Folklor instituti


Əmin Abid qaqauz maniləri haqqında



Yüklə 4,03 Mb.
səhifə32/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   28   29   30   31   32   33   34   35   ...   211
1.2. Əmin Abid qaqauz maniləri haqqında
Əmin Abid 1928-ci ilin oktyabrında tamamladığı “Türk xalq ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xü­susiyyəti” məqaləsində beş min bayatı-mani üzərində araş­dır­ma aparmışdır (Abid Əmin, 1930, 4-5(9-10):9-42). O, Tür­kiyə, Iraq türkmənləri, özbək, qazax, tatar və digər türk xalq­ları arasında geniş yayılmış olan dördlüklərin tarixini incələ­miş, müqayisələr aparmış və nəticədə fərqli coğrafiyalarda yaşayan və fərqli adlar daşıyan dördlüklərin köklərinin eyni nöqtədən gəldiyi və eyni kökə dayandığı qənaətinə gəlmişdir (Şamilov Ə., 1986: 26-27, sayı 11).

Məqalədə iki dəfə də qaqauzlardan bəhs edilmişdir. “Mani” sözünün anlamını açıqlayarkən Əmin Abid yazmışdır: “Bizim əldə etdiyimiz nəticəyə görə, bayatı təbiri gibi öləng, cır, türkü, eşulə adları da mənaca şərqi demək olduğundan bunlarda digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad gibi sayıl­ma­lidır. Hələ bir az aşağıda tədqiq edəcəyimiz üzrə bundan doqquz yüz sənə əvvələ aid “Kudatku bilik”də məni adı ilə dördlə­mələrdən bəhs etməsini də düşünəcək olursaq və burada türk xalqlarının nəşət etdigi ölkələrdə “Kudatku bilik”in yayıldığı sahələr olduğunu xatırlasaq, o vəkt musiqi yüzündən müxtəlif adlar alan bu nevin - güftə etibarilə - ümumi və müştərək adını manı olarak qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələrində manı adı unudulmuş, yerinə musiqi adı kayım olmuşdur.

Mani təbirinin mənası bəzi müstəşrikləri əlakədar etmişdir. Ilk dəfə olarak akademik A.Samoyloviç Nəvainin tuyuğları haq­qında nəşr etdigi qiymətli tətəbönamədə (“Müsülman dün­yası”, Petroqrad, 1917) bir vəsilə ilə məni kəlməsindən bəhs edərkən “Çağdaş Osmanlı və Azərbaycanlılar mani deyə ya­zarlar” qeydini əlavə edir.

Kovalski də maninın məadan gəldiginə qətiyyətlə qanedir. Daha sonra mani haqqında nəşr etdigi məqalədə mani kəl­məsinin əslini türkcədə zənn etməyən Köprülüzadə dəxi ərəb­cənin məni, məa kəlməsindən gəldiginə inanır.

Halbuki bu müstəşriklərdən yüzlərcə sənə əvvəl yetişən Evliya Çələbi bu xüsusu qəti bir şəkildə göstərməkdədir. On yeddinci əsr adamlarından olan bu səyyahın səyahətnaməsində bulduğumuz bir fəqərə onun zamanında maninın Anadolu köy­lərində aldığı adı, mənaca çıplak bir şəkildə meydana qoyur. Evliya Çələbi manılardan göstərdiyi nümunələrin adını doğru­dan-doğruya məni şəklində qeyd edir ki, səyyahın ifadəsini eynilə buraya nəql etdik:

“...Sahibi Pərhiz, şəhbaz bir yigit kalkmış, üryan atına bəs­mələ ilə timar ediyor yedərkən bir savti-həzin ilə makamla şu beyti söylədi:

Öyləmi halım fələk,

Dil bilməz zalım fələk.

Qəsdin can bağçasından,

Iki nihalim fələk.

Bu tərz ilə mütəsəvvüfanə, fələkdən şikayət eləyirdi. Həqir heyrətdə qalaraq bu beytdən təfəül qəsd etdim. Yenə məniyə ağaz edərək şunu söylədi:

Baba kitab ilə sən,

Uğraşma nafilə sən.

Bundan bir iş eylə,

Anda yana biləsən.

Digər mani:

Lalanın dünyası nə,

Aldanma dünyasınə.

Dünya bənim diyənin,

Dün getdik dün yasinə.


Bunları öylə qəribanə və cigər-suz bir səda ilə okuyub ağladı (Evliya Çələbi Səyahətnaməsi, cild 1, səhifə 211). Ev­liya Çələbinin göstərdiyi nümunələrin bugün belə Azərbaycan bayatıları içində yaşadığını yuxarıdakı izahata əlavə edəcək olursaq, artıq bu nevin Kırım, qaqauz türklərində olduğu gibi cənub türklərində də adının mani və bunun da ərəbcə mənidən gəldiyi haqqında ortaya sürülən fikir haqqında heç bir şübhə qalmamış olur. Məni kəlməsinin mani halına keçməsi isə eyn hərfinin türk ağzına görə dəyişməsindən başqa bir şey deyildir.

Manilər məlum olduğu üzrə heca vəzninin yeddilisilə yazilır. Bu şəkilə türk ədəbiyyatının çox əski dövrlərinə aid məh­sulları arasında da təsadüf edirik. Türk ədəbiyyatının elmə mə­lum olan ilk vəsiqəsi Orxon abidələrinin mənsur kitabələri için­­də mənzum parçaların da olduğun ilk dəfə akademik F.E.Korş xəbər verdi.

Bilgə kağan bitigin

Yollug tikin bitigin

Bunca barkag badızın

Özi kağan atısı

Yolug tikin mən ayı

Artıgı tort gün türup

Bitidim, badıztım...


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin