262
qarşılıqlı razılaşma əsasında müqviləyə daxil olsun. Fakto-
rinqin bu forması tətbiq edilərkən faktorinq təşkilatının
məsrəfləri təkcə əvvəlcədən ödənilmiş borc öhdəliklərinin
məbləği ilə məhdudlaşmır. Çünki bu məbləğə təşkilatın
maraqlarının müdafiəsi məqsədilə çəkilən əlavə xərclər və
həmçinin kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlı
itirilmiş mənfəət də əlavə edilir. Buna görə də faktorinqin
bu forması bəzi hallarda səmərəsiz bir forma hesab edilir.
Məhz bu səbəbdən faktorinq təşkilatları öz fəaliyyətlərin-
də reqress üsulu ilə əməliyyatlara daha çox üstünlük verir-
lər.
Faktorinq sövdələşməsində iştirakçılardan biri, mə-
sələn malgöndərən ixracatçının ödəyicisi xarici ölkədə ol-
duqda
və ya əksinə, faktorinq əməliyyatı beynəlxalq xa-
rakter alır. Faktorinqin bu formasında faktorinq təşkila-
tının fəaliyyətində əlavə olaraq
valyuta riski və köçürmə
riski yarana bilər. Valyuta riski mübadilə kursunun dəyi-
şilməsi səmərəsizbir səviyyəy enməsi ilə,
köçürmə riski
isə valyuta ödəmələrində çətinliklərin yaranması ilə bağlı
olaraq yaranır.
Adi kreditləşmə ilə faktorinq arasında bir sıra fərqlər
mövcuddur.
1. Faktorinqdən kredit almaq və ya iş təcrübəsi
olmayan firmalar da istifadə edə bilər.
2. Burada girov tələb olunmur.
3. Vəsaitin geri qaytarılması məsələsində konkret
müddət müəyyənləşdirilmir və belə bir şərt qoyulmur.
Vencur biznesin Avro Atlantik biznes orbitində yeni
bir anlamdır. Latın mənşəli bu söz risk mənasını bildirir.
Bu biznes ilkin olaraq 1957-ci ildə ABŞ–da start götürdü.
263
Bu biznesin ilk təşkilatçıları mühəndis tədqiqatçı
Artur
Rac, Tom Perkinis və Yuçin Klyaner olmuşdur.
Vencur kapitalisti müvafiq cəmiyyətlər yaradaraq in-
vestorlardan pul yığımı təşkil edir. Sonra cəlbedici biznes
layihəsi tapılır. Müvafiq layihə ekspertizadan sonra inves-
tora nizamnamə fondu və ya səhmlər paketi müqabilində
bir neçə il müddətinə mübadilə zəmnində fəaliyyət təklif
olunur.
Burada vencur kapitalisti investor və layihəni yerinə
yetirən firma sahibkarı arasında vasitəçi rolunu oynayır.
Burada
tərəflər riski bölüşdürür, uğur əldə edildikdə isə
mənfəət sahibinə çevrilirlər. Burada investor idarəedici
funksiyasını da öz üzərinə götürə bilər. Qeyd etmək lazım-
dır ki, belə fəaliyyət adətən məhdud zaman kəsiyində yük-
sək risk və mənfəət üçün hesablanır.
Vencur kapitalı xüsusi investisiya növü olaraq 3 – 5
illik mərhələ strategiyasını qurur. 1999-2001-ci
illərdə
ABŞ-da orta illik parametrdə hər il Vencur kapitalı 12-15
milyard dollar mənfəət yaratmışdır. Bir sıra nüfuzlu ABŞ
cəmiyyətləri – İntel, Apple, Micro Soft məhz vencur kapi-
talının hesabına tərəqqi etmişdir.
Ümumilikdə vencur kapitalı elmi – texniki işləmə-
lərin sürətlənməsinə xidmət edir.
Belə bir fikir formalaş-
mışdır ki, Vencur biznesi mühəndis, alim potensialının və
istedadının tam dövriyyədə hərəkəti üçün biznes fəaliyyə-
tində doğru bir istiqamətdir.
Dostları ilə paylaş: