##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 21// level= 1// sumtest=29 // name= Tabeli mürəkkəb cümlələr //



Yüklə 1,44 Mb.
səhifə21/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 21// level= 1// sumtest=29 // name= Tabeli mürəkkəb cümlələr //


1. “Niyyətin hara, mənzilin ora“. Cümlənin növünü tapın.

A) Xəbər budaq cümləsi

B) Yer budaq cümləsi

C) Sadə cümlə

D) Tamamlıq budaq cümləsi

E) Şəxssiz cümlə

2. “Hər kimə ki üz tutdum, ondan yüz bəla gördüm “. Cümlə haqqında səhv fikir hansıdır?

A) Vasitəsiz tamamlıq budaq cümləsidir, birinci tərkib hissə baş, ikinci tərkib hissə budaq cümlədir. Hər ikisi şəxssiz cümlədir.

B) Vasitəli tamamlıq budaq cümləsidir.

C) Bağlayıcı söz və əvəzlik qəlib işlənib.

D) Budaq cümlə əvvəl, baş cümlə sonra işlənib.

E) Hər iki cümlə cüttərkiblidir.

3. Verilmiş cümlələrin birində budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb.

A) Hansı pəncərədən işıq gəlsə, ora yüzlərcə güllə atılardı.

B) Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tutur.

C) Kimi su daşıyır, kimi ocaq qalayır, kimi də toyuqları yolurdu.

D) Səni kimdir sevən bica, qərənfil? !

E) Xəsislik elə bir nöqsandır ki, insanın ağlını xırdalaşdırır.

4. Budaq cümlələrin birində ədat bağlayıcı vasitə kimi iştirak edir.

A) Hava bir qədər tutuldumu, o saat kişinin vəziyyəti ağırlaşır.

B) Mənmi qocalmışam, ya zəmanəmi ! ?

C) Yoxmudur, gülüm, səndə heç insaf? !

D) At elə qaçırdı ki, sanki ayaqları yerə dəymirdi.

E) Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan! ?

5. Cümlələrin biri nəticə məzmunlu tərzi - hərəkət budaq cümləsidir.

A) Bir çıraq gördü ki, yağı talanmış.

B) Bizim borcumuz xalqı elə hazırlamaqdır ki, o gün hansı cəbhədə olacağını bilsin.

C) Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o, geriyə səndələyərək yerə sərildi.

D) Necə mən səni bura gətirmişəm, elə də gərək özümlə aparam.

E) Mən sönməz bir duyğuyam ki, ürəklərdə gəzərəm.

6. ”İyirmi ildir ki, qələm çalırsan, Yerdən də, göydən də ilham alırsan“. Cümlə haqqında hansı fikirlər doğrudur?

A) Mübtəda budaq cümləsidir.

B) Zaman budaq cümləsidir.

C) Sadə, geniş cümlədir.

D) Zaman əlaqəli tabesiz mürəkkəb cümlədir.

E) Qarşılaşdırma budaq cümləsidir.

7. “Ən elmli kəs odur ki, insanların elmini öz elmi ilə artırsın”. Cümlə haqqındakı doğru mühakimələr hansılardır?

A) Xəbər budaq cümləsidir. Baş cümlə əvvəl gəlib, bağlayıcı ilə bağlanıb, baş cümlədə əvəzlik qəlib işlənib.

B) Tabesiz mürəkkəb cümlədir. Tərkib hissələri arasında səbəb - nəticə əlaqəsi vardır.

C) Mübtəda budaq cümləsidir. 1 - ci tərkib hissə baş cümlədir, bağlayıcı ilə bağlanıb.

D) Xəbər budaq cümləsidir. Budaq cümlə əvvəl gəlib, xəbəri işarə əvəzliyi ilə ifadə olunub.

E) Təyin budaq cümləsidir. Baş cümlə əvvəl gəlib, bağlayıcı ilə bağlanıb.

8. “Müəllimim hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti”.

Nümunədə budaq cümlənin növünü müəyyənləşdirirn.

A) Xəbər budaq cümləsi

B) Mübtəda budaq cümləsi

C) Tamamlıq budaq cümləsi

D) Təyin budaq cümləsi

E) Zərflik budaq cümləsi

9. “Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tuta“.

Cümlə haqqında hansı fikir doğrudur?

A) Təyin budaq cümləsidir.

B) Zaman budaq cümləsidir.

C) Xəbər budaq cümləsidir.

D) Tabesiz mürəkkəb cümlədir.

E) Mübtəda budaq cümləsidir.

10. Vasitəsiz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələri göstərin.

1 - O başa düşdü ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var.

2 - Molla Sadıq inandı ki, Allahyar intiqam alacaq.

3 - Uşaqlar çalışırlar ki, birinci yerə çıxsınlar.

4 - Qaraca qız gördü ki, Ağca xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur.

5 - Onlara ədəblə hörmət etdiklərini, ağlaşmadan sonra çay - çörək verib yola saldıqlarını söylədilər.

6 - O qorxurdu ki, camaat arasında hörmətdən düşər.

A) 1, 6

B) 2, 5

C) 1, 4

D) 3, 5

E) 5, 6

11. İkisi mübtəda budaq cümləsini baş cümləyə bağlayan vasitə deyil.

1 - o, bu, elə, belə

2 - ki bağlayıcısı, - sa, - sə şərt şəkilçisi

3 - intonasiya

4 - bəziləri, nə qədər ki

5 - kim ki, hər kim ki, hər kəs (ki)

6 - nə, hər nə

A) 1, 4

B) 2, 5

C) 1, 3, 4

D) 2, 4, 5

E) 4, 6

12. Baş və budaq cümlənin əlaqələnməsinə xidmət etməyən vasitələr hansılardır?

1 - bağlayıcılar 2 - bağlayıcı sözlər 3 - ədatlar 4 - qoşmalar 5 - modal sözlər 6 - nidalar 7 - yiyəlik əvəzliyi

A) 4, 6, 7

B) 2, 4, 5

C) 1, 5, 7

D) 1, 3, 4

E) 2, 3, 5

13. Tabeli mürəkkəb cümlələri bağlayan vasitələrdən hansılar səhvdir?

1 - birləşdirmə və bölüşdürmə bağlayıcıları

2 - - mı, - mi, - mu, - mü, da, də ədatları

3 - bağlayıcı sözlər 4 - şəxs əvəzlikləri

5 - amma, ancaq bağlayıcıları

6 - intonasiya və - sa, - sə şəkilçiləri

A) 1, 4

B) 2, 4

C) 1, 5

D) 3, 6

E) 4, 5

14. Mübtəda budaq cümləsini seçin.

1 - Molla Sadıq inandı ki, Allahyar intiqam alacaq.

2 - Desinlər ki, şadlıq kitabı budur.

3 - Gözəl, sənə məlum olsun, Alışıban yanıram mən.

4 - Ədalət mülkündən kim üz çevirə, Ona aqil deməz ağıllı kimsə.

5 - Bəziləri də var ki, insana geyiminə görə qiymət verir.

A) 3, 5

B) 2, 3

C) 4, 5

D) 1, 3

E) 2, 3, 5

15. Tabeli mürəkkəb cümlələri bağlayan vasitələrdən ikisi səhvdir.

1 - ilə ( - la, - lə) , nə, nə də bağlayıcıları

2 - - mı, - mi, - mu, - mü, da, də ədatları

3 - ancaq, hətta, da(də) bağlayıcıları

4 - bağlayıcı sözlər

5 - modal sözlər və qarşılaşdırma bağlayıcıları

6 - intonasiya və - sa, - sə şəkilçiləri

A) 1, 3

B) 2, 3

C) 1, 4

D) 1, 5

E) 3, 6

16. Cümlə haqqında hansı mühakimələr doğrudur?

Söz sənindir, qardaş, necə desən, o qayda ilə işləmək borcumuzdur”.



Əvvəl yanlış, sonra doğru fikirləri ardıcıl düzün.

1 - Müqayisə məzmunlu tərzi - hərəkət budaq cümləsidir, budaq cümlə əvvəl, baş cümlə ondan sonra gəlib.

2 - Təyin budaq cümləsidir, baş cümlə əvvəl gəlib.

3 - Məqsəd məzmunlu tərzi - hərəkət budaq cümləsidir, bağlayıcı sözlə bağlanıb.

4 - Müqayisə məzmunlu tərzi - hərəkət budaq cümləsidir, budaq cümlə bağlayıcı sözlə bağlanıb.

5 - Şərt budaq cümləsidir, baş cümlə əvvəl gəlib.

6 - Qarşılaşdırma budaq cümləsidir, budaq cümlə əvvəl gəlib.

A) 1, 4, 2, 3, 5, 6

B) 2, 4, 6, 1, 3, 5

C) 1, 2, 4, 3, 5, 6

D) 1, 5, 6, 2, 3, 4

E) 1, 3, 4, 2, 5, 6

17. Hansı bənddəki cümlələr mübtəda budaq cümləsidir?

1 - Gözəllərdə qaydadır, Üz pörtər, sinə bağlar.

2 - Bir də xəyalından gəlib keçdi ki, O da Əmirxansız yaşaya bilməz .

3 - Çoxları da var ki, yeməyə yavan çörək də tapmır.

4 - Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.

5 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb.

A) 1, 2, 3

B) 1, 2, 5

C) 2, 3, 4

D) 1, 2

E) 2, 3, 5

18. “Eh, Əli, dərd burasındadır ki, bir - birimizə kömək eləmirik”. Cümlənin sintaktik təhlil sxemini göstərin.

1 - xəbər

2 - mübtəda

3 - təyin

4 - tamamlıq

5 - zərflik

A) 2 - 1 - 4 - 1

B) 2 - 2 - 4 - 1

C) 1 - 2 - 4 - 1

D) 2 - 1 - 2 - 4 - 1

E) 2 - 2 - 3 - 1 - 4 - 1

19. “Məgər yaxşı işdir ki, üç adamın arasında danışılan söz yüz adamın arasına çıxsın? ” cümləsi haqqındakı mühakimələri ardıcıl düzün.

A) mübtəda budaq cümləsi

B) xəbər budaq cümləsi

C) təyin budaq cümləsi

D) tərzi - hərəkət budaq cümləsi

E) şərt budaq cümləsi

20. Budaq cümlələri tiplər üzrə ardıcıllıqla düzün (I tip baş cümlə əvvəl, II tip budaq cümlə əvvəl gəlir) .

1 - Ağlına belə gəldi ki, onun Şirzada dediyi sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər. 2 - Kəssə hər kəs dünyada tökülən qan izini, Qurtaran dahi odur yer üzünü. 3 - On beş gün idi ki, Mahmud hissəyə gəlmişdi. 4 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb. 5 - Hava bir qədər tutuldumu, o saat kişinin vəziyyəti ağırlaşır.

A) 1 - 3 - 4 - 2 - 5

B) 2 - 3 - 5 - 1 - 4

C) 1 - 2 - 4 - 3 - 5

D) 4 - 5 - 1 - 2 - 3

E) 3 - 5 - 1 - 2 - 4

21. Verilmiş cümlədə budaq cümlənin növünü, baş və budaq cümlənin yerini, onları bağlayan vasitəni ardıcıl düzün.

Hansı evdə ölüsünü və ya dirisini tapsan, o evi talan etməyə əvvəlcədən sənə icazə verirəm“.



A) Təyin - budaq cümlə əvvəl gəlib, bağlayıcı söz və - sa şəkilçisi ilə bağlanıb.

B) Şərt - budaq cümlə əvvəl gəlib, - sa şəkilçisi ilə bağlanıb.

C) Təyin - baş cümlə əvvəl gəlib, bağlayıcı sözlə bağlanıb.

D) Tamamlıq - budaq cümlə əvvəl gəlib, bağlayıcı sözlə bağlanıb.

E) Mübtəda - baş cümlə əvvəl gəlib, - sa şəkilçisi ilə bağlanıb.

22. “Göyərçin hansı evdə yuva qursa, o evə xoşbəxtlik gələr”. Cümlə haqqındakı mühakimələri ardıcıl göstərin.

A) Təyin budaq cümləsi, budaq cümlə əvvəl, baş cümlə sonra gəlib, bağlayıcı söz və - sa şəkilçisi ilə bağlanıb.

B) Yer budaq cümləsi, budaq cümlə əvvəl gəlib, bağlayıcı sözlə bağlanıb.

C) Təyin budaq cümləsi, baş cümlə əvvəl gəlib, bağlayıcı söz və - sa şəkilçisi ilə bağlanıb.

D) Tərzi - hərəkət budaq cümləsi, baş cümlə əvvəl gəlib, bağlayıcı ilə bağlanıb.

E) Yer zərflikli sadə, geniş cümlədir.

23. “Qüvvətli olsan da, yoxsulu döymə. . . ” cümləsi haqqındakı düzgün mühakimələri ardıcıl göstərin.

A) Qarşılaşdırma budaq cümləsi, budaq cümlə əvvəl gəlib, şərt şəkilçisi və da ədatı ilə bağlanıb.

B) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir.

C) Xüsusiləşmiş zərflikli sadə geniş cümlədir.

D) Şərt budaq cümləsi, budaq cümlə əvvəl gəlib, şərt şəkilçisi və ədatla bağlanıb.

E) Qarşılaşdırma budaq cümləsi, baş cümlə əvvəl gəlib, şərt şəkilçisi və ədatla bağlanıb.

24. “Nə qədər qoca olsa da gərçi Vidadi xəstə, Yenə Vaqif kimi yüz oğlana dəyər“.

Cümlə haqqındakı düzgün mühakimələrin ardıcıl olduğu bəndi göstərin.

A) Tabeli, qarşılaşdırma budaq cümləsi, budaq cümlə əvvəl gəlib, bağlayıcı söz, şərt şəkilçisi və ədatla bağlanıb.

B) Xüsusiləşmiş zərflikli sadə geniş cümlədir.

C) Həmcins üzvlü sadə cümlədir.

D) Şərt budaq cümləsi, budaq cümlə əvvəl gəlib, bağlayıcı söz, şərt şəkilçisi və ədatla bağlanıb.

E) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir.

25. Mübtəda budaq cümləsi ilə bağlı uyğunluğu müəyyən edin.

I Qismətində nə varsa, o da sənə çatacaq.

II Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər.

1 - Məlum olsun ki, mən bu evdən getməyəcəyəm. 2 - Düz bir həftə idi ki, Qiyas yorğan - döşəyə düşmüşdü. 3 - Nə tökərsən aşına, o da çıxar qaşığına. 4 - Kim buna inanmırsa, sıradan çıxsın. 5 - Gözəl, sənə məlum olsun ki, alışıban yanıram mən.

A) I 3, 4; II 1, 2, 5

B) I 2, 3; II 1, 4, 5

C) I 1, 3, 4; II 2, 5

D) I 4, 5; II 1, 2, 3

E) I 1, 4, 5; II 2, 3

26. Budaq cümlələri baş cümləyə bağlayan vasitələrə görə uyğunluğu müəyyən edin.

I İntonasiya

II - sa( - sə)

III Bağlayıcı sözlər

1 - İstəyirsənsə, götür.

2 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir.

3 - Bəs eşitməmisən, “bəy ilə bostan əkənin tağı çiynində bitər?

4 - Kim buna inanmır, sıradan çıxsın.

5 - Həqqi bilən bilir, mən zənnü gümanə sığmazam.

6 - İşlər yoluna düşsə, qayıdıb gələ bilərsən.

A) I 3, 5; II 1, 6; III 2, 4

B) I 3, 6; II 1, 4; III 2, 5

C) I 1, 5; II 2, 6; III 3, 4

D) I 4, 5; II 1, 3; III 2, 6

E) I 5, 6; II 2, 4; III 1, 3

27. Uyğunluğu müəyyən edin.

I Xəbər budaq cümləsi II Mübtəda budaq cümləsi III Tamamlıq budaq cümləsi

1 - Şərtimiz də bu olsun ki, zirvəyə birinci çatan bayraq qaldırsın. 2 - Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını tez unudur. 3 - Birlik harada, dirilik orada. 4 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir. 5 - Kim buna inanmırsa, sıradan çıxsın. 6 - Bir deyən yoxdur ki, ay axmaq, cavan ömrünü niyə bunun yolunda çürüdürsən?

A) I 1, 3; II 2, 5; III 4, 6

B) I 1, 4; II 2, 6; III 3, 5

C) I 2, 3; II 4, 5; III 1, 6

D) I 3, 5; II 1, 6; III 2, 4

E) I 3, 4; II 1, 5; III 2, 6

28. Uyğunluğu müəyyən edin.

I Mübtəda budaq cümləsi (baş cümlə əvvəl gəlir)

II Xəbər budaq cümləsi (budaq cümlə əvvəl gəlir)

III Mübtəda budaq cümləsi (budaq cümlə əvvəl gəlir)

1 - İndiyədək hər kim ki ora gedib, sağ - salamat qayıtmayıb. 2 - Qəribə idi ki, sədrin üzündə heç bir qorxu - ürkü əlaməti yox idi. 3 - İndi hər kəs başını salamat saxlasa, ən ağıllı adam odur. 4 - Kim ki öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar. 5 - Kim Koroğlunun atını gətirsə, Toqatın sultanlıq taxt - tacı onundur. 6 - Çoxları da var ki, hələ də sərhədlərdə dayanıb dişlərini qıcayır.

A) I 2, 6; II 3, 5; III 1, 4

B) I 2, 5; II 3, 4; III 1, 6

C) I 4, 6; II 2, 3; III 1, 5

D) I 3, 5; II 1, 2; III 4, 6

E) I 1, 6; II 2, 5; III 3, 4

29. Uyğunluğu müəyyən edin.

I Söz var ki, gövhərdən, ləldən qiymətli. II O səbəbə gəlmişəm ki, səni də özümlə şəhərə aparım. III Desinlər ki, şadlıq kitabı budur.

1 - Ay həzərat, bir zamana gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz

2 - Mən sənin dostunam hamıdan əvvəl, Gəl ki, həsrətinlə ürək yanmasın“.

3 - Yol vermə ki, pislik qəlbimə dolsun.

4 - Ədalət mülkündən kim üz çevirə, Ona aqil deməz ağıllı kimsə.

5 - Adam var, al geyər, şalı bəyənməz.

A) I 1, 5; II 2; III 3, 4

B) I 2, 5; II 3; III 1, 4

C) I 3; II 1, 2; III 4, 5

D) I 1, 4; II 2, 5; III 3

E) I 5; II 2, 4; III 1, 3

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin