Folklor instituti


Azərbaycanda qaqauzlar haqqında



Yüklə 4,03 Mb.
səhifə34/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   30   31   32   33   34   35   36   37   ...   211
1.3. Azərbaycanda qaqauzlar haqqında
Əmin Abidin yuxarıda bəhs etdiyimiz məqaləsindən sonra qaqauzlar haqqında Azərbaycan mətbuatında ciddi bir yazıya rast gəlinmir. 1937-ci ildə milli düşüncəli insanların həbs edil­məsi, güllələnməsi və sürgünə göndərilməsi Azərbaycan ay­dın­ları arasında qorxu, xof yaratmışdı. Həbs və təqiblərdən qurtara bilən qələm sahiblərinin heç biri təkrar bu mövzuya qayıdaraq həyatını təhlükəyə atmaq istəmirdi.

Azərbaycanda qaqauzlar haqqında yazılara bir də 1960-cı illərdən sonra rast gəlinir. Sovet dövründə respublikalar ara­sında əlaqələr mərkəzi hökumət tərəfindən tənzimlənirdi. Öl­kə­də baş verənləri nəzarət altında saxlamaq üçün respublikalar arasında sosializm yarışı şərtlərinin yoxlanılması, mədəniyyət, incəsənət, ədəbiyyat həftələri, kino festivallar keçirilirdi.

1965-ci ildə Kommunist Partiyası funksionerlərinin rəhbər­liyi ilə Moldova Respublikasının bir qrup ədəbiyyat və in­cəsənət xadimi Azərbaycanda dostluq həftəsi keçirməyə gəlir­lər. Onların arasında qaqauz şairi Dionis Tanasoğlu da olur. “Ədəbiyyat və incəsənət” qəzeti həmin günlərin hadisələrini işıqlandırarkən Moldova ədibləri ilə yanaşı, qaqauz şairinin də “Duyğum” adlı şeirini verir.

Bu, Azərbaycan mətbuatında rast gəldiyimiz yazarı bəlli ilk qaqauz şeiridir. Həmin şeirdən bir bənd veririk:

Hanı sənin gəlişin, ey duyğum!

Göstər bana atəşin, ey duyğum!

Alıb yenə üfləyim,

Yoxsa yanar ürəyim, ey duyğum!




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin