Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə61/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   57   58   59   60   61   62   63   64   ...   211
Todur (Fedor) Ivan oğlu Marinoğlu (01.02.1955, indiki Moldova Respublikası Qaqauz Yeri MV Bessarabka rayonunun Avdarma kəndi). Kişinyov Universitetinin jurnalistika fakültə­sini bitirmişdir. Bir zaman Komratda çıxan qəzetdə müxbir işlə­dik­dən sonra kəndlərinə gedərək öyrətmənliyə başlamışdır. Ədəbiy­ya­ta publisistik yazıları ilə gəlmiş, 1980-ci illərdə şeirləri mət­buat sə­hifələrində görünmüş, ilk şeiri “Ana sözü” qəzetində çap olunmuşdur.

1989-cu ildə çap olunan “Ilkyaz türküsü” toplusunda şairin 30-dan çox şeiri verilmişdir. Bu şeirlərə Stepan Kuroğlu təqdimat yazaraq onun yaradıcılığı haqqında oxucuya bilgi vermişdir. Rusca və moldovanca çıxan qəzetlər də onun şeirlərinə geniş yer ayırmışlar.

Qaqauz uşaq ədəbiyyatının öncüllərindən olan şair tərbi­yəvi, nəsihətamiz şeirlərlə yanaşı satirik şeirlər də yazır. Onun tapmaca formalı dördlüklərini uşaqlar sevə-sevə oxuyurlar.

Şairin lirik şeirləri də yığcam və hisslərə təsir edəndir. O yazır:

Geldin dä güneş çıktı,

Gözlerim də kamaştı.

Annadım şu neetin

Hem dä xoş tabeetini.

Deyemedim: “Genä gel!”

Sölemedim: “Ax, afet!”

Gittin, sarınıp güneşlän,

Ayaz sıktı üreemi.

Marinoğlu başqa bir kiçik lirik parçada deyir:

Gözünün ardına

Üreeni saklamışın.

Dilinin ucuna

Aadımı çıkarmışın.

Qaqauz ədəbiyyatında sərbəst şeir janrına meylli olan şairin mənsur şeirləri də vardır. Onun “Ana” adlı mənsur şeirində de­yilir: “Gezin, görün istersäniz bütün dünnäyi, kalmasın hiçbir köşesi dä, giinin ölä güzäl, ölä gözäl, ölä kimse yoktur giinän, tadın en tatlı imeklerdän, ama ananın laflarından taa gözäl, taa tatlı, taa merhem bişey yok bu dünnäda. Onun saçlarında, derin buruşuklarında, ürek sancılarında bizim küçüklüümüz kaldı. Yoktur can doysun yerdä yaşamaa, yoktur insan doysun demää ‘mamu’ (ana)”. (Ilkyaz türküsü, 1989:24).

Marinoğlu çoxyönlü bir yazıçıdır, indiyədək 4 kitabı çap olunmuşdur. Onun şeirləri dərs kitablarına da salınmışdır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin