##num= 6// level= 1// sumtest=20 // name= = Leksikologiya. Müasir Azərbaycan dilində işlənən söz qrupları //
1. «Başlıca zahiri əlamətə - səslənməyə və daxili əlamətə - mənaya malik olma … üçün əsas xarakterik cəhətlərdir» cümləsində nöqtələrin yerinə konkret olaraq nə yazılmalıdır?
A) nitq hissələri
B) dil vahidləri
C) fonetika
D) cümlə üzvləri
E) terminlər
2. Dilin lüğət tərkibinin əlavə hissəsinə daxil olan söz qruplarından biri səhv verilmişdir:
A) ekspressiv sözlər
B) dialektizmlər
C) loru sözlər
D) vulqarizmlər
E) dar sahə terminləri
3. Leksik cəhətdən «tufan» və «qasırğa» sözlərinin məna fərqi nədədir?
A) Tufan az, qasırğa isə uzun müddət davam edir.
B) Tufan quruda, qasırğa isə dənizdə olur.
C) Tufan tədricən, qasırğa isə birdən başlayır.
D) Bunların heç bir məna fərqi yoxdur.
E) Tufan payız və qış aylarında, qasırğa isə, əsasən, yazqabağı baş verir.
4. Sözlərdən biri «soyuqlar zamanı şehin donmuş zərrələri» mənasını ifadə edir:
A) sırsıra
B) şəbnəm
C) qırov
D) jalə
E) buzbuza
5. Hansı fikir səhvdir?
A) Mücərrəd sözlərin böyük əksəriyyəti təqlidi əsasda yaranmışdır.
B) Əşyaların çıxardığı səslərin, təbiət hadisələri zamanı çıxan səslərin təqlidi əsasında yaranan sözlərə təqlidi sözlər deyilir.
C) Təqlidi sözlər çox müxtəlif hadisələri əks etdirir.
D) Dilimizdə bəzi canlıların adları da səs təqlidi əsasında yaranmışdır.
E) Təqlidi sözlərin dilin lüğət tərkibinin zənginləşməsində xüsusi rolu vardır.
6. Sözlərdən biri «sağmal heyvanların doğuşdan sonrakı ilk südü» mənasını ifadə edir:
A) ağuz
B) bulama
C) sağrı
D) süd
E) axtarma
7. Fikirlərdən hansılar yanlışdır?
1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir.
2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir.
3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.
4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.
5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.
6 - Müqayisəli leksikologiya dillərin qohumluğunu müəyyənləşdirməyə kömək edir.
A) 1, 4, 6
B) 2, 4, 5, 6
C) 1, 3, 5
D) 2, 3, 5, 6
E) 3, 4, 5
8. Dilin lüğət tərkibinin əlavə hissəsinə daxil olan söz hansı qrupları səhv verilmişdir?
1 - ekspressiv sözlər 2 - dialektizmlər
3 - loru sözlər 4 - vulqarizmlər
5 - kommunikativ sözlər
A) 1, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
9. Hansı sözlərin leksik mənası düz verilməmişdir?
1 - alaqapı - dar, kiçik həyət qapısı
2 - alaf - heyvanlara verilən yem (ot, saman, küləş və s. )
3 - alaq - faydalı bitkilərin inkişafına mane olan yabanı bitki
4 - alana - çərəz, içi şəkər və qozlu meyvə qurusu
5 - alaşa - uzunboğazlı qaza oxşar quş
A) 2, 3, 4
B) 1, 5
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
10. Hansı sözlərin leksik mənası düz verilməmişdir?
1 - alternativ - bir - biri ilə oxşar vəziyyətlər
2 - aludə - vurğun, məftun
3 - alunit - zəy daşı, mineral
4 - alyans - ittifaq, birləşmə
5 - amac - fürsət, imkan
A) 1, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
11. Hansı fikirlər səhvdir?
1 - Dilin lüğət tərkibi yalnız yeni sözlərin hesabına dəyişir.
2 - Dilin lüğət tərkibindəki dəyişikliklər xalqımızın həyatı, mədəniyyəti və inkişafı ilə əlaqədardır.
3 - Dilin lüğət tərkibindəki sözlərin miqdarı köhnəlmiş sözlərin sayından qat - qat çoxdur.
4 - Dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarət olur.
5 - Hər bir dilin zənginliyi onun qrammatik quruluşunun zənginliyi ilə müəyyən edilir.
A) 1, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
12. Hansı sözlərin leksik mənası düz verilməmişdir?
1 - alliterasiya - bədii əsərdə, şeirlərdə məcazilik, sətiraltı məna
2 - alleqoriya - insanlara məxsus münasibətləri heyvanlar və cansız əşyalar üzərində göstərmə, əks etdirmə
3 - almanax - müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri - dövri məcmuə
4 - almaz - son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş
5 - alunit - müalicə əhəmiyyətli çoxillik bitki cinsi
A) 1, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
13. Səhv fikirləri ardıcıllıqla göstərin.
1 - Ümumi məqbul sözlər və ifadələr dilin lüğət tərkibinin əlavə hissəsinə daxildir. 2 - Dilimizdə elmə, sənaye və iqtisadiyyatın ayrı - ayrı sahələrinə aid çox müxtəlif söz və ifadələr vardır. 3 - Dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarət olur. 4 - Dilin lüğət tərkibi ancaq yeni sözlərin deyil, köhnəlmiş sözlərin hesabına da dəyişir. 5 - Dilin lüğət tərkibindəki sözlərin miqdarı köhnəlmiş sözlərin sayından qat - qat azdır.
A) 1, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 3, 5
E) 1, 2, 5
14. Doğru fikirləri ardıcıllıqla göstərin.
1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir. 2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir. 3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur. 4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür. 5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.
A) 2, 4
B) 1, 3, 5
C) 1, 4
D) 2, 3, 5
E) 3, 4, 5
15. Doğru fikirləri ardıcıllıqla göstərin.
1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir. 2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir. 3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur. 4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür. 5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.
A) 2, 4
B) 1, 3, 5
C) 1, 4
D) 2, 3, 5
E) 3, 4, 5
16. Leksik mənası düz verilməyən sözləri ardıcıllıqla göstərin.
1 - absurd - əks, tamamilə əksinə
2 - adaptasiya - şəraitə uyğunlaşma, orqanizmin şəraitə uyğunlaşması
3 - abunə - qabaqcadan pul verməklə alınan ixtiyar
4 - abzas - sətirbaşı
5 - adaq - alaq otu, yabanı bitki
A) 1, 3, 5
B) 2, 3, 4
C) 2, 4
D) 1, 5
E) 1, 2, 5
17. Uyğunluğu tapın. Hansı sözün leksik mənası:
I - düz verilmişdir II - düz verilməmişdir
A - abqora - turşuya qoyulmuş meyvə
B - abituriyent - ali və ya orta ixtisas məktəblərinə daxil olmaq istəyən şəxs
C - abonent - abonomentdən istifadə edən şəxs
D - abonement - müəyyən bir şeydən istifadə hüququ və buna aid sənəd
E - abordaj - hava gəmilərində döyüş üsulu
A) I – B, C, D; II – A, E
B) I – A, B, C; II – D, E
C) I – A, E; II – B, C, D
D) I – A, D; II – B, C, E
E) I – A, C, E; II – B, D
18. Uyğunluğu tapın. Fikirlərdən:
A - hansılar yanlışdır?
B - hansılar doğrudur?
1 - Fonetik sistemə və qrammatik quruluşa nisbətən, leksika daha az dəyişir.
2 - Dildə olan bütün sözlərin və sabit birləşmələrin məcmusuna leksika deyilir.
3 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.
4 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.
5 - Dilin ən kiçik vahidi sözlər və sabit birləşmələrdir.
6 - Dilin lüğət tərkibi uzun tarixi inkişaf prosesinin məhsuludur.
7 - Dilin lüğət tərkibi, eyni zamanda, mənsub olduğu xalqın tarixini əks etdirir.
8 - Lüğət tərkibi dil üçün ikinci dərəcəli materialdır.
A) A – 1, 3, 5, 8; B – 2, 4, 6, 7
B) A – 2, 4, 5, 6, 7; B – 1, 3, 8
C) A – 1, 4, 6, 8; B – 2, 3, 5, 7
D) A – 2, 3, 5, 7; B – 1, 4, 6, 8
E) A – 3, 4, 5, 7, 8; B – 1, 2, 6
19. Uyğunluğu tapın. Fikirlərdən:
A - hansılar yanlışdır? B - hansılar doğrudur?
1 - Dilin lüğət tərkibinə yalnız leksik vahidlər daxildir.
2 - Leksik vahidlər dildə müstəqil olan tək - tək sözlərdir.
3 - Dilin lüğət tərkibi yalnız yeni sözlərin hesabına dəyişir.
4 - Dilin bütün vahidləri sözün zəminində əmələ gəlir.
5 - Müəyyən mənada leksika sözü dilin lüğət tərkibi termini ilə üst - üstə düşür.
6 - Bütün leksik vahidlərin cəmi dilin leksik tərkibini təşkil edir.
7 - Leksem - söz, ümumən dildə və xüsusən dilin lüğət tərkibində mərkəzi vahiddir.
A) A – 1, 3, 5; B – 2, 4, 6, 7
B) B – 2, 4, 6, 7; B – 1, 3, 5
C) A – 1, 4, 6; B – 2, 3, 5, 7
D) A – 2, 3, 5, 7; B – 1, 4, 6
E) A – 3, 5, 7; B – 1, 2, 4, 6
20. Uyğunluğu tapın. Hansı sözün leksik mənası:
I - düz verilmişdir
II - düz verilməmişdir
A - abreviatura - sənədlər toplusu
B - aborigen - ölkənin, ərazinin ilk sakinləri, yerli əhali
C - abses - iltihab nəticəsində yaranmış irin
D - absis - koordinat sistemində üfqi ox
E - abstraksiya - konkretlik
A) I – B, C, D; II – A, E
B) I – A, B, C; II – D, E
C) I – A, E; II – B, C, D
D) I – A, D; II – B, C, E
E) I – A, C, E; II – B, D
Dostları ilə paylaş: |