(“Sabaa yıldızı”, 2001:51)
Tudora (Fedora) Ivan qızı Arnaut (6.09.1970, indiki Ukrayna Respublikası Odessa vilayəti Bolqrad rayonunun Dmitirovka kəndi). Doğulduğu kənddə orta məktəbdə oxuyarkən qaqauz araşdırıcılarla birgə ekspedisiyalara gedərək folklor və etnoqrafik materiallar toplaması onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir. Ilk şeirlərini də orta məktəbdə oxuyarkən, yəni 1986-cı ildə “Lıteratura şi Arta”da çap etdirmişdir. 1988-ci ildə qaqauzlar arasından seçilib Azərbaycanda təhsil almağa göndərilən iki gəncdən biri olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk bölümündə oxuyarkən ictimai işlərdə fəallıq göstərməsi ilə yanaşı, qəzet və jurnallarda, radio-televiziyada, toplantılarda etdiyi çıxışlarla qaqauzları yaxından tanıtmağa çalışmışdır. Qaqauz türkcəsində yeni çap olunan “Ana sözü” qəzetinə Azərbaycanda abunə yazılanların sayının qaqauzların sayından çox olmasında Tudora Arnautun kənd-kənd gəzərək abunə kampaniyası aparmasının da rolu az olmamışdır (Şamilov, 1989: aprel)
Ilk şeirlərini vətənində və Azərbaycanda çap etdirən şairə qaqauz ədəbiyyatına gətirdiyi yeniliklərlə də diqqəti özünə çəkmişdir. Qaqauz ədəbiyyatına hoyrat, qoşma, tapşırma, dodaqdəyməz və b. janr və şəkillərin gəlməsi onun adı ilə bağlıdır.
O, təqlidçilik yolunu tutmamış, hər bir yeniliyə yaradıcı yanaşmağa çalışmışdır. Onun yazmış olduğu “Çağrı”, “Can ses eder, o kız sana aşık” dodaqdəyməzi dediklərimizə gözəl nümunə ola bilər. Azərbaycanda dodaqdəyməz, adətən, təcnis janrında yazılır və mövzusu da dərin psixoloji, didaktik, fəlsəfi yönlü olur. Tudora Arnaut isə sentimental, incə yumorlu bir dodaqdəyməz yazmaqla janra da, mövzuya da yenilik gətirmiş oldu.
Senin canın yanêr ateş
Sizdä sensiz tek ses
Çiçeklerä sener kaşın
Neriye gitdi kızkardaşın?
Elde kaldı sarı çiçek
Ah-çekersin, gelecek
Gecenin yarısı, kışın
Nereye gitdi kızkardaşın?
Genä kış geçer, geler yaz
Cancazısa sıktı ayaz,
Ak yayer kara saçın
Nereye gitdi kızkardaşın?
Karardı açık tenın
Kär çalılar yakêr seni
Kıskançlıktan aker yaşın
Nereye gitdi kızkardaşın?
Al yanaanı serın çizer
Sancılar kanına dalêr
Ah, aldattı sanki acın
Gelin gider kızkardaşın.
Dostları ilə paylaş: |