Folklor instituti


(“Bilgə kağan” abidəsi, qərbi-cənub tərəfi)



Yüklə 4,03 Mb.
səhifə33/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   29   30   31   32   33   34   35   36   ...   211
(“Bilgə kağan” abidəsi, qərbi-cənub tərəfi).

Yeddi hecalı ibtidai bir vəzni havi olan bu parça, şəkildən məhrumdur. Bu dövrlərdə Orxon sahəsində yaşamış əsərlərdən başqa nümunələr bulunmuş olsaydı, abidələrin diyilişi tarixin­dən sonra ümum nəzmilə bərabər yeddi hecalılar da hasil olan dəyişikliyi qolaylıqla təqib etmək olacaqdı.

Abidələrdən sonra əlimizdə olan “Divanü lüğat-it-Türk”də­ki mənzumələr arasında da yeddi hecalı bir çox mənzum par­çalar vardır”.

Əmin Abid Qaqauz manilərindən söz açarkən xalq haqqında da bilgi verir. V.Radlova istinadən yazır: “Qaqauzların mənşəi haqqında tətkikat yapan Radlov izahatını bu sətirlərlə xülasa ediyor: “Гагаузы потомkи тюрkов или узов (Огузов) kоче­вав­ших kогда-то в южnо-руссkих степях”, Оbrаzцs nаrо­dой litеrаturs tюrkskiх plеmеn, çаstь X, str. XIX, S.-Pеtеrburq, 1904 q.” (Abid Əmin, 1930, 4-5(9-10): 14).

Əmin Abid fikirlərini isbatlamaq üçün An. Lininin “K воп­росам фоrмальnого iзучеniя поэзии турецkих народов”, M.F.Köprlüzadənin “Türk ədəbiyyatında qoşma tərzi”, F.E.Kor­­şun “Записkи восточного отделентя тмперат.Русского архологического общества” (Bu əsər Kovalskidən rus­caya xülasə halında tərcümə olunmuşdur), Kaşqarlı Mahmu­dun “Divanü lüğat-it-Türk” (XI əsr) əsərlərindən, hətta özünün “Maarif işçisi” jurnalının 1927-ci il 3, 4 və 6 saylarında çap olunmuş “Heca vəzninin tarixi” məqaləsindən sitat gətirir. Əmin Abid ikinci dəfə mani janrı haqqında bilgi verərkən yazır: “Manı şəkli qərb-şimali sahəsində də özünə geniş bir mev­ki bulmaqdadır. Bessarabiyada sakin qaqauzların xalq ədə­biyyatında mani böyük bir mevkeyə malikdir. Qaqauz ma­ni­lə­rində diqqətə layiq olan bir cəhət var ki, o da onların bir ço­xunun bizim bayatıların eyni olmasıdır. Bizdə işlədilən ba­yatıların bir çoxu onlarda da vardır və mani adıyla tanın­maq­dadır. Radlovun göstərdiyi nümunələrdən buraya yalnız bir ne­çəsini nəql edirik:

Tüfəngim atılmayır,

Bahalı satılmayır.

Bu uzun gecələrdə,

Yalnız yatılmayır.
Gögdə yıldız əllidir,

Əllisi də bəllidir.

Səvişən qızların,

Tomballarından bəllidir.


Kala böyür saz olur,

Saz açılıb yaz olur.

Bən yarıma gül deməm,

Gülün ömrü az olur.

Qaqauzların mani şəkillərində qafiyə, göstərilən nümunə­lərdə olduğu kimi, müəyyən bir tərz göstərməz. Radlovun nəql etdiyi nümunələrin də birinci ilə üçüncü, ikinci ilə dördüncü misraları qafiyədar olan şəkilləri də vardır.

Akademik Iqnats Kunoşun nəşr etdiyi risalələrlə Anadolu türklərinin vake olan nəşriyyatları da mani növünün Rumeli və Anadolu xalq ədəbiyyatının çox bol məhsullarından olduğunu göstərir. Bu sahələrdə bu növ yalnız mani adı altında yad edilir. Bunlar texnikaca Azərbaycanın cinas saz bayatılarından fərqli olmaqla bərabər qaqauz manilerinə daha yaxındırlar. Kunoş məcmuəsinə bunlardan 400 dənə toplaya bilmişdir. Buraya aldığımız nümunələr bu məcmuədəndir:

Bu gün pazar ertəsi,

Yandı yürək ortası.

Əyil bir kəz öpəyim,

Ayrılıqdır ötəsi.


Qarşıda tikili daş,

Cift gəzər iki kardaş.

Böyüyü almaz tiraş,

Kiçigi pırlanta taş.


Dəniz içində sarayım,

Səni kimə sorayım.

Sənsiz keçən ömrümü,

Bən ömürmü sayayım?


Əlin əlimdə degil,

Kılınc belimdə degil.

Yara getmək istərəm,

Höküm əlimdə degil.”

(Abid Əmin, 1930:22, sayı 4-5(9-10).

Ə.Abid qaqauz manilərinin Azərbaycanda olan qarşılığına nümunə olaraq aşağıdakıları verir:

Göydə yıldız əllidi,

Əllisi də bəllidi.

Yeddi igit içində,

Mənim yarım bəllidi.


Mən aşiqəm yaz olur,

Bülbül gülə saz olur.

Sənə gülüm demərəm,

Gülün ömrü az olur.



Araşdırıcı Tudora Arnaut mövzuya diqqət çəkərkən bu qə­naətə gəlir ki, Əmin Abidin məqaləsində verilən qaqauz örnək­ləri Azərbaycan dilinə uyğunlaşdırılmış və sözlər o şəkildə yazılmışdır. Belə ki, qaqauzlar arasında “tüfengim” deyil, “tü­fe­yim”, “atılmayır” deyil, “atılmayor”, “bahalı” deyil, “paalı”, “satılmayır” deyil, “satılmayor”, “tombalarından” deyil, “ton­ba­ların” və b. söylənilir. (Şamil Ə., Arnaut T., 1998:59).

Əmin Abidin haqqında söhbət gedən məqaləsinin əlyaz­masını görmədiyimizdən yanlışlığın araşdırıcıdanmı, yoxsa mə­qaləni çap edən jurnaldanmı gəldiyini müəyyənləşdirə bil­mədik. Sovetlər Birliyində 1937-ci ilin repressiyası adı ilə tarixə düşən kütləvi həbslərdən sonra türkçülük mövzusunda araşdır­malar demək olar ki, durdurulmuş və başqa istiqamətə yönəl­dilmişdir.

1960-cı illərdən başlayaraq türkçülük mövzusunda məqalə­lər yazılmağa başlandığı kimi, güllələnmiş, həbs edilmiş araş­dıriciların adlarının çəkilməsinə, əsərlərindən istifadəyə icazə verilmiş­dir. Sovetlər Birliyinin çöküşü isə mövzu üzərindəki qadağanın aradan qalxmasına səbəb oldu. Türk xalqlarının tari­xini, mədə­niyyətini, dilini, ədəbiyyatını müqayisəli araşdıran­la­rın sayı da artdı. Belə araşdırıcılardan biri də qaqauz şairi Tu­dora Arnautdur.

Tudora Arnaut maninin manixeizmdən gəldiyi qənaətin­də­dir. O yazır: “Manı, yeni bir inanc sistemi geliştiren ve giderek “manehaizm” adıyla bir din oluşturan, ruhani kişidir. “732 ta­rih­li Karabalasağun yazıtında Imparatorluk devrinde Uyğur­ların Mani dinine girdiği ve eski dini tasvirleri yaptığı, 762’de Böğü Kağan’ın bunu devlet dini haline getirdiği belirtilir” (Uy­ğur sanatı. Türk ansiklopedisi. C. XXXII, s.226). Manihaist Uyğur Türkleri 36 harften oluşan ve sağdan sola doğru yazılan bir de Ma­ni alfabesi oluşturmuşlardır (Türk alfabeleri. Türk ansiklo­pedisi. C. XXXII, s. 64). Türklerin bu alfabeyi kullan­dık­­larından ve burada varolan metinlerin dörtlüklerden oluşan dini konuları agırlıklı olmak kaydıyle, 7 heceden oluşan dört­lükleri hesaba alacak olursak bu metinlerin daha sonra konusu sevda ağırlıklı olup ve kalıp ise çoğunlukla aynı kalmakla beraber ismin de Maniden geldigi görüşü daha fazla ağırlık bırakmaktadır”.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin