128
FƏSİL 8. BEYNƏLXALQ İNJİNİRİNQ
XİDMƏTİ
8.1. İnjinirinq xidmətinin mahiyyəti
İnjinirinq bazar iqtisadiyyatında faktor kimi yüz əlli
il bundan əvvəl İngiltərədə meydana gəlmişdir. Sənaye sa-
hibkarlarının tələbi ilə yeni zavodların layihələndirilməsi
və yaxud köhnə zavodların yenidən qurulması (rekon-
struksiya) olunması üçün mühəndis xidmətləri əvvəllər
fərdi qaydada, sonralar isə qrup şəklində təklif olunurdu.
İnjinirinq sözü (ingilis dilində enginering, latıncadan ya-
ranması ingenium-yaradıcılıq, düşüncə, bilik mənasını bil-
dirir) bu məhsul satışı və istehsalı üzrə kommersiya xid-
məti olmaqla, özündə infrastruktur və digər obyektlərin
yaradılması, xidmətin göstərilməsi, və istismarı, eləcə də
mühəndis tədqiqat və məsləhət xidmətləri, konstruktor
layihə, layihələrin texniki iqtisadi əsaslandırılmas, anali-
tik-hesabat xarakterli və idarəetmə və istehsalın təşkili
xarakterli işlərin yerinə yetirilməsini birləşdirir.
İnjinirinq öz aktiv inkişafını təqribən 50-60 il əvvəl
II Dünya müharibəsindən sonra tapmışdır.
Bu zaman artıq təkcə sənaye obyektlərinin tikilib
təhvil verilməsi sifarişçiləri qane etmirdi. Sifarişçi tərəf ic-
raçılardan, yəni injinirinq xidməti göstərənlərdən həm gə-
ləcəkdə, istehsalı və texnologiyanı idarə edə biləcək kadr-
ların hazırlanmasını, həm də verilən texnologiyaya texniki
xidmət olunmasını da tələb edirdi.
Bununla başlıca olaraq injinirinq xidməti sahəsində
müxtəlif istiqamətlər yaranmağa başladı və beynəlxalq in-
jinirinq xidməti bazarları yarandı.
Ona görə də yeni praktikada injinirinq anlayışını də-
129
qiqləşdirmək, sistemləşdirmək, unifikasiyalaşdırmaq təkcə
milli səviyyədə deyil, beynəlxalq səviyyədə lazım gəldi.
Ona görə də mühəndislik işi XIX əsrdə artıq müx-
təlif istiqamətlərə, mühəndis-yol, mühəndis-artilieriyaçı,
mühəndis-inşaatçı, dağ-mühəndisi, mühəndis-fizik kimi
sahələrə bölündü.
Beləliklə injinirinq xüsusi bir fəaliyyət növü olub-
layihələrin praktiki olaraq işlənməsini, icra edilməsini və
istismarını təmin edən mühəndislik fəaliyyətidir.
Azərbaycan sənaye, mülki və yaşayış sektorlarında
görünməmiş tikinti dalğası yaşayır. Yaxın keçmişdə belə
işlərin böyük qismi beynəlxalq podratçılar tərəfindən hə-
yata keçirilirdi. Bu şirkətlər son iyirmi ildə Azərbaycana
təkcə öz işçilərini deyil, həm də biliklərini, ideyalarını və
məhsullarını gətirdilər.
Kəşfiyyat və hasilat sahəsindəki güclü inkişaf re-
gionda neft-qaz sənayesi ilə yanaşı bir çox digər sahələrin
inkişafını da stimullaşdırıb. Tikinti materialları sənayesi
daha yüksək inkişaf səviyyəsinə keçir, yerli gəmiqayırma
şirkətləri yüksəliş dövrünü yaşayır.
13 milyard avro dəyərində neft emal edən komplek-
sin yaradılması planlaşdırılır. Bu il metallurgiya zavodu
istismara verilib və çirkab sularının təmizlənməsi və tul-
lantıların ikincili işlənilməsi üçün qurğuların tikintisi hə-
yata keçirilir.
Artıq Azərbaycanda inkişaf edən kənd təsərrüfatı sa-
hələrini təchiz etmək üçün yerli müəssisələrin yaradılması
üzrə ―kağız üzərində layihələr‖ mövcuddur. Eləcə də, bu
yaxınlarda Azərbaycan hökuməti öz üzərinə yenilənən
enerji sahəsində layihələrə bir neçə milyard avro investi-
siya qoymaq öhdəliyini götürüb. Qarşıya qoyulan məqsəd
130
2020-ci ildə yenilənən enerji mənbələrinin istifadə payını
20%-ə qədər artırmaqdır.
Bu planlar həyata keçərsə, həmin sahələrin təc-
hizatını təmin edəcək sənaye istehsalı və maşınqayırma
sahələrinin daha da inkişafına müsbət təsir göstərəcək.
Beləliklə, şirkətlər ortamüddətli perspektivdə neft və
qaz kəşfiyyatı və hasilatı çərçivəsindən kənara çıxan di-
versifikasiya və böyümə üçün imkanlar əldə edəcəklər.
Sənayenin yeni sahələri ilə paralel şəkildə inkişaf yerli şir-
kətlərə öz mütəxəssis potensialını genişləndirməyə, eləcə
də regionun mürəkkəb sənaye strukturunun ayrılmaz his-
səsi olmağa imkan verəcək.
Hazırda Azərbaycanda inşa edilən neft-kimya səna-
yesi müəssisələrinin dünya bazarında rəqabətə davamlı ol-
maları nəzərdə tutulur. Bununla əlaqədar olaraq inkişaf
edən sektora xidmət göstərməkdə uğur qazanmaq istəyən
şirkətlər də keyfiyyət üzrə dünya standartlarına cavab
verməlidirlər.
Bu o deməkdir ki, istehsal edilən məhsulun yüksək
keyfiyyətini təmin edən idarəetmə strukturunun və keyfiy-
yətli iş görməyə çalışan yüksək ixtisaslı işçilərin olması
böyük əhəmiyyət kəsb edir. Digər qlobal şirkətlərlə qarşı-
lıqlı əlaqə vacib rol oynayan sahədə beynəlxalq tərəfdaş-
larla qüsursuz qarşılıqlı əlaqəni təmin etməyə imkan verən
strukturların olması da çox əhəmiyyətlidir. Bütün bunlar,
öz növbəsində biznesin aparılması üzrə digər ölkə və mə-
dəni mühitlərdən olan tərəfdaşlar üçün anlaşılan standart-
laşdırılmış metodların tətbiqini tələb edir.
|