Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə191/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   187   188   189   190   191   192   193   194   ...   211
Vahid Hacı oğlu Atayev (1934, Dağıstan MSSR, Erpeli kəndi). Dağıstan Kənd Təsərrüfatı Institutunda, Timiryazyev adina Kənd Təsərrüfatı Akademiyasında, Kuban Kənd Təsər­rü­­fatı Institutunda oxuyaraq aqronom, iqtisadçı, pedaqoq ix­ti­saslarına yiyələnmişdir. Uzun illər Buynaksk şəhərindəki Kənd Tə­sərrüfatı Texnikumunda dərs desə də, onu daha çox uşaq şai­ri kimi tanıyırlar. Bir çox şeirləri rus və Dağıstan xalqlarının dil­lərinə çevrilərək qəzet və jurnallarda, nəşriyyatlarda çap olun­ması və şeirlərinə mahnılar bəstələnərək radio və tele­vi­zi­yada səslənməsi onun məşhurlaşmasında böyük rol oynamış­dır.

“Böleley”, “Gülyalan”, “Gün çıx”, “Tanq yaxşı bolsun” ki­tabları nəşr olunan şairin şeirləri dərsliklərə də daxil edil­­miş­dir. Onun “Sinan”, “Mişik ve Kalaç” kitabları Türkiyədə nəşr edilmişdir. 1998-ci ildən Rusiya Federasiyası Yazıçılar Bir­liyi­nin üzvüdür.

Şeyit Xanım Alişevanın və Akay Akayevin təşəbbüsü ilə qu­muq şair və yazıçılarının “Qarcığa” jurnalında uşaqlar üçün yazdığı şeirlər və hekayələrdən nümunələr 2002-ci ildə Ma­haçqalada Qarcığa. Yaşlar adabiyatının antoloqiyası” adı altında çap olunmuşdur (Qarcığa, 2002).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin