Həqq bilir, sözümə hiylə qatmazam mən. 5 - Bəzənirəm xanım döyür, bəzənmirəm ağa.

A) 1, 2

B) 1, 3

C) 4, 5

D) 2, 3

E) 3, 5

10. Həmcins üzvlü sadə cümlələr hansı bəndlərdədir?

1 - Alim də, şair də, dağda çoban da Deyir öz mahnısını ana dilində.

2 - Bəyimi çox istəyən, sevən hər bir kəs mənim də əzizimdir.

3 - Çox keçməmiş yasovulların hamısı atlandı, dəstə getdiyi yolla geri qayıtmağa başladı.

4 - Amma bir eybi var ki, işə yaman gecikir.

5 - Başı oynamağa qarışır, hər şey də yadından çıxır.

A) 1, 2

B) 1, 3

C) 4, 5

D) 2, 3

E) 3, 5

11. Hansı cümlələrdə əlavə işlənmişdir?

1 - Hər şey onun - Varisin gözünün qabağında olmuşdu.

2 - Qadın, kişi, qoca, cavan - hamı tarlada idi.

3 - Gül, ey nazlı vətən - Odlar torpağı!

4 - Pərşan: - Gəlin Şirzadı qorxudaq, - deyə pıçıldadı.

5 - Alpinistlər irəlini - meşə zolağını diqqətlə gözdən keçirtdilər

A) 1, 3, 4

B) 2, 4

C) 1, 3, 5

D) 1, 4, 5

E) 3, 4, 5

12. Hansı cümlələrdə əlavə işlənməmişdir?

1 - İdarədə, evdə - hər yerdə bir narahatlıq duyulurdu.

2 - Gül, ey nazlı vətən - Odlar torpağı!

3 - İyirmi birincisi Cəfərin qayını Yusif kimi gözəl idi.

4 - Yaşasın səadət - o yaz səhəri!

5 - Gənc mühəndis Zahid Qarayev fəhlələri, ustaları, köməkçiləri - hamını yanına çağırdı.

6 - Burda - «Xanəgah» deyilən yerdə qonaq otağı vardı.

A) 1, 3, 5

B) 2, 4

C) 1, 3, 4

D) 2, 4, 6

E) 3, 4, 5

13. “Həyətdəki qonşular, hətta Səlminaz arvadla Püstəxanım da Xanların buraya gəlməsindən xəbərsiz idilər “. Cümlə üzvlərini ardıcıl düzün.

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - zərflik 5 - təyin

A) 4 - 1 - 1 - 1 - 3 - 2

B) 5 - 1 - 1 - 3 - 4 - 2

C) 5 - 1 - 1 - 4 - 2

D) 5 - 1 - 1 - 1 - 3 - 2

E) 4 - 5 - 1 - 3 - 2

14. “Meşədəki o möhtəşəm tarixi daş qala aydın görünürdü”. Cümlə üzvlərini ardıcıl olaraq düzün.

1 - mübtəda

2 - xəbər

3 - təyin

4 - tamamlıq

5 - zərflik

A) 3 - 3 - 3 - 3 - 3 - 1 - 5 - 2

B) 3 - 3 - 3 - 1 - 3 - 2

C) 3 - 1 - 3 - 2

D) 5 - 3 - 3 - 3 - 1 - 2

E) 5 - 3 - 1 - 4 - 2

15. “Sözün hökmü meydan sürər uzaq vuran mərmilər tək”. Cümlə üzvlərini ardıcıl düzün.

1 - xəbər 2 - mübtəda 3 - tamamlıq

4 - zərflik 5 - təyin

A) 2 - 1 - 5 - 4

B) 2 - 5 - 1 - 4

C) 3 - 2 - 1 - 5

D) 2 - 1 - 3 - 5

E) 2 - 1 - 3 - 4 - 5

16. “Ayıbasardan cənuba doğru gedən araba yolu parça - parça əkilmiş zəmilərin arasından keçir, gah da Laçın dağının yəhər yastığına bənzəyən belinə qalxır, böyürtkən kolluğu içərisində görünməz olurdu”.

Cümlənin sintaktik təhlil sxemini ardıcıllıqla düzün.

A) təyin - mübtəda - təyin - yer zərfliyi - xəbər - yer zərfliyi - xəbər - yer zərfliyi - xəbər

B) təyin - mübtəda - yer zərfliyi - xəbər - təyin - tamamlıq - yer zərfliyi - xəbər

C) yer zərfliyi - mübtəda - yer zərfliyi - xəbər - təyin - yer zərfliyi - təyin - xəbər

D) mübtəda - təyin - yer zərfliyi - xəbər - mübtəda - təyin - yer zərfliyi - xəbər

E) təyin - mübtəda - təyin - yer zərfliyi - xəbər - mübtəda - tamamlıq - yer zərfliyi - xəbər

17. Uyğunluğu müəyyən edin.

I Sadə cümlə

II Mürəkkəb cümlə

1 - İzdiham ağır - ağır yoxuşu qalxır, getdikcə də küçə daralmağa başlayırdı.

2 - Pilləkənlərlə yuxarı dırmaşan adam düz buraya, Səltənətin evinə gəlirdi.

3 - Kəndimizin cavan oğlanları, qızları, gəlinləri – hamı bayram tonqalının ətrafına toplaşar, şən qəhqəhələrlə zarafatlaşardılar.

4 - Elə o biri qız da, siz özünüz də ancaq burada sizə aid olan, sizə tapşırılan ev işi ilə məşğul olun.

5 - Şah başa düşür söyür, gəda başa düşmür söyür.

6 - Araz geri axar, mən sənə yalvarmaram.

A) I 2, 3, 4; II 1, 5, 6

B) I 1, 2, 4; II 3, 5, 6

C) I 3, 5, 6; II 1, 2, 4

D) I 3, 4, 6; II 1, 2, 5

E) I 1, 5, 6; II 2, 3, 4

18. Uyğunluğu müəyyən edin.

I Tamamlığın əlavəsi

II Mübtədanın əlavəsi

III Zərfliyin əlavəsi

1 - Külək çöllərdən qalxan dumanı Salyan və Lənkəran tərəfə qovub aparır, hay - küy səsindən qulaq tutulurdu.

2 - Cəbhəçi əsgərin oğlu ilə görüşü hamıdan çox ananı – Asyanı sevindirirdi, ona az - çox ümid verirdi. .

3 - Deyəsən, məni bunlar – qalın kitabların mənası ilə silahlanmış həkimlər həyata qaytarırlar.

4 - Mən Rəşxəndəni – yeni qadın nəslinin bu gözəl nümayəndəsini yalnız indi olduğu kimi görməyə başladım.

5 - Buradan da Bərgüşad çayı aşağı – Araza doğru sallanır, o taydan basıb gələn dumanlar bu aranın gündüzünü gecəyə döndərir.

6 - Var olsun yaman günün yarağı – qaşlı xəncər!

A) I 2, 4; II 3, 6; III 1, 5

B) I 2, 3; II 1, 6; III 4, 5

C) I 2, 5; II 1, 3; III 4, 6

D) I 4, 6; II 2, 5; III 1, 3

E) I 4, 5; II 1, 2; III 3, 6

19. Uyğunluğu müəyyən edin.

I Həmcins üzvlər

II Əlavə

III Təyin

1 - İzah etdiyi üzvün formasını qəbul edir.

2 - Aralarında tabesizlik əlaqəsi mövcuddur.

3 - İzah etdiyi üzvün qrammatik formasını qəbul etmir.

4 - Eyni suala cavab verir.

5 - İzah etdiyi üzvdən sonra gəlir.

6 - Bir qayda olaraq, izah etdiyi üzvdən qabaq gəlir.

A) I 2, 4; II 1, 5; III 3, 6

B) I 2, 6; II 4, 5; III 1, 3

C) I 4, 5; II 1, 3; III 2, 6

D) I 2, 3; II 5, 6; III 1, 4

E) I 3, 4; II 1, 6; III 2, 5

20. Uyğunluğu müəyyən edin.

I Mübtəda

II Xitab

III Əlavə

1 - Həmişə asılı olduğu cümlə üzvündən sonra gəlir.

2 - Yalnız xəbərlə sintaktik əlaqədə olur.

3 - İzah etdiyi üzvün qrammatik əlamətlərini daşıyır.

4 - Cümlənin istənilən yerində gələ bilər.

5 - Ən çox cümlənin əvvəlində işlənir.

6 - Cümlə üzvləri ilə məna cəhətdən bağlı olsa da, qrammatik cəhətdən əlaqəyə girmir.

A) I 2, 5; II 4, 6; III 1, 3

B) I 1, 2; II 3, 4; III 5, 6

C) I 2, 3; II 1, 6; III 4, 5

D) I 2, 6; II 1, 4; III 3, 5

E) I 2, 4; II 3, 6; III 1, 5



Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə