Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə114/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   110   111   112   113   114   115   116   117   ...   211
2.2. Nartlar
Qaraçay-malkarlar arasında yaşayan Nart əfsanə və das­tanlarında nartlar insanlardan üstün tanrılar kimi təsvir edilir. Bunu əsas götürən araşdırıcılar həmin mətnlərin türk xalq­larında olmadığını söyləyirlər. Hətta bu dastandakı miflərlə yu­nan mifləri arasında paralellər apararaq qonşu xalqlar vasi­təsilə yunanlardan alındığını da söyləyirlər. Əlbəttə, hər bir xalq qonşu xalqlarla mədəni-iqtisadi əlaqələr şəklində yaşayır. Qa­raçay-malkarların da qonşu çərkəzlərin, abazalıların, kabarda­ların, inquşların folklorundan qarşılıqlı bəhrələnməsi təbiidir.

Bununla yanaşı, Nart dastanlarında qədim türk dastanlarının izlərinə rast gəlmək olur.

Tanzilya Xadjilanı yazır: “Çok tanınmış Nartlar, eski halk inancına göre ilginc biçimlerde yaratılmışlar: Yer tanrısı Debet ilə Gök tanrısının oğludur. Satanayın babası Günəş, annesi Ay­dır. Örüzmek gökyüzünden düşen bir kuyruklu yıldızın içinden çıkmıştır. Sosuruk Kayadan doğmuştur, babası ise bir çoban­dır. Karaşavay Debetin torunudur, annesi bir devdir. Bu gibi şeyler eski mifoloji ile de ilişkilidir” (Türkiye dışındakı..., 2002:51, 22-ci cild).

Yuxarıda deyilənlərlə “Oğuznamə” və “Kitabi-Dədə Qor­qud” qəhrəmanları arasında paralellər aparmaq olar. Bu da dastan yaradıcılarının eyni qaynaqdan bəhrələndik­lərini açıq göstərir. “Nart Paçıkan”da Paçıkanın dörd çuval undan bişirilmiş çörəyi bir dəfəyə yeməsi və qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə içməsi sanki azala-azala gələrək Koroğlunun qarıya qonaq olarkən bir pud düyünün plovu ilə bir qoyunu yeməsi şəklinə düşmüşdür.

Yalnız qonşu noqaylar, qumuqlar, tatarlar deyil, onlardan çox uzaqda yaşayan qırğızlar, sakalar və başqaları da dastan­larını qaraçay-malkarların Nart dastanlarını söylədiyi üslubda söyləyirlər. Qonşu çərkəz, abaza, abxaz, adıgey Nartlarından fərqli olaraq qaraçay-malkarların Nartları türk mifologiyasına daha yaxındır. Ritm, vəzn oxşarlığı da çox vaxt qorunub saxlanılır.

Nartların toplanıb nəşr edilməsinin və öyrənilməsinin tarixi XIX yüzilin sonlarına təsadüf edir. Safar Ali Urusbiyevdən top­lanmış “Urızmek”, “Şauay”, “Raçikay”, “Sosuruk” SMOMPK-ın 1881-ci il birinci buraxılışının ikinci bölməsinin 1-42-ci səhifələrində, M.Aleynikovun topladığı SMOMPK-ın 1883-cü il üçüncü buraxılışının ikinci bölməsinin 139-155-ci səhifələrində, A.Bataşevin topladığı SMOMPK-ın 1896-ci il iyirimi birinci buraxılışının ikinci bölməsinin 76-88-ci səhifə­lə­rində çap olunmuşdur (Sаbаnçiеv Х.-M.А., 1989).

Qaraçay-malkarlarda nəsr şəklində söylənilən, amma nağıl olmayan folklor nümunələrinə “tavruh” (dastan, əfsanə, heka­yə) deyirlər.

Bizim atalar sözlərini qaraçay-malkarlar “Nart sözləri” ad­landırırlar. Bunun səbəbi miflərindəki əfsanəvi insanlar kimi təsvir olunan Nartları ulu babaları saymalarıdır. Nart miflə­rində ilk dəfə atı əhliləşdirib minən, ilk dəfə dəmiri kəşf edib on­dan silah düzəldən Nartlar olduğu deyilir. Onlar ağılı, mərd­liyi, cəsarəti ilə əfsanəvi varlıqları-divləri, cinləri və b. da məğ­lub edə bilirlər.

Nart əfsanələrinin qəhrəmanları bunlardır: Örüzmek, Sosur­ka (Sosuruk), Soslan, Davat, Debet, Sibilçi, Alavqan, Fuk, Karaşavay, Batırez, Cönger, Şrdan, Acemaz, Aymuş, Gezok, Satanay, Ağunda. Örüzmek Nartların ən yaşlısı və ən ağıllısı, Batırez düşmənlərə qarşı hiylə işlətmədən döyüşən ən cəsur cəngavər, Sosurka ağılı və fəndləri ilə özündən güclü düş­mən­ləri yenən, Debet usta dəmirçi kimi təsvir edilir. Dastanda onu belə tanıdırlar: “Nart Örüzmek süyse kökge uçandı” (Nart Örüz­mek istəsə, göydə uçarmış) və ya “Kökge bulutlanı celça çaçhandı” (Göydə buludları yel kimi dağıdandı) (Tavkul U., 1992:731).

“Nartlar” Azərbaycan alimlərinin həmişə diqqət mərkəzində olsa da, ayrı-ayrı vaxtlarda, tədqiqat mövzuları ilə bağlı “Nart”lara müraciət etsələr də bu xüsusi araşdırma mövzusuna çevirməyiblər. Son illər Nizami Tağısoy (Məmmədov) bu mövzuya diqqəti artırmışdır. Onun 21-22 noyabr 2008-ci ildə Bakıda keçirilən “Müqayisəli ədəbiyyat: Ədəbiyyatlarda və mə­dəniyyətlərdə stereotiplər” mövzusunda Beynəlxalq Elmi Kon­fransda “Balkar-qaraçay “Nart” qəhrəmanlıq eposu (Digər Qaf­qaz xalqlarının “Nart”ları ilə oxşar və fərqli məqamlar) adlı ma­raqlı məruzəsini uğurlu araşdırmaların başlanğıcı kimi dəyərləndirmək olar. (Tağısoy N., 2008).

Bu gün folklor nümunəsi kimi söylənilən bədii parçaları ta­rixin hansı kəsimindəsə ayrı-ayrı poetik istedadı olan insanlar yaratmışlar. Zaman keçdikcə onların yazıçıları unudulsa da, tarixi hadisələrdən bəhs edən cırlarda (yır) qəhrəmanların adları və onların hansı tayfadan, soydan olduğu göstərildiyindən bu gün də yaşayır. Necə deyərlər, cırlar (yır) xeyirxah insanları da, xalqına pislik edənləri də, qorxaqları və satqınları da yaşadan qaynağa çevrilmişdir.

Bizim nağıl, qaravəlli, rəvayət dediyimiz folklor nümunələri qaraçay-malkarlarda “comak” və ya “tavruh”, yəni tarix adla­nır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin