##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.44 Mb.
səhifə4/22
tarix24.02.2020
ölçüsü1.44 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

##num= 4// level= 1// sumtest=20 // name= Orfoepiya və orfoqrafiya //


1. «Şairlər» sözünün düzgün tələffüz şəkli hansıdır?

A) [şairlər]

B) [şayirlər]

C) [şairrər]

D) [şayirrər]

E) [şahirrər]

2. Hansı sözün tələffüz şəkli düzgündür?

A) [fəvvarə]

B) [bələdiyyə]

C) [hokqa]

D) [pələng]

E) [təşviğat]

3. Cərgələrin hansında q hərfi q, ğ, x və k’ səslərini ifadə edir?

A) qulaq aparatı, otaqsız, məqsəd

B) otaq, uşaq, asqı, qənimət

C) qaz, haqqında, toqa

D) Müşfiq, qutu, rəqqasə

E) aşiq, aşıq, əqidə

4. Nöqtələrin yerinə hansı hərflər yazılmalıdır?

Üns…yyət, üs…ük, ç…lçıraq

A) i, k, i

B) ü, k, i

C) ü, k, ı

D) i, k, ı

E) i, g, i

5. Verilmiş işarələrdən hansı durğu işarəsi deyil?

A) defis

B) nöqtəli vergül

C) tire

D) vergül

E) üç nöqtə

6. Verilmiş sözlərdən neçəsinin yazılışı səhvdir?

Müdür, merenos, pəncərə, ağranom, məşhər, lavazimat, günbəz, mündəricat, durbin, gonbul, eskalator.

A) 5

B) 2

C) 1

D) 3

E) 4

7. Fikirlərdən hansılar səhvdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin kar qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 1, 3, 5

B) 1, 2, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 4, 5

8. Hansı sözlərin tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [camahat] II - [sərraf ] III - [neftçi]

IV - [da:hiya:nə] V - [məktup]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

9. Hansı sözlərdə incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?

I - xəzinə

II - möcüzə

III - nizə

IV - musiqi

V - səmimi

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

10. Hansı sözün tələffüz şəkli düzgün göstərilməmişdir?

I - [nümayəndə] II - [məxvi] III - [həftə]

IV - [atlas] V - [yetdi]

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

11. Hansı sözlərdə hərflərlə səslərin sayı eynidir?

I - maaşla II - dovşan III - müəllimlə IV - sərrast V - kauçuk

A) I, III, V

B) II, IV

C) II, III, V

D) I, IV

E) I, II, V

12. Hansı söz birləşmələrinin asılı tərəflərinin son samiti kar tələffüz olunur?

I - söyüd budağı II - Kitab mağazası III - söyüd ağacı

IV - Kitab oxucusu V - Xalq hərəkatı VI - Xalq ədəbiyyatı

A) I, II, V

B) II, IV, VI

C) II, III, V

D) II, IV, VI

E) I, III, IV

13. Orfoepiyanın obyektlərini ardıcıllıqla göstərin.

1 - Hərfin hansı fonemi bildirdiyini və necə oxunduğunu müəyyənləşdirmək

2 - Ayrı - ayrı səslərin tələffüzü

3 - Ayrı - ayrı səs tərkiblərinin tələffüzü

4 - Söz və ifadələrin tələffüzü

5 - Qrammatik formaların tələffüzü

A) 2, 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 3, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 4, 5

14. Düzgün ikirlər hansı ardıcıllıqla verilmişdir?

1 - «Dahiyanə» sözündə iki uzun sait vardır.

2 - Qoşa sonor samitlər bir samit kimi tələffüz olunur.

3 - «Heca» sözündə uzanan sait yoxdur.

4 - [k‘] səsinin cingiltili qarşılığı yoxdur.

5 - [h] samitinin cingiltili qarşılığı yoxdur.

6 - Kar və cingiltili samitlər dodaqların vəziyyətinə görə fərqlənir.

A) 1, 2, 3, 5

B) 1, 3, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 3, 4, 5

15. Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri ardıcıllıqla göstərin.

1 - xallı, qüvvə 2 - doqquz, səkkiz 3 - saqqal, hətta 4 - qüllə, zərrə 5 - təqsir, rəqqasə

A) 1, 4

B) 2, 4

C) 1, 3

D) 2, 5

E) 3, 5

16. Hansı sözlərdə səslərin sayı hərflərin sayından azdır? Ardıcıllıqla göstərin.

1 – müqavilə 2 – faiz 3 – müvəffəqiyyət

4 – bölgə 5 – rəssam 6 – yeddi

7 – müəllim 8 – müdafiə 9 – səadət

A) 3, 7, 9

B) 1, 3, 5, 7

C) 1, 7, 9

D) 2, 4, 6, 8

E) 5, 7, 9

17. Uyğunluğu tapın.

Hansı sıradakı birləşmədə asılı tərəfin son samiti:

I - yazıldığı kimi tələffüz olunur II - yazıldığı kimi tələffüz olunmur

A - kənd axşamı

B - gənc qız

C - qənd zavodu

D - dörd rəqəmi

E - dörd alma

A) I – A, E; II – B, C, D

B) I – A, B, C; II – D, E

C) I – B, C, D; II – A, E

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

18. Uyğunluğu tapın.

Hansı sözlərin sonundakı samit [y] cingiltili samitinin kar qarşılığı kimi:

I - Tələffüz olunur II - Tələffüz olunmur

A - çirk, türk

B - ürək, inək

C - mələk, kötək

D - kötük, qəpik

E - əmlak, idrak

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

19. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - hüsnxətt

B - kinematoqrafiya

C - şaiyə

D - kəlağayı

E - xəttkeş

A) 1 – B, D; 2 – A, C, E

B) 1 – B; 2 – A, C, D, E

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C, E; 2 – A, D

E) 1 – D, E; 2 – A, B, C

20. Uyğunluğu tapın.

1 - Düz yazılmış sözlər

2 - Səhv yazılmış sözlər

A - şaiyə

B - koordinasiya

C - əsəbiləşmək

D - kəlağayı

E - hüsnxətt

A) 1 – B, C, D; 2 – A, E

B) 1 – B, E; 2 – A, C, D

C) 1 – A, B, D; 2 – C, E

D) 1 – B, C; 2 – A, D, E

E) 1 – D, E; 2 – A, B, C


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə