8.2. İnjinirinq firmaları və xidmətlərin növləri.
“KNAUF” şirkətinin, Azərbaycanın inşaat bazarında
rolu
İnjinirinq firmalara beynəlxalq xidmət sahələrində
əsasən aşağıdakılara bölünür:
1. Konsaltinq (C);
2. Layihələrin idarə olunması (PM);
3. Layihələndirmə (E);
4. Malgöndərmələr (P);
5. Inşaat (İ).
Təmiz formalı idarəetmə injinirinqi bir qayda olaraq
injinirinq firmalarının gördüyü inşaat və ya digər işləri bir-
başa idarə etmir, o injinirin xidməti kimi bu layihənin ic-
rası olan firmanın idarəetmə işini bir növ tamamlayır. Yə-
ni əlavə olaraq idarəetməyə köməklik göstərir.
Sənaye obyektlərinin yaradılması sferasında fəaliy-
yət bir neçə formada olur ki, bunlar da aşağıdakılardır:
1. İnjinirinqin konsaltinqi– bu halda injinirinq kom-
paniyası yalnız layihə sənədlərinin keyfiyyətinə, eksperti-
zasına və müəlliflik nəzarətinə cavabdeh olur, lakin layi-
hənin yerinə yetirilməsi üçün heç bir məsuliyyət daşımır.
2. İdarəetmə injinirinqi-injinirinq firmaları layihəni
tam idarə edir və layihənin uğuruna cavabdehdir. Belə
firmalar bir qayda olaraq kifayət qədər maliyyə gücünə
malik olurlar ki, bu da layihənin icra olunmasına təminat
verir və riski neytrallaşdırır. Onlar layihədə menecer
rolunu yerinə yetirirlər.
3. Subpodrat fəaliyyət – bir və ya layihənin bir neçə
mərhələsinin injinirinq firması tərəfindən yerinə yetirilmə-
sidir.
132
Sovet İttifaqından qalan zavodların çox böyük sahə-
ləri əhatə etməsinə baxmayaraq, onların istehsal gücü çox
məhdud idi. Buna görə də KNAUF firmasının Rusiya tari-
xinin növbəti mərhələsi onların məhsuldarlığının artırılma-
sı oldu. Zavodların ərazisini genişləndirmədən, KNAUF
firması, istehsal həcmini bəzi hallarda iki və daha çox dəfə
artırmağa müvəffəq oldu. Mövcud xətlər təmir olunurdu
və ya hissə-hissə yeniləri ilə dəyişdirilirdi.
Yeni istehsal korpuslarının tikilməsinə başlandı.
Yeni müasir zavodlar artıq işləyən müəssisələrin boş əra-
zilərində və ya onların yanında yaradıldı. Artıq 1997-ci il-
də Sankt-Peterburqda Avropada ən mükəmməl tikinti ke-
ramikası zavodu işə başlamışdı. 2000-ci ildə Novomos-
kovskda KNAUF-lövhələrinin yeni istehsal prosesinə baş-
landı.
Lakin bazar məhsulun əlavə həcmini tələb edirdi və
2003-cü ildə Novomoskovskda dünyada ən iri zavod-
lardan biri olan KNAUF-lövhələrinin emalı üzrə bir zavod
da açıldı. Tula vilayətində yerləşən müəssisə KNAUF fir-
masının bütün dünyadakı iri sənaye müəssisələri ilə bir sı-
raya yerləşdi.
2003-cü ildə Krasnoqorskda sementin əsasında quru
tikinti qarışıqlarının emalı zavodu tikildi. 2004-cü ilin ap-
rel ayında təntənəli sürətdə açılan müəssisə dünyada ən
mükəmməl müəssisələrdən biri oldu.
Perm vilayətində lahiyəsi ağ vərəqdən başlayan, Ru-
siyada ilk KNAUF istehsalat müəssisəsi tikildi. Burada
heç vaxt istehsalat olmamış, yalnız iripanelli evlərin detal-
ları zavodunun yarıtikili korpusları mövcud idi. Bu gün isə
―KNAUF gips Kunqur‖ – müasir avadanlıq, yüksək key-
133
fiyyətli məhsul və idarəetmənin qabaqcıl texnologiyaları
deməkdir.
Rusiyadan sonra KNAUF firması Ukrayna bazarına
çıxdı. 1994-cü ildə SSRİ dövründə təbii materiallardan
məhsul istehsal edən Kiyev gips kombinatında pay iştirakı
üçün danışıqlar başlandı. Bazarı KNAUF beynəlxalq qru-
punun yeni məhsullarına hazırlamaq üçün 1996-cı ildə Ki-
yevdə ilk olaraq marketinq və satış strukturları fəaliyyətə
başladılar. 1999-cu ilə qədər KNAUF-un investisiya proq-
ramı sayəsində müəssisədə gips karton lövhələrinin emalı
üzrə yeni qurğu quraşdırılmışdır, gips zavodu müasirləş-
mişdi, eləcə də, zavodun ərazisində bütün binaların re-
konstruksiyası aparılmışdı. Şəhər əhatəsində yerləşən za-
vod istehsalatın ekoloji təhlükəsizliyinin ən sərt tələblərinə
cavab verir və ətraf mühitə qarşı dost münasibətin nümu-
nəsidir.
2004-cü ilin oktyabr ayında KNAUF firması Qa-
zaxstan Respublikasındakı ikinci Atırau yaxınlığında olan
İndeborsk qəsəbəsində yerləşən ―İSİ gips‖ müəssisəsini əl-
də etdi.
“KNAUF‖ şirkəti, Azərbaycanın inşaat bazarında 10
ildən artıq fəaliyyəti dövründə quru inşaat komlekt sistem-
lərinin populyarlaşdırılmasına və aparıcı məhsullarından
biri olan gipskartonun satış həcminə görə qeyd-şərtsiz li-
derə çevrilməsi üçün çox böyük sərmayə yatırmağa nail
olmuşdur. Bu nailiyyətin pozitiv perspektivləri və Azər-
baycan iqtisadiyyatının yüksək templə inkişafı yerli isteh-
salın yaradılmasına zəmin yaratdı. ―Gilan Holding‖ şirkət-
lər qrupu ilə əməkdaşlıq nəticəsində, 2005-ci ildə gipskar-
ton istehsalı üzrə ―Gilan & Knauf Gipso-karton‖ MMC
zavodunun inşa layihəsinin həyata keçirilməsi barədə
razılıq əldə olunmuşdur.
134
Goranboyda yerləşən «Gilan & Knauf Gipso-karton»
MMC, gipskarton istehsalı üzrə Qafqaz regionunda oxşarı
(analoqu) olmayan bir müəssisədir. Zavodun tikintisinə
2006-cı ildə başlanmışdır, ilk məhsul isə 2008-ci ildə
istehsal olunmuşdur. Ən müasir alman avadanlığı ilə təc-
hiz edilmiş zavodun istehsal gücü 8 milyon m²-ə bərabər-
dir. Zavodun fəaliyyətə başlaması 90-dan artıq insanın işlə
təmin olunmasına şərait yaratmışdır. Məhsul gipskarton
istehsalı sahəsində dünya üzrə lider olan Knauf şirkətinin
texnologiyalarından istifadə olunmaqla istehsal edilir.
Müəssisə tərəfindən istehsal olunan məhsul dünya key-
fiyyət standartlarına tamamilə cavab verir. Keyfiyyətə nə-
zarət ayrıca komponentlərdən başlayaraq hazır məhsula
qədər olan bütün istehsal prosesi boyu həyata keçirilir.
Azərbaycanda KNAUF firması özünün ―müştəriyə
yaxın olmaq‖, onu münasib qiymətə yüksək keyfiyyətli
məhsullarla təmin etmək prinsipini həyata keçirir. Şirkətin
ölkədəki fəaliyyət fəlsəfəsi ölkədaxili müəssisələrində
Azərbaycan xammalından, yerli işçi kadrları cəlb etməklə
istehsal olunan innovasiya və enerjiqoruyucu tikinti mate-
riallarının ölkə bazarına tədarük edilməsindən, zavodların
müasir istehsalçı müəssisə səviyyəsinə çatdırılmasından
və qabaqcıl marketinq strukturunun formalaşmasından
ibarətdir.
―Azərbaycan Respublikasında inşa edilən yaşayış,
ictimai və sənaye binalarında istifadə edilməsi üçün
gipskarton lövhələri əsasında inşaat konstruksiyalarının iş-
çi cizgi albomları və metodik sənədləri bu ilin yanvar
ayından etibarən dövlət qeydiyyatına alınmışdır. Xüsusi
çəkisi nisbətən azalsa da hər halda ixracın 90%-i həmin
ölkələrin payına düşür. Burada 8 qabaqcıl ölkənin payı
ixracda -75%, idxalda isə - 50%-dir.
|