##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 9// level= 1// sumtest=20 // name= Sifət. Say. Əvəzlik //



Yüklə 1,44 Mb.
səhifə9/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

##num= 9// level= 1// sumtest=20 // name= Sifət. Say. Əvəzlik //


1. Verilmiş şeir parçasında neçə sifət işlənmişdir?

Kağızlar, ay kağızlar

Nə geniş qəlbiniz var!

Nə qədər ki, ağsınız,

Körpəcə uşaqsınız.

Ayna kimi təmizdir

Qəlbiniz, surətiniz.

A) iki

B) üç

C) dörd

D) beş

E) altı

2. Verilmiş xüsusiyyətlərdən hansı sıra saylarına aid deyildir?

A) Saitlə bitən qeyri - müəyyən miqdar saylarından sıra sayı düzəldərkən sıra sayı düzəldən şəkilçinin ilk saiti düşür.

B) Neçənci? sualına cavab verir.

C) Müəyyən miqdar saylarından - ıncı4 şəkilçiləri ilə düzəlir.

D) Quruluşca düzəltmə və tərkibi olur.

E) Əşyanın sırasını bildirir.

3. “Bir qədər də getdikdən sonra gördü ki, ora çox qaranlıqdır” cümləsində hansı növ əvəzlik işlənmişdir?

A) Bu cümlədə əvəzlik yoxdur

B) Şəxs əvəzliyi

C) Qeyri - müəyyən əvəzlik

D) İşarə əvəzliyi

E) Təyini əvəzlik

4. «Soyuq bir nəzərlə bizə tərəf baxan kolxoz sədri yığıncaqdakı vəziyyətdən narazılığını açıq söylədi» cümləsində neçə düzəltmə sifət işlənmişdir?

A) iki

B) bir

C) üç

D) dörd

E) beş

5. Verilmiş cümlədə neçə mürəkkəb sifət işlənmişdir?

Qarşımızda uzun şinelli bir kişi dururdu, əyri - üyrü hərflərlə yazılmış kağızı qarşıma qoyaraq dimdik nəzərlərlə mənə baxırdı.

A) bir

B) iki

C) üç

D) dörd

E) beş

6. Hansı cümlədə sifət işlənmişdir?

A) Elə vurulmuşam bu surətə mən,

Sanki gecə - gündüz surətpərəstəm.



B) Hanı o ədalət, o insaf hanı?

Verə öz oğluna elə cəzanı?



C) Elə səmtə gedəydim,

Elə səmti görəydim,

Ulduzlara çatmağa

Mələklər at satırlar.



D) O elə dünən gəlmişdi.

E) Elə mühəndisə ehtiyac çoxdur.

7. Hansılar düzəltmə sifətdir?

1 - vuruşqan

2 - çalışan

3 - küsəyən

4 - ağlayan

5 - gülməli

A) 2, 4

B) 1, 3, 5

C) 1, 3

D) 1, 3, 4

E) 1, 5

8. Verilmiş sözlərdən hansılar düzəltmə sifətlərdir?

1 - illik 2 - başlıq 3 - yorğun

4 - bağlı 5 - əyri 6 - silahlı

7 - şərti

A) 1, 3, 4, 5, 6 və 7

B) 1, 2, 3, 4 və 6

C) 3, 4, 5, 6 və7

D) 2, 3, 4, 5 və 6

E) 2, 3, 4, 6 və 7

9. Verilmiş sözlərdən hansılar düzəltmə sifətlərdir?

1 - sıxlıq

2 - mənimki

3 - işçi

4 - dalaşqan

5 - böyük

6 - ağlağan

A) 4, 5 və 6

B) 2, 3, 4, 5 və 6

C) 1, 2, 3 və 4

D) 1, 4, 5 və 6

E) 1, 3, 4 və 5

10. Hansı söz birləşmələrinin asılı tərəfində iki leksik şəkilçi var?

1 - Çoxdankı məsələ

2 - Gülməli hadisə

3 - Bağçadakı ağac

4 - Bildirki əhvalat

5 - Yazılmış məktub

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 4

E) 2, 5

11. İsimdən düzələn sifətlər hansılardır?

1 - qorxulu

2 - qorxaq

3 - qorxusuz

4 - qorxunc

5 - qorxduğum

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 4

E) 2, 5

12. Feildən düzələn sifətlər hansılardır?

1 - düzgün (hərəkət)

2 - duyğusuz (varlıq)

3 - qorxunc (nağıl)

4 - itkisiz (yığım)

5 - tarixi (hərəkat)

A) 2, 4

B) 2, 4, 5

C) 1, 3

D) 1, 3, 4

E) 2, 5

13. Kəsr saylarına aid xüsusiyyətləri ardıcıllıqla göstərin.

1 - Quruluşca sadə və mürəkkəb olur.

2 - Nə qədər? neçə hissə? suallarından birinə cavab olur.

3 - Bütövün və ya tamın hissəsini bildirir.

4 - Qeyri - müəyyən miqdar sayları vasitəsilə əmələ gəlir.

5 - Ən azı iki müəyyən miqdar sayından yaranır.

A) 2, 3, 5

B) 2, 4

C) 2, 4, 5

D) 1, 3

E) 1, 3, 5

14. Kəsr saylarını ardıcıllıqla göstərin.

1 - üçdə iki

2 - on iki

3 - mində bir

4 - birə - on

5 - üçüncü

A) 1, 3

B) 2, 4, 5

C) 2, 4

D) 1, 3, 5

E) 2, 3, 5

15. Əvəzliyə aid xüsusiyyətləri ardıcıllıqla göstərin.

1 - Bütün nitq hissələrinin yerində işlənə bilir. 2 - Bütün cümlə üzvləri vəzifəsində işlənə bilir. 3 - Cümlənin mürəkkəb üzvü olur. 4 - İsim, sifət, say və s. nitq hissələrinin yerində işlənir. 5 - Müxtəlif məna növlərinə bölünür.

A) 2, 4

B) 1, 3

C) 2, 4, 5

D) 1, 3, 5

E) 2, 3, 5

16. Sayın quruluşuna görə məntiqi ardıcıllığı tamamlayın.

Çoxlu, azca, ikinci, yüzlərcə…

1 - üçdə iki

2 - onlarla

3 - mində bir

4 - üçüncü

5 - bir az

A) 2, 4

B) 2, 4, 5

C) 1, 3

D) 1, 3, 5

E) 2, 3, 5

17. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir.

2 - azaltma dərəcəli sifət işlənmişdir.

3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - Tutqun havada partizanlar döyüşə girdilər.

B - Südabə gözəl, qaraşın bir qız idi.

C - Cəmil arıq, ucaboy bir oğlan idi.

D - O, qarşıda dimdik vəziyyətdə dayanmışdı.

E - Babam mənə körpəcə bir quzu bağışlamışdı.

A) 1 – A, C; 2 – B, E; 3 – D

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B; 3 – D, E

18. Uyğunluğu tapın.

1 – sadə sifət

2 – düzəltmə sifət

3 - mürəkkəb sifət

A – arıq B – əyri C – gözəl D – enlikürək E - qarma - qarışıq

A) 1 – A, C; 2 – B; 3 – D, E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A; 2 – B, C; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

19. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir.

2 - azaltma dərəcəli sifət işlənmişdir.

3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - O, qabarlı və kobud əlləri ilə ağzını tutub yavaşca danışırdı.

B - Dəlisov uşaqlıq çağları uzaqda qaldı.

C - Gəminin yaxınlıqdakı sahilə çatmasına azca qalmışdı.

D - Əhmədin zil qara saçları ona yaraşıq verirdi.

E - Müstəntiq hadisə haqqında qısaca məlumatı ratsiya ilə şöbəyə xəbər verdi.

A) 1 – A; 2 – B, C; 3 – D, E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A, C; 2 – B; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

20. Uyğunluğu tapın.

1 - adi dərəcəli sifət işlənmişdir.

2 - azaltma dərəcəli sifət işlənmişdir.

3 - çoxaltma dərəcəli sifət işlənmişdir.

A - Əhmədin qara saçları ona xüsusi yaraşıq verirdi.

B - Dəlisov uşaqlıq çağları uzaqda qaldı.

C - Səmada topa - topa buludlar süzürdü.

D - Ən uzaq məsafə belə onların münasibətinə təsir etməmişdi.

E - Göyün üzü tərtəmiz və buludsuz idi.

A) 1 – A; 2 – B, C; 3 – D, E

B) 1 – C; 2 – A, B; 3 – D, E

C) 1 – A, B, C; 2 – D; 3 – E

D) 1 – A, C; 2 – B; 3 – D, E

E) 1 – A, C; 2 – B, E; 3 – D

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin