Folklor instituti


Vasi Qriqori oğlu Filioğlu



Yüklə 4,03 Mb.
səhifə59/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   55   56   57   58   59   60   61   62   ...   211
Vasi Qriqori oğlu Filioğlu (26.011949, indiki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kən­di). 1960-cı illərin sonlarında ədəbiyyata gələn şair Kişin­yovda Əkinçilik Institutunu bitirib, doğulduğu kənddə aqro­nom işləmişdir. Mina Kösə və Dmitri Karaçobanın kəndlisi olan şair əsərlərində də onlardan təsirlənmişdir. V.Filioğlu sadə, hər kəsin anlaya biləcəyi bir dillə şeirlərində xalqa müraciət edir. Onun qəhrəmanları hər gün görüşdüyü kəndlilər, çılğın və də­liqanlı gənclər, müdrik və təmkinli ağsaqqallar, ağbirçəklərdir.

Doğulduğu kənddə yaşayan və orada işləyən şair təbiəti, həyatı və kənd mühitini təsvir etməyə daha çox diqqət yetirir.

1995-ci ildən Moldova Yazıçılar Birliyinin üzvü olan şairin şeirləri “Ilkyaz türküsü” (1989), “Aydınnık” (1990) toplula­rın­da çap olunmuş və “Yıl kuşaan korafları” (1995), “Ha tutalım qol-qola”(2004) kitabları da oxucuların mühakiməsinə veril­mişdir. Şairin “Yıl kuşaan korafları” kitabına lirik bir ön söz ya­zan Mina Kösə V.Filioğlunu oxucuya belə təqdim edir: “Çift­çilik kanında, kaamil laflar dilində, sönməz çiçeklar ca­nın­da, dinmeez şenniklen üzündə yaşeer Vasili Filioğlu Be­şalmada. Ama ömür yolu bu türlü çıktı: büüdü çokuşaklı ay­lede, ta küçüklüündən girişdi aktarmaa-ne zaman bobasının aulunda, ne zaman da kolxozun yerlerində. Açikgözlü şkola­cıy­dı, sonra student oldu, izmet etti komsomolda, oldu briqada başı, becerekli işledi aqronom hem kolxoz başına yardımçı. Ta niçin diil boşuna onun yaratmasında var çok derin hem yüüsek duyğulu şiirlər çiftçilik için.” (Ilkyaz türküsü, 1989).

Şairin şeirləri dərsliklərdə də özünə yer tapmışdır. Şeirlərini daha çox heca vəznində yazan V. Filioğlu lirik ovqata üstünlük verir. O yazır:

Çift-toprak pişer,

Buulanın gündä,

Tamazılar içer

Can şu suyundan.

Tä başleer tomuruk

Laaleya qonmaa,

Erken çin duruk

Diz çökün, iilmää.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin