##num= 8// level= 1// sumtest=30 // name= Morfologiya. Nitq hissələri. İsim //
1. Hansı mücərrəd mənalı isimdir?
A) mərdlik
B) atalıq
C) çəmənlik
D) başlıq
E) gözlük
2. Cümlənin ismi xəbəri hansı hallarda işlənə bilər?
A) Adlıq, yönlük, təsirlik, yerlik və çıxışlıq hallarda
B) Adlıq, yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarda
C) Adlıq, yönlük, yerlik və çıxışlıq hallarda
D) Ancaq adlıq halda
E) Bütün hallarda
3. Verilmiş xüsusiyyətlərdən hansı xüsusi isimlərə aid deyildir?
A) Ümumi isimlərə keçə bilmir.
B) Ümumi isimlərdən əmələ gəlir.
C) Xüsusi isimlərdən də əmələ gəlir.
D) Bəzən dırnaq içərisində yazılır.
E) Həmişə böyük hərflə yazılır.
4. Hansı cümlədə səhvə yol verilmişdir?
A) Baş bədənin tacı, gözlər isə başın daşqaşıdır.
B) Çayın suyu saatbasaat artırdı.
C) Bir - iki günə həyət - bacanı tamamilə təmizlədik.
D) O gün şıdırğı yağış yağırdı.
E) Bu əhvalat tezliklə dost - tanış arasında yayıldı.
5. “O, bizə heç nə demədi, çünki özü də olanlardan bixəbər idi” cümləsində neçə isim vardır?
A) yoxdur
B) bir
C) iki
D) üç
E) dörd
6. “Əlindəkini mənə ver, gördüklərini heç kimə danışma və özün də buralarda görünmə” cümləsində neçə isim işlənmişdir?
A) iki
B) bir
C) yoxdur
D) üç
E) dörd
7. “Tələbəlik illərində Samirənin əkdiyi çinar ağacı indi böyümüş, onun kölgəsi həyət adamlarının sevdiyi istirahət guşəsinə çevrilmişdi” cümləsində yiyəlik halda işlənmiş neçə isim vardır?
A) altı
B) dörd
C) beş
D) üç
E) yeddi
8. «Müəllim bir - bir uşaqlara qulaq asdı, hamını diqqətlə dinlədi» cümləsində neçə isim işlənmişdir?
A) iki
B) bir
C) beş
D) dörd
E) üç
9. Hansı cümlədə səhvə yol verilmişdir?
A) Biz Şəfəq kinoteatrının yanında görüşdük.
B) Sirab müalicə sularından biridir.
C) Gümüş ilk günlərdə Toplanla yola getmirdi.
D) Cəfər Cabbarlı böyük dramaturqdur.
E) O, laləni dərib dəstə bağladı.
10. Hansılar xüsusi isim deyildir?
1 - xalq adları
2 - balıq adları
3 - coğrafi adlar
4 - qəzet və jurnal adları
5 - çay və göl adları
A) 1, 2
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 5
11. «Tərəvəz məhsul… insan üçün faydalı qida…, tərkib… çoxlu vitamin - zülal maddələri, üzvi turşular, şəkər və s. qida maddə… vardır» cümləsində buraxılmış şəkilçilər hansılardır?
1 – - ları 2 – - u 3 – - dır
4 – - də 5 – - ində 6 – - ləri
A) 1, 3, 5, 6
B) 2, 3, 5, 6
C) 1, 3, 4, 6
D) 2, 3, 4, 6
E) 1, 3, 4, 5
12. Mürəkkəb isimlər necə yazılır?
1 - bitişik
2 - defislə
3 - ayrı
A) 1, 2
B) 1
C) 1, 2, 3
D) 2, 3
E) 1, 3
13. Verilmiş şeir parçasının hansı misralarında isim işlənmişdir?
1 - Ey zərif saplaqlı, yaşıl yarpaqlı,
2 - Zərli saçaqları sarı bənövşəm!
3 - Ey uzun kiprikli, lalə yanaqlı,
4 - Bu şair könlümü sənə vermişəm!
A) 1, 2, 3, 4
B) 3, 4
C) 2, 3, 4
D) 2, 4
E) 1, 3, 4
1 2 3 4 5 6 7 8
14. «Seçgi günü yaxınnaşır, deputatdığa namizədlər öz seçkiçiləri ilə görüşməyə can atırdılar» cümləsində hansı sözlərin yazılışında səhvə yol verilmişdir?
A) 1, 3, 4, 6
B) 1, 3, 4
C) 1, 2, 3, 4, 6
D) 3, 4, 6, 8
E) 1, 2, 3, 4, 5, 7
15. Verilmiş şeir parçasının hansı misralarında isim işlənmişdir?
1 - Sən qüdrətin aşıb - coşan vaxtında,
2 - Mələklərin gülüşündən yarandın.
3 - Çox qüdrətli bir fırçanın əlilə,
4 - Ahuların duruşundan yarandın.
A) 1, 2, 3, 4
B) 3, 4
C) 2, 3, 4
D) 2, 4
E) 1, 3, 4
16. Mücərrəd mənalı düzəltmə isimləri göstərin.
1 - duyğu 2 - güldan 3 - sevgi 4 - xoşbəxtlik 5 - arzu
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 4
E) 2, 5
1 2 3 4 5 6 7
17. «Qonaq içəri girəndə evdəkilərin hamısı masa arxasında oturub yemək yeyirdi” cümləsində işlənən isimləri göstərin.
A) 1, 5, 7
B) 1, 2, 3, 4, 5, 6, 7
C) 1, 3, 5, 7
D) 1, 2, 3, 5, 6, 7
E) 1, 2, 3, 5, 7
18. «Tədqiqatçılarımızdan biri həmin bitkinin acılığından söhbət açdı və qeyd etdi ki, belə bitkilərə daha çox Monqolustanın dağ qoruqlarında rast gəlmək mümkündür» cümləsində «kök + leksik şəkilçi + üç qrammatik şəkilçi» təhlil sxeminə uyğun isim hansıdır?
1 - qoruqlarında 2 - acılığından 3 - tədqiqatçılarımızdan 4 - bitkilərə 5 - Monqolustanın
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 5
19. “Çalışqanlıq” və “vuruşqanlıq” sözləri haqqında səhv fikirləri ardıcıllıqla göstərin.
1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir. 2 – Hər ikisinin kökü feldir. 3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir. 4 – Hər ikisi sifətdən düzəlmişdir. 5 – Hər ikisi feldən düzəlmişdir.
A) 2, 4, 5
B) 2, 4
C) 1, 3, 5
D) 1, 3
E) 2, 3, 5
20. “Çalışqanlıq” və “vuruşqanlıq” sözləri haqqında doğru fikirləri ardıcıllıqla göstərin.
1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir.
2 – Hər ikisinin kökü feldir.
3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir.
4 – Hər ikisi sifətdən düzəlmişdir.
5 – Hər ikisi feldən düzəlmişdir.
A) 2, 4
B) 1, 3, 5
C) 2, 5
D) 1, 3, 4
E) 2, 3
21. “Savaşqanlıq” və “dalaşqanlıq” sözləri haqqında səhv fikirləri ardıcıllıqla göstərin.
1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir.
2 – Hər ikisinin kökü feldir.
3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir.
4 – Hər ikisi sifətdən düzəlmişdir.
5 – Hər ikisi feldən düzəlmişdir.
A) 2, 4, 5
B) 2, 4
C) 1, 3, 5
D) 1, 3
E) 2, 3, 5
22. “Savaşqanlıq” və “dalaşqanlıq” sözləri haqqında doğru fikirləri ardıcıllıqla göstərin.
1 – Hər ikisində iki leksik şəkilçi işlənmişdir.
2 – Hər ikisinin kökü feldir.
3 – Hər ikisində üç leksik şəkilçi işlənmişdir.
4 – Hər ikisi sifətdən düzəlmişdir.
5 – Hər ikisi feldən düzəlmişdir.
A) 2, 4
B) 1, 3, 5
C) 2, 5
D) 1, 3, 4
E) 2, 3
23. Həm isim, həm də sifət düzəldən omonim şəkilçiləri ardıcıllıqla göstərin.
1 - - lıq ( - lik, - luq, - lük)
2 - - ın ( - in, - un, - ün)
3 - - ma ( - mə)
4 - - ım ( - im, - um, - üm)
5 - - ı ( - i, - u, - ü)
A) 1, 3, 5
B) 2, 4
C) 2, 4, 5
D) 1, 3
E) 2, 3, 5
24. Səhv fikirləri ardıcıllıqla göstərin.
1 - «Həyətdəkilərin hamısı məni görüb ayağa qalxdı» cümləsində bir isim işlənmişdir.
2 - - ma ( - mə) şəkilçisi fellərdən həm isim, həm də sifət düzəldə bilir.
3 - «İclasda sən də çıxış edəcəksən» cümləsindəki isim tamamlıq vəzifəsindədir.
4 - Bütün hal şəkilçiləri omonimlik xarakterinə malikdir.
5 - «Mən Azərbaycanı qarış - qarış gəzmişəm» cümləsindəki isim zərflik vəzifəsindədir.
6 - Güllərdən ibarət «buket» sözü toplu isim sayılmır.
A) 1, 3, 5
B) 1, 2, 3, 5
C) 2, 4, 6
D) 2, 5, 6
E) 1, 3, 5, 6
25. Uyğunluğu tapın.
I – mücərrəd isimlər II – konkret isimlər
A – dülgərlik B – önlük C – azadlıq
D – qayalıq E – meşəlik
A) I – A, C, E; II – B, D
B) I – B, D, E; II – A, C
C) I – A, C; II – B, D, E
D) I – A, B, C; II – D, E
E) I – A, C, D; II – B, E
26. Uyğunluğu tapın.
I – mücərrəd isimlər II – konkret isimlər
A – mərdlik B – başlıq C – azadlıq D – bataqlıq E – gözlük
A) I – A, C; II – B, D, E
B) I – B, D, E; II – A, C
C) I – A, C, E; II – B, D
D) I – A, B, C; II – D, E
E) I – A, C, D; II – B, E
27. Uyğunluğu tapın.
I – mücərrəd isimlər II – konkret isimlər
A – gözəllik B – boyunluq C – dostluq
D – kolluq E – çəmənlik
A) I – A, C; II – B, D, E
B) I – B, D, E; II – A, C
C) I – A, C, E; II – B, D
D) I – A, B, C; II – D, E
E) I – A, C, D; II – B, E
28. Uyğunluğu tapın.
I - Mənsubiyyət şəkilçili isimlərin işləndiyi söz birləşmələri
II - Mənsubiyyət şəkilçili isimlərin işlənmədiyi söz birləşmələri
A - əli qılınclı, gözü yaşlı
B - armudu stəkan, gümüşü saç
C - şairin həyatı, burjua inqilabı
D - kitabı oxumaq, xörəyi yemək
E - onun oxumağı, Arifin dediyi
A) I – A, C; II – B, D, E
B) I – B, D, E; II – A, C
C) I – A, C, E; II – B, D
D) I – A, B, C; II – D, E
E) I – A, C, D; II – B, E
29. Uyğunluğu tapın.
1 2 3 4 5 6
Mağaza sahibi bayaqdan qapı ağzında dayanıb müştəri gözləyirdi.
I – Adlıq hal
II – Yiyəlik hal
III – Yönlük hal
IV – Təsirlik hal
V – Yerlik hal
VI – Çıxışlıq hal
A) I – 2; II – 1, 4; IV – 6; V – 5
B) I – 2, 6; II – 1, 4; V – 5; VI – 3
C) I – 1, 4, 6; IV – 2; V – 5
D) I – 2; II – 1, 4; IV – 6; V – 5; VI – 3
E) I – 2, 6; II – 1, 4; V – 5
30. Uyğunluğu tapın.
1 2 3 4 5 6
Ferma müdiri gecədən həyət qapısında dayanıb adam gözləyirdi.
I – Adlıq hal II – Yiyəlik hal III – Yönlük hal
IV – Təsirlik hal V – Yerlik hal VI – Çıxışlıq hal
A) I – 2; II – 1, 4; IV – 6; V – 5
B) I – 2, 6; II – 1, 4; V – 5; VI – 3
C) I – 1, 4, 6; IV – 2; V – 5
D) I – 2; II – 1, 4; IV – 6; V – 5; VI – 3
E) I – 2, 6; II – 1, 4; V – 5
Dostları ilə paylaş: |