Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə16/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   12   13   14   15   16   17   18   19   ...   211
Abduxaliq Uyğur (09.02.1901, Turpan - 13.03.1933, Tur­pan). Qəribə taleli bir şair olan Abduxaliq Uyğur mətbuatın, nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağ­lığında çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan Inayət tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfindən yayınlanmış və şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə türkçəsində verilmişdir.

Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Ki­zil ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxu­yur, Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdul­xa­liq 1923-cü ildə bir neçə yaşıdı ilə SSRI-yə gələrək burada üç il təh­sil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolsto­yun, M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxu­yur. Onlardan güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bə­ra­bərlik, sinfi mübarizə şüarları ona olduqca xoş gəlir. Necə de­yərlər, bolşevik inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci il­də vətənə dönərək cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.

1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi) adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı bitirənlərin bir çoxunu SSRI-də oxumağa göndərir.

Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı müba­rizəyə də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız iş­ğal­çılara qarşı deyildi, həm də öz millətindən olan varlılara qar­şı idi. Insanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq is­tə­yi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəa­liyyətində sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.

Turfandakı milli azadlıq mübarizəsi zamanı gənc şair də dö­yüşçülər sırasında olur. 1933-cü ildə Çin Qomindan Partiya­sının rəhbəri Şenq-Şi-Şey Turpan şəhərinə gələrək şairi və dost­larını həbs etdirir. 1933-cü ilin martın 13-də Abduxaliq Uyğur edam edilir. Onu ölümə apararkən şair mübarizəsində haqlı ol­duğunu bildirmək üçün “Yaşasın azadlıq”, “Yaşasın azadlıq” deyə qışqırmışdır. Şair ölümü ilə də uyğur ədəbiyyatına qəhrə­manlıq mövzusu vermişdir.



Vətəninin və xalqının azad nəfəs ala bilməsi və müasir mə­də­niyyətlərə yiyələnməsi üçün ömrü boyu mübarizə apararaq “Oyan”, “Zulumga karşi” (Zülümə qarşı), “Körüngən tağ yirak emes” (Görünən dağ uzaq deyil), “Könül xahişi” və b. şeir­lə­rini yazır. Qadağalara, yasaqlara görə şairin şeirləri sağlığın­da çap olunmasa belə xalqı onun əsərlərini yaddaşında yaşatmış­dır.

Xotən üsyanı zamanı döyüşə atılan uyğurlar onun “Sən kimin oğlusan, oylısanğçı” şeirini marş kimi oxuyurmuşlar. Bundan başqa, bir çox şeirləri də 1947-1949-cu illərdə milli hökumət zamanı məktəblərdə nəğmə kimi söylənirmiş.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin