Folklor instituti


Folklorda Tanrıçılıq inancının izləri



Yüklə 4,03 Mb.
səhifə113/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   109   110   111   112   113   114   115   116   ...   211
2.1. Folklorda Tanrıçılıq inancının izləri
Qaraçay-malkar folklorunda tanrılarla bağlı poetik nümunə­lərə daha çox rast gəlinir. Mərasim nəğmələrində Teyri (Tanrı), Çoppa, Eliya, Şibila, Totur Ozay və b. adlar tez-tez çəkilir. Do­lay, Erirey, Inay, Apsatı, Biynöger adlı cırlar ən qədim nümu­nələr sayılır (Iranda türklərin toplum yaşayış mərkəzi olan Savə bölgəsində bugün də şeirə yır, şairə yırçı deyirlər). Dolay tanrısı ilə bağlı nəğmələr qaraçaylar arasında bu gün də yaşayır. Azərbaycanda isə Dolay tanrısı haqqında nəğmə ilkin mənasını itirərək, məzmununu dəyişərək xalq mahnısına çevrilmişdir. Onu da xatırladaq ki, qaraçaylarda şərəfinə nəğmələr oxunan Debet və Anaxatır tanrılarının adını Azərbaycanın qərbində çaylara vermişlər.

Qaraçaylar Ayterek və Cannız Terek tanrılarını təmsil edən ağaclara, malkarlar Ravbaziy tanrısına, Çeqem vadisindəki To­tur tanrısı şərəfinə Totur adlandırılan daşa sitayiş edirlər. Al­taylar və Sibirdə yaşayan bəzi türk xalqları şamançılığa ina­nırlar. Bütpərəstliyi heç vaxt qəbul etməmişlər. Onlarda ağaca, daşa inam bu gün də yaşamaqdadır. Eləcə də, islamı çoxdan qəbul etmiş türklərin əksəriyyətində də bu inanclar yaşayır. Bu da onu göstərir ki, qaraçay-malkarlar şamançılıq dönəmindəki inanclarını və həmin dövrə aid müxtəlif bərəkət tanrılarının ad­larını yırlarında qoruyub saxlamışlar. Belə ki, yağ-ayran almaq üçün nehrə çalxarkən Dolayın, xırmanda taxıl döyərkən Erireyin, yun darayıb, əyirib və toxuyarkən Inayın şərəfinə cır­lar (yırlar) söyləyər, məhsullarının bərəkətli olmasını istəyərdilər.

Zaman keçdikcə bu mərasimlər və inanclar islamlaşmağa baş­layır. Islamlaşmanın izlərini qaracay-malkarlarda da gör­mək olar. Ovun uğurlu olması üçün Apsatın qızı Baydimat (Pa­timat) - Fatimatın şərəfinə mərasimlər keçirirlər. Buradan Bay­dimatın Fatimaya çevrilməyə doğru getdiyinin şahidi oluruq. Belə ki, Fatimə Məhəmməd (ə.s.) peyğəmbərin qızı - dördüncü xə­lifə Əlinin arvadıdır. Azərbaycanda müqəddəs sayılan, şərəfinə qurban kəsilən daş və qayaların əksəriyyəti islamın dördüncü xəlifəsi Əlinin adı və atı Düldülün ayaq izləri ilə bağlıdır.

Qaraçay-malkarların ov tanrısı Apsatın qızı Baydimat-Fati­ma­tın igid ovçunu arxasınca yalçın qayanın zirvəsinə çıxarma­sından, oradan düşə bilməyəcəyini görən igidin özünü qayadan atıb öldürməsindən bəhs edən “Biynöger” dastanı çox məş­hurdur. Araşdırıcıların fikrincə, bu dastan 12-13-cü yüzillərdə yaradılmışdır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin