Folklor instituti


(Türkiye dışındakı..., 2002:197, 20-ci cild)



Yüklə 4,03 Mb.
səhifə161/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   157   158   159   160   161   162   163   164   ...   211
(Türkiye dışındakı..., 2002:197, 20-ci cild).

-şeiri bu gün də Azərbaycanda xalq mahnısı kimi oxunur və ba­ya­tı kitablarına yazarı bəlli olmayan mətn kimi salınır. Şairin „Ha­şıq ellerine kim geter?“ şeirində Yunis Imrə ruhu aydın duyulur.

Kazak Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Kazak gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı Irçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır (ASE, III cild, səh. 301 və IV cild, səh. 526).

Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. (Kazak Yırçı, 2001, ASE, 1980:526, 4-cü cild).

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yaz­mış­dır. Feodal sarayında kəniz olan sevgilisini qaçırmaqda dos­tuna kömək etdiyi üçün Sibirə sürgün edilmişdir... Sür­gün­dən qayıtdıqdan sonra bəyləri və knyazları ifşa edən şeirlər yazmışdır” kimi bilgi verilir (ASE, 1980: 526, 4-cü cild).

Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə, əda­lətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet döv­ründə tərbiyə almış ədəbiyyatşünaslar isə buna bir sinfi mübarizə motivi kimi baxmağa çalışmışlar.

Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid edən, beləliklə, insanları tərbiyələndirməyə çalışan bir sənət­kardır. Çox vaxt Yırçı Kazakla Mahammat apendi Osmanovu qarşı-qarşıya qoymuşlar.

Göründüyü kimi, onun həyat və yaradıcılığına bir sinfi mübarizə donu geyindirmişlər.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin