3. Qaqauz ədəbiyyatının öyrənilmə tarixi
Qaqauz türkcəsini iki şivəyə-güney Vulkaneş və mərkəz Çadır-Komrat şivələrinə bölürlər. Ukrayna qaqauzlarının danişığı da mərkəz şivəsinə aid edilir. Say baxımından mərkəz şivəsində danışanlar çoxluq təşkil etdiyindən yazılı ədəbi dil də bu şivə əsasında formalaşır.
Qaqauz ədəbiyyatı tarixinin öyrənilməsindən söz açan Tudora Arnaut yazır: “Gagauz edebiyatının incelenmesi, edebiyat tarihinin yazılması son zamanlarda hız kazanmıştır. Ilk ciddi ilmi çalışma Petr Çebotar – Gagauz yapmıştır. Rus dilinde yazılan kitap 1950-1980 yılları arasında yaratılan eserleri ele almakta ve edebiyat kuramları çerçevesinde irdelenmektedir. Gagauz dilinde edebiyatın incelenmesi makale şeklinde Olga Radova, Stepan Kuroglu, Tudora Arnaut tarafından “Sabaa yıldızı” dergisinde yayımlanmış, Ivan Topal, Nikolay Baboğlunun ve b. aydınların tarafından makale, ve ya tanıtma niteliği taşıyan yazıları “Ilkyaz Türküsü” kitabında ve “Ana Sözü” gazetesinde yer almış, ayrıca Komrat Devlet Üniversitesi ve Krange adına Kişinev Pedagoji Üniversitesinde okuyan öğrencilerin mezuniyet tezlerinde kaleme alınmıştır. Gagauz edebiyatının oluşması ve gelişmesi, yazar ve şairlerin bir arada hizmet vermesi amaciyle sekseninci yıllarda Moldova Yazarlar Birliğinde Gagauz Yazarlar Birliği Bölümü kurulmuş, 11 Şubat 2001 tarihinde ise Gagauz Yerinde Gagauz Yazarlar Birliği oluşturulmuştur.
Yazılı edebiyata hizmet etmiş bazı şahısların eserleri ise çeşitli ilmi ulusal və uluslararası konferans və sempozyumlarda yabancı ve yerli bilim adamları, araşdırmacılar tarafından bildiri olarak sunulmuştur. Gagauz edebiyatı ile Türkiyede Mustafa Argunşah, Hülya Argunşah, Harun Güngör, Nevzat Özkan ve b., Azerbaycanda Güllü Yoloğlu, Ali Şamil gibi bilim adamları ilgilenmiş ve bu edebiyatın kendi ülkelerinde tanıtılmasına önemli katkılarda bulunmuşlardır” (Arnaut T., 2005:29).
Onu da xatırlatmağa dəyər ki, Qavril Qaydarcı və Yelena Koltsanın da bir sıra məqalələrində qaqauz ədəbiyyatı ilə bağlı maraqlı bilgilər vardır.
Qaqauz ədəbiyyatı çoxjanrlı və uzun dövrlü olmadığından onun haqqında janrlara görə deyil, yazarlara görə bilgi verməyə çalışacağıq.
Tudora Arnaut qaqauzların yazılı ədəbiyyatlarını beş dövrə bölür və birinci dövrə Nikolay Arabacı və Nikolay Tanasoğlunun yaradıcılığını daxil edir. Əslində bu bölgü o qədər şərtidir ki, istənilən vaxt mübahisə mövzusuna çevrilə bilər. Çünki yazarların çoxu yaxın zaman kəsimində yaşamışlar, yaradıcilıqları da istər mövzu, istərsə də bədii dəyər baxımından bir-birinə çox yaxındır. Buna baxmayaraq, biz də həmin bölgünü saxlayaraq əldə edə bildiyimiz qaynaqlar səviyyəsində qaqauz ədibləri haqqında bilgi verməyə çalışacağıq.
Dostları ilə paylaş: |