##num= 11// level= 1// sumtest=20 // name= Zərf //
1. «Axşam Kazım yurdunun yadigarı sayılan məqbərəni diqqətlə nəzərdən keçirib, cəsarətlə qaçaqların toplaşdığı talaya getdim» cümləsində neçə zərf işlənmişdir?
A) 1
B) 2
C) 3
D) 4
E) 5
2. Verilmiş sözlərdən hansı mürəkkəb zərf deyildir?
A) gülə - gülə
B) əvvəl - axır
C) az - az
D) günbəgün
E) ordan - burdan
3. «Biz otağa girəndə oradakı qadın cəld ayağa qalxmaq istədi» cümləsində zərfin məna növünü göstərin.
A) tərzi - hərəkət
B) yoxdur
C) zaman
D) miqdar
E) yer
4. «Əziz dostum Fərhad, yaxınlarda sizə qonaq gələcəyik» cümləsində «yaxınlarda» sözü hansı nitq hissəsidir?
A) say
B) sifət
C) zərf
D) əvəzlik
E) isim
5. Verilmiş sözlərdən hansı düzəltmə zərf deyildir?
A) irəlidəki
B) ingiliscə
C) çoxdan
D) igidcəsinə
E) qəflətən
6. «İndi Ağbulaq kəndinin nəinki evlərində, hətta küçələrində də elektrik lampaları yanır» cümləsindəki zərfin məna növü nədir?
A) yer
B) tərzi - hərəkət
C) yoxdur
D) zaman
E) miqdar
7. «Kamran gedəndən sonra Əziz orada duruş gətirə bilmədi, çox hirsləndi, söyə - söyə çıxıb getdi» cümləsindəki zərflərin məna növlərini göstərin.
1 - tərzi - hərəkət zərfi
2 - zaman zərfi
3 - yer zərfi
4 - miqdar zərfi
A) 1, 4
B) 1, 3, 4
C) 1, 2, 3, 4
D) 2, 3, 4
E) 3, 4
8. «İndi çörək iştahasız yeyilir, hamı yuxarıdan nə baş verdiyini bilmək istəyirdi» cümləsindəki zərflərin məna növlərini göstərin.
1 - tərzi - hərəkət zərfi 2 - zaman zərfi
3 - yer zərfi 4 - miqdar zərfi
A) 1, 2, 3
B) 1, 3
C) 2, 3
D) 3, 4
E) 1, 2
9. Hansı cümlələrdə zərf yoxdur?
1 - Gecənin xeyirindən gündüzün şəri yaxşıdır.
2 - Axşam işdən çıxandan sonra sizə gələcəyik.
3 - Ağbulaq kəndinin küçələrində də elektrik lampaları yanır.
4 - O, suallara könülsüz cavab verirdi.
5 - Hələ heç kim gəlməyib.
6 - Burada təmizliyə riayət olunur.
A) 1, 3, 6
B) 2, 4, 5
C) 2, 4, 6
D) 1, 3, 5
E) 2, 3, 5
10. Verilmiş xüsusiyyətlərdən hansılar zərfə aid deyildir?
1 - Yeddi məna qrupuna bölünür.
2 - Mürəkkəb zərflər bitişik və defislə, tərkibi zərflər ayrı yazılır.
3 - Quruluşca sadə və mürəkkəb olur.
4 - Cümlədə, əsasən, zərflik vəzifəsində işlənir.
5 - Yer zərfləri əşya xarakterində olmayıb, boşluq, fəza bildirir.
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
11. Hansı cümlələrdə zərf işlənmişdir?
1 - Gecənin xeyirindən gündüzün şəri yaxşıdır.
2 - Axşam işdən çıxandan sonra sizə gələcəyik.
3 - Ağbulaq kəndinin küçələrində də elektrik lampaları yanır.
4 - O, suallara könülsüz cavab verirdi.
5 - Hələ heç kim gəlməyib.
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
12. Verilmiş xüsusiyyətlərdən hansılar zərfə aiddir?
1 - Yeddi məna qrupuna bölünür.
2 - Mürəkkəb zərflər bitişik və defislə, tərkibi zərflər ayrı yazılır.
3 - Quruluşca sadə və mürəkkəb olur.
4 - Cümlədə, əsasən, zərflik vəzifəsində işlənir.
5 - Yer zərfləri əşya xarakterində olmayıb, boşluq, fəza bildirir.
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
13. Miqdar zərfi işlənmiş cümlələri ardıcıllıqla göstərin.
1 - Bu zaman qapı azacıq tərpəndi.
2 - İndi Oqtay ürəkdən gülürdü.
3 - Bu gün o lap çox yorulmuşdu.
4 - Natiq lap həvəslə danışırdı.
5 - Mən çox yerlər gəzmişəm.
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
14. Yazılışı səhv olan zərfləri ardıcıllıqla göstərin.
1 - bir az 2 - gec - tez 3 - üzü yuxarı
4 - birə min 5 - kişiyana 6 - qabaq - qabağa
A) 1 və 4
B) 2 və 5
C) 3 və 4
D) 3 və 5
E) 5 və 6
15. Düzəltmə zərfləri ardıcıllıqla göstərin.
1 - yanakı
2 - içəri
3 - arxayıncasına
4 - aşağıda
5 - iti
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
16. «İndi kənddən aşağı baxanda şairanə bir mənzərə diqqəti cəlb edirdi» cümləsindəki zərflərin məna növlərini ardıcıllıqla göstərin.
1 - tərzi - hərəkət zərfi
2 - zaman zərfi
3 - yer zərfi
4 - miqdar zərfi
A) 3, 4
B) 1, 3, 4
C) 1, 2, 3, 4
D) 2, 3, 4
E) 1, 4
17. Uyğunluğu tapın.
1 - Zərf düzəldən şəkilçidir
2 - Zərf düzəldən şəkilçi deyildir
A - - ca( - cə)
B - - anda( - əndə)
C - - casına( - cəsinə)
D - araq( - ərək)
E - la( - lə)
A) 1 – B, C, D; 2 – A, E
B) 1 – B, D; 2 – A, C, E
C) 1 – A, B, D; 2 – C, E
D) 1 – A, C, E; 2 – B, D
E) 1 – B, E; 2 – A, C. D
18. Uyğunluğu tapın.
1 – “gecə” sözü zərfdir
2 – “gecə” sözü zərf deyildir
A - Tapşırılan yerə gecə çatdıq.
B - Bu iş üçün gecəni gözləməliyik.
C - Gecə çox pis yuxu görmüşdüm.
D - Qışda gecə gündüzdən uzun olur.
E - Gecə bizi başqa kazarmaya apardılar.
A) 1 – A, C, E; 2 – B, D
B) 1 – B, D; 2 – A, C, E
C) 1 – A, B, D; 2 – C, E
D) 1 – B, C, D; 2 – A, E
E) 1 – B, E; 2 – A, C. D
19. Uyğunluğu tapın. Verilmiş cümlələrdə:
1 – sadə zərf işlənmişdir
2 – düzəltmə zərf işlənmişdir
3 – mürəkkəb zərf işlənmişdir
A - Şəhərimiz gündən - günə gözəlləşir.
B - İndi hər yerdə onu yaxşı qarşılayırdılar.
C - Direktor hərdən sinfə keçərək imtahanların gedişini izləyirdi.
D - Sözü sətirdən - sətrə həmişə hecalarla keçirtmək olar.
E - Sabirov təəccüblə bizə tərəf baxırdı.
A) 1 – B, D; 2 – C, E; 3 – A
B) 1 – C, E; 2 – B, D; 3 – A
C) 1 – A, B; 2 – C, E; 3 – D
D) 1 – D; 2 – C, E; 3 – A, B
E) 1 – B, E; 2 – C. D; 3 – A
20. Uyğunluğu tapın.
1 – sadə zərflər
2 – düzəltmə zərflər
3 – mürəkkəb zərflər
A – hərdənbir
B – dərhal
C – təsadüfən
D – həmişə
E – qəsdən
A) 1 – C, E; 2 – B, D; 3 – A
B) 1 – B, D; 2 – C, E; 3 – A
C) 1 – A, B; 2 – C, E; 3 – D
D) 1 – D; 2 – C, E; 3 – A, B
E) 1 – B, E; 2 – C. D; 3 – A
Dostları ilə paylaş: |