89
biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı
altında yaratdıqları birlikdir. Həmin birlik 15 ölkəni, o
cümlədən, Almaniyanı, Fransanı, İngiltərəni, İspaniyanı,
Finlandiyanı və s. ölkələri əhatə edir. Bu gömrük ittifaqı
(Aİ) milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan
ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib ha-
zırlamışlar. İttifaqın qəbul etdiyi vahid gömrük tarifinin
çox hissəsi qeyri- ərzaq mallarına
şamil edilir və gətirilən
malın dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az
hissəsi isə malın çəkisinə, həcminə
nisbətən dəyər ifadə-
sində müəyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə gətiri-
lən və sonradan təkrar ixrac, yaxud həmin ölkələrin səna-
ye müəssisələrində yenidən işlənilməsi üçün
nəzərdə tutu-
lan mallar gömrük vergilərindən, rüsumlarından azad
olurlar.
Gömrük-tarif sistemi tənziminin mühüm vasitələ-
rindən biri də antidempiq rüsumlarının tətbiqidir.
Bu cür
gömrük rüsumları ixracat malları aşağı qiymətlərlə satıl-
dıqda tətbiq olunur. Avropa İttifaqı daxilində ümumiyyət-
lə dempinqə yol verilmir. Belə ki, ucuzlaşdırılmış mallar
həmin aşağı qiymətlə öz ölkəsinə qaytarılır. Aİ-nin xüsusi
komisiyası antidempinq siyasətini həyata keçirmək üçün
aşağıdakı iki cəhəti əsas tutur: ―normal dəyər‖ və ―mala
normal qiymət‖ qoyulmasını; AİB
ölkələrində analoji ma-
lın istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilmə-
sini.
AİB- nin əsasnaməsinə uyğun olaraq antidempinqin
tətbiqi işinə baxılması, onun yoxlanması, başlandığı vaxt-
90
dan etibarən bir il ərzində tamamlanmalıdır.
Əgər fakt
təsdiq olunarsa, məsələ aşağıdakı qaydada yoluna qoyulur:
- ya ixracatçı öhdəçilik götürəcək ki, qiymətləri qal-
dırsın;
- yaxud göndərilən malın miqdarını azaltsın;
- yaxud da antidempinq vergisi rüsumu müəyyən
edilsin.
Beynəlxalq idxal-ixrac
sövdələşmələri təcrübəsi
müəyyən ticarət fəaliyyətinin bir sıra növlərini nəzərdə
tutur ki, bu da aşağıdakı müxtəlif mərhələlərdən və pillə-
lərdən ibarətdir: alqı-satqı müqavilələrinin bağlanmasına
hazırlıq; müqavilələrinin bağlanması; müqavilələrin icra-
sı. Bu mərhələlərin hər birində konkret vəzifələr (sazişlər)
yerinə yetirilir.
İlkin vəzifə idxalatçı və ixracatçı üçün kontragent seç-
məkdir. Kontragent seçmək mühüm və ən çətin məsələdir.
Əldə olunacaq naəliyyət kontragentin (ölkənin) xarakte-
rindən, razılaşmanın predmetindən asılıdır. Yalnız bundan
sonra ixracatçı və yaxud idxalatçı kontrakt bağlamaq üçün
razılaşmalara qoşulur.
Dostları ilə paylaş: