Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Gömrük birliyi və ümumi bazarda regional



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə35/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   126
beynelxalq-biznes

5.4. Gömrük birliyi və ümumi bazarda regional
iqtisadi inteqrasiyanı şərtləndirən amillər 
 
 
Gömrük əlaqələri dövlətlərarası ticarət sistemində 
tətbiq olunan ümumi qaydalardan ibarətdir ki, bu da göm-
rük rejimləri ilə müəyyən olunur.
Əmtəələrə münasibətdə gömrük tənzimlənməsi 
məqsədi ilə gömrük rejimlərinin aşağıdakı növləri ilə 
müəyyən olunur: 


84 
1. Əsas gömrük rejimləri:
- Daxili istehlak üçün buraxılış;
- İxrac; 
- Beynəlxalq gömrük tranziti.
2. İqtisadi gömrük rejimləri: 
- Gömrük ərazisində emal;
- Daxili istehlak üçün emal;
- Müvəqqəti idxal;
- Sərbəst gömrük zonası.
3. Tamamlayıcı gömrük rejimləri:
- Təkrar idxal;
- Təkrar ixrac; 
- Məhv etmə;
- Dövlətin xeyrinə imtina.
Bəzi hallarda dövlətlərarası müqavilələrə əsasən iki 
və ya daha artıq dövlət arasında gömrük ittifaqı yaradılır. 
Bu halda bütün dövlətlərin tətbiq etdiyi tariflər ümumi qə-
bul edilmiş tariflə əvəz olunur. Rusiya, Qazağıstan, Bela-
rus belə bir ittifaq yaratmışdır.
Beynəlxalq ticarətdə ayrı – ayrı ölkələrdə istehsal, 
kapital, əmək tutumu, əmtəələrin qiymətləri arasındakı 
fərqin mövcud olması təbiidir. Digər amillərlə bərabər bu-
na gömrük rüsumları da öz təsirini göstərmiş olur. Ona gö-
rə də ayrı – ayrı ölkələrdə əmək ehtiyyatlarının, xammalın 
istehsal məhsullarının arasında qiymət fərqləri bir-birin-
dən xeyli dərəcədə fərqli ola bilər. 
Lakin ümumi bazarlarda istehsal amillərinin yerdə-
yişməsi, yəni kapitalın və əməyin hərəkətinə məhdudiy-


85 
yətlərin aradan götürülməsinin əsas səbəbi gömrük məh-
dudiyyətlərinin aradan qaldırılmasıdır.
Bu gün ümumi bazar parametrlərinə uyğun gələn ye-
ganə bazar Avropa Birliyi bazarıdır ki, özündə ümumi ba-
zar anlayışının əsas xüsusiyyətini əks etdirir.
Ümumi bazar aşağıdakı şərtlərin ödənilməsini tələb 
edir: 
1. Gömrük birliyi; 
2. İşçi qüvvəsinin sərbəst hərəkəti;
3. İş yeri tapmaq və xidmət göstərmək hüququnun 
azadlığı;
4. Kapitalın sərbəst hərəkəti və xarici ödənişlərin 
liberallaşdırılması. 
İqtisadi və valyuta ittifaqının ən yaxşı nümunəsi Av-
ropa Birliyidir.
Avropa Birliyinin yarandığı və formalaşdığı ərəfədə 
bu birliyin ölkələri arasında iqtisadi baxımdan ittifaq ya-
randı. Bu ittifaqda əsasən iqtisadi baxımdan gömrük bir-
liyi əmtəələrin sərbəst hərəkətinin, bir ölkə vətəndaşının 
digər ölkə ərazisində sərbəst iqtisadi subyekt kimi fəaliy-
yət göstərməsinə şəraitin yaradılması eləcə də kapitalın 
sərbəst hərəkətinə imkan verilməsi nəzərdə tutulur. Hal – 
hazırda bu ittifaqın nəzərdə tutduğu iqtisadi məsələlər fəa-
liyyətin əsasını təmin edir.
Avropa Birliyində vahid valyuta sisteminin tətbiq 
olunması ilə ittifaq üzvü olan ölkələr öz milli valyutaların-
dan imtina edərək yeganə valyuta olan Avrodan istifadə 
etmək qərarına gəldilər. 


86 
Nəticədə tədricən bu ölkələrin milli valyutaları təd-
ricən dövriyyədən çıxarılaraq vahid valyuta olan avro ilə 
əvəz olundu. Bu ölkələrin arasında təkcə yuxarıda qeyd 
olunan məsələlər deyil, həm də gömrük birliyi də ya-
radıldı. Belə ki, burada əmtəələrin sərbəst hərəkəti ilə bə-
rabər insanların da sərbəst hərəkətinə, həmçinin bir ölkəyə 
vizası olan xarici vətəndaşın bütün birlik ölkələri ərazisinə 
vizasız daxil olmaq hüququ vardır. Bununla bərabər birlik 
ölkələrinin vətəndaşlarının digər ölkə ərazisində biznes 
qurmağa, ticarət etməyə və yaxud sərbəst yaşamaq hüququ 
vardır. 
Onu da qeyd etmək lazımdır ki, bu birliyin yaradıl-
masından sonra bəzi ölkələrdə müəyyən problemlər yaran-
mışdır. Təbiidir ki, bütün ölkələrin inkişaf səviyyəsi, ya-
xud təbii ehtiyatları, coğrafi mövqeyi eyni olmadığından 
onların iqtisadiyyatında müəyyən problemlər yaranır və bu 
da özünü İtaliya və Yunanıstan kimi ölkələrdə əks etdirirdi. 
Regional iqtisadi inteqrasiyalar müəyyən iqtisadi 
amillərlə yanaşı bir sıra digər amillərlə də xarakterizə olu-
nur. 
Beynəlxalq aləmdə bir sıra iqtisadi inteqrasiyalar 
mövcuddur ki, bunlardan əsasən aşağıdakılardan ibarətdir: 
1. Azad Avropa Ticarət Təşkilatlarının üzvləri: Bö-
yük Britaniya, Norveç, Danimarka, Avstriya, Portuqaliya, 
İslandiya və İsveçrə 
2. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri: 
Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıs-
tan, Moldova, Ruminiya, Rusiya,Türkiyə, Ukrayna, Ermə-
nistan. 


87 
3. Latın Amerikası Sərbəst Ticarət Təşkilatları Üzv-
ləri: Argentina, Braziliya, Çili, Mexsika, Paraqvay, Peru, 
Uruqvay, Kolumbiya, Ekvador, Venesuela, Boliviya. 
4. Cənub Şərqi Asiya təşkilatı ölkələri: İndoneziya,
Malayziya, Filippin, Sinqapur və Tailand. 
5. GÜAM. Demokratiya və İqtisadi İnkişaf Uğrunda 
Təşkilat üzvləri: Azərbaycan, Gürcüstan, Ukrayna, Mol-
dova. 
Regional iqtisadi İnteqrasiyaların yaranmasını şərt-
ləndirən amillər isə əsasən aşağıdakılardır: 
1. Ölkələrin ərazi baxımından birbirinə yaxın olması.
2. İqtisadi baxımdan ölkələrin inkişaf səviyyələrinin 
yaxınlığı. 
3. Mədəniyyət və dil baxımından bir-birinə yaxın-
lığı. 
4. Coğrafi iqlim yaxınlığı. 
5. Siyasi baxımdan ölkələrin baxışlarının üst-üstə 
düşməsi.
6. İqtisadi baxımdan ölkələr arasında ticarət əlaqələ-
rinin sıxlığı və s. 
İnteqrasiya suveren dövlətlərin daxili və xarici siya-
sətinə təsir edən, xalqların taleyində əsaslı dəyişikliklərə 
təkan verən fenomenə, dünya inkişafının başlıca meylinə 
çevrilmişdir. Müasir dünyada bütün ölkələri əhatə edən in-
teqrasiya fenomeni, onun suveren milli dövlətə təsirinin 
nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı-
faydalı modellərinin axtarışı bu prosesin elmi konsep-
siyasının hazırlanmasına böyük ehtiyac yaratmışdır. Müa-
sir dünyada gedən inteqrasiya proseslərini bir çox tədqi-


88 
qatçılar yalnız zamanın tələbi deyil, həm də tarixin ye-
nidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlo-
bal əməkdaşlığın intensivləşməsi meyillərini Asiyada da, 
Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin 
əyani və gerçək tədqiqini tapmış inteqrasiya modelini hə-
ləlik yalnız Qərbi Avropa timsalında görmək mümkündür. 
Son əlli ildə dünya birliyinin bütün dövlətlərinə nüfuz 
edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əvvəllər tə-
səvvürə belə gəlməyən nəticələri məhz bu məkanda əldə 
olunmuşdur. 
Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya in-
teqrasiyasının siyasi prinsip və əsasları Ulu öndərin alter-
nativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissə-
sidir. Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, 
mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, 
onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən op-
timal əməkdaşlıq modelinin hərtərəfli dərk edilməsi mü-
hüm vəzifələrimizdəndir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin