F.ü. f d.,baş müəl. Mətanət Əmrahova


Çox zaman işgüzar danışıqlarda aşağıdakı səhvlərə rast gəlinir



Yüklə 93,58 Kb.
səhifə16/19
tarix31.12.2021
ölçüsü93,58 Kb.
#113060
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   19
Çox zaman işgüzar danışıqlarda aşağıdakı səhvlərə rast gəlinir;

• Feili sifətlərdə zaman anlayışı qarışıq salınır. Məsələn: «Yekun sözü ilə çıxış etmiş iclasın sədri ona verilən bütün sualları cavablandırdı» («çıxış edən» olmalı idi).

• Feili sifətlərdən düzgün istifadə edilmir. Məsələn, indiki zaman mənası əmələ gətirən feili sifət şəkilçisi -an əvəzinə gələcək zaman mənalı -acaq feili sifət şəkilçilərindən istifadə edirlər: «Bunu etməyə çalışacaq şirkətlər» («bunu etməyə çalışan şirkətlər» əvəzinə);

• Feilin qrammatik məna növlərindən səhv istifadə edilir (məsələn, qayıdış) ki, bunlar fərqli mənalar daşıya bilir. Məsələn: «əlavə yemləndirilməyə yola salınan toyuqlar...» («göndərilən» olmalı idi). Yuxarıda qeyd edildiyi kimi, işgüzar adamların nitqinin səciyyəvi xüsusiyyətlərindən biri də məsdər tərkiblərindən geniş istifadə edilməsidir. Lakin bu leksik kateqoriyadan səriştəsiz istifadə üslub qüsurlarına səbəb olur və deməli, işgüzar nitqin də səhv olması ilə nəticələnir. Məsdər tərkiblərinin çoxluğu nitqi ağırlaşdırır, onu quru və çətin anlaşılan edir. Adətən, işgüzar nitqdə məsdər tərkiblərindən istifadə zamanı aşağıdakı çatışmazlıqlar meydana çıxır:

• Nitqin mürəkkəbləşməsi, məsələn, «dəstəyin fırladılmasını həyata keçirmək» («dəstəyi fırlatmaq» əvəzinə);

• Süni söz yaradıcılığı vasitəsilə formalaşdırılan ifadələrdən istifadə edilməsi, məsələn: sındırılmış qablaşdırma materialları, anbar sahələrinin verilməməsi, şirkətin struktura daxil olmaması və s.

İşgüzar söhbətdə, həmçinin (yazılı nitqdəki qədər tez-tez olmasa da) mürəkkəb cümlələrin müxtəlif növlərindən istifadə olunur. Lakin bu zaman danışanlar heç də həmişə onların quruluşuna aid normalara əməl etmirlər.

Belə norma pozulmalarına aşağıdakılar aiddir:

• Bağlayıcıların düzgün seçilməməsi: məsələn, «əgər malın reklamı yaxşı aparılırsa, o zaman səviyyə yüksəlir) (burada “əgər” əvəzinə «nə zaman» işlədilməli idi);

• İki eyni mənalı bağlayıcının yanaşı işlədilməsi (lakin, baxmayaraq, sanki, elə bil ki və s.);

• «əgər» bağlayıcısının şərt budaq cümləsində təkrar edilməsi, məsələn: «əgər bu tövsiyələrdən istifadə edilsə və əgər firma öz maliyyə vəziyyətini əvvəlki səviyyədə saxlaya bilsəydi, yaxşı olardı» (burada I budaq cümləsində feil şərt şəklində, 2-cidə arzu şəklindədir və ikinci “əgər” artıqdır);

• Eyni bağlayıcıların, yaxud bağlayıcı sözlərin ardıcıl olaraq budaq cümlələrdə işlədilməsi: «Şirkətin fıliallarının inkişafı elə sürətlə gedir ki, bizə elə gəlir ki, ümid etmək olar ki, onlar çox tezliklə rəqabət qabiliyyətinə malik olacaqlar. Nitqin dəqiqliyi və aydınlığı: istənilən işgüzar söhbətə verilən ən mühüm tələbdir. İşgüzar nitqin dəqiqliyi dedikdə, mülahizələrin danışanın fikrinə uyğunluğu başa düşülür. İşgüzar insanın nitqinin dəqiq olması üçün sözlərin onların ehtiva etdiyi mənalara uyğun işlədilməsi tələb edilir. Mülahizələrin dəqiqlik və aydınlığı qarşılıqlı surətdə əlaqədardır. Dəqiqlik nitqə aydınlıq verir, aydınlıq isə dəqiqlikdən irəli gəlir. Bununla yanaşı, işgüzar söhbətdə sözlərdən istifadə zamanı heç də həmişə dəqiqliyə əməl edilmir. Çətin kitab leksikası ilə lovğalanmaq kimi pis vərdiş sadə və anlaşıqlı danışmağa mane olur. Mülahizələrin dəqiqlik və aydınlığına xarici sözlərdən istifadə xüsusilə zərər vurur. Çox zaman xarici sözlərdən həqiqi mənasını anlamadan istifadə edilməsi də bununla yanaşı gəlir. Bəzi hallarda şifahi işgüzar nitqin dəqiqliyi terminlərin sinonimliyi nəticəsində pozulur. Məsələn, çıxış edənin gah «boşluq», gah da «vakuum», gah «su elektrik stansiyası», gah da «hidroelektrik stansiyası» ifadələrini işlətməsi mənfi haldır. İşgüzar danışıqda yeni anlayışları bildirmək üçün çox zaman xarici sözlərdən milli dilin söz yaradıcılığı modellərinə uyğun olaraq istifadə edilir.



Nəticədə «Şlüzləmək» («şlüz» sözündən), ştabelləmək («ştabel» sözündən) «vizitkalaşmaq», («vizitka» sözündən) kimi qəribə terminlər meydana çıxır. Həmçinin, nitqdə artıq adət edilmiş, dildə sabitləşmiş terminlərin xarici tərzə uyğun düzəldilmiş yeni, işgüzar nitqdə çox istifadə edilən ifadələrlə əvəz edilməsini də qanunauyğun hesab etmək olmaz. Bunlar “professionalizmlər” adlanır və müxtəlif istehsalat proseslərini, istehsal alətlərini, xammalı, əldə olunan məhsulu və s. ifadə etmək üçün işlədilir. Xüsusi anlayışların rəsmi elmi adını bildirən terminlərdən fərqli olaraq, professionalizmlər «yarırəsmi» sözlər kimi qəbul edilir və ciddi elmi xarakter daşımır. Professionalizmlərin (xüsusi sahə vahidləri) onların ümumişlək qarşılıqlarından üstünlüyü, mütəxəssis olmayanlar üçün ümumi bir ada malik olan yaxın anlayışları fərqləndirmək üçün istifadə edilmələridir. Bunun hesabına eyni peşə sahibləri üçün xüsusi leksika fikirlərini dəqiq və lakonik ifadə etmək vasitəsidir. Lakin professionalizmlər qeyri-mütəxəssisə rast gəldikdə söylənilərsə, onların informasiya dəyəri itir. Bu səbəbdən biznesmenlərin danışığında professionalizmlərdən istifadə arzuolunan deyil və onları sözdən istifadənin qüsurlarına aid etmək lazım gəlir. İşgüzar nitqin aşkar qüsurlarına: «necə deyərlər, başa düşürsünüzmü, bilirsinizmi, yəni, deməli, belə» və s. parazit sözlərdən istifadə də aid edilir. Belə sözlər işgüzar nitqi gözəlləşdirmir, yalnız dinləyiciləri əsəbiləşdirir. Əməli olaraq, onlar faydasızdır. Parazit sözlər - haqqında danışılmasına ehtiyac olan dil hadisəsidir. Bu, sözün düzgün seçilməsi problemi kimi bir problemdir. Parazit sözlər maneədir, həm də kiçik maneə deyil. Onlar nitqi yayğınlaşdırır, onun gücünü və emosionallığını alır. Bir qayda olaraq, bu sözlər sizin danışdıqlarınızda inamlı olmadığınızı sübut edir. Lakin bir çoxları onlara o qədər vərdiş edib ki, nitqlərindəki bütün fasilələri onlarla doldururlar. Bitkin bir fikri ifadə edən cümlələr, söz qrupları arasında fasilə olmalıdır. Onları nə ilə isə doldurmağa ehtiyac yoxdur. Bundan başqa, arası kəsilmədən hansısa səsləri tələffüz etməklə, siz özünüzü həmsöhbətinizə nə söyləmək haqqında düşünmək imkanından məhrum etmiş olursunuz. Qəlib və dəftərxana terminlərindən işgüzar nitqdə istifadə tamamilə qanunauyğundur, lakin bu, heç də o demək deyil ki, onlardan həddindən artıq istifadə etməyə ehtiyac var. Halbuki, bir çox biznesmenlərin nitqi məhz belə sözlərin bolluğundan ziyan çəkir, çünki bu sözlər nitqə cansız - formal xarakter verir və onu ehtiyac olmadığı halda mürəkkəbləşdirir. Məsələn: «Alınan maşınlara ilkin xidmət adi sürücü alətlərindən istifadə edilən təmir bazasında yerinə yetirilir). Nitqin qeyri-dəqiqliyi ilə əlaqədar yol verilən səhvlərin bir qismi biznesmenlərin zəruri təhsilə malik olmaması və xüsusi terminologiyadan zəif baş çıxarması ilə əlaqədardır. Onlar çox zaman özlərinə aydın olmayan sözləri tanış, yaxud səslənmə etibarilə oxşar sözlərlə əvəz edirlər. Belə ki, bəziləri «mütəhərrik» sözünü «mühənib), «reflyuks» sözünü «refleks», «uayt-spirit» sözünü «spirt», «silindrli» sözünü « silindr kimi» və s. ilə əvəz edirlər. İşgüzar adamların nitqinə adi danışıq dilindəki loru sözlər və müvafiq terminlərin yerində işlədilən sex jarqonlarının daxil olması da çatdırılan məlumatın dəqiqliyini azaldır. Bir sıra şirkətlərin təqdimetmə mərasimi zamanı onların nümayəndələri istehsal edilən texnikanın istismar keyfiyyətlərini izah edərkən deyirlər: «naqillərin qırılışı istisna edilmişdir), «qabarıq kənarın əyişi yol verilən həddədir), «fırçaların asılması tez aradan qalxır), «izolyasiyanın sürüşü baş vermir). Şifahi işgüzar nitqin dəqiqliyi və aydınlığı təkcə söz və ifadələrin məqsədyönlü seçilməsi ilə şərtlənmir. Sözlərin ifadə daxilində əlaqə normalarına dəqiq əməl edildiyi qrammatik quruluşların seçilməsi də çox mühümdür. Sözləri söz birləşmələrinin tərkibində müxtəlif şəkildə birləşdirmək imkanı birmənalılıq yarada bilir. Məsələn; «Belə işarələnən başqa mallar yoxdur) (başqa mallar, yaxud belə işarələnən nəzərdə tutulduğu dəqiq aydın deyil). Nitqin aydın olmamasına həm də sözlərin cümlədə sırasının uğursuz seçilməsi səbəb ola bilər. Məsələn: “Bir neçə min insanın dörd bu tip avtomat xidmətindədir”. Bu ifadədə xəbər vasitəsiz tamamlıqdan seçilmir, bu səbəbdən də hərəkətin subyektinin avtomatlar, yoxsa insanlar olduğu aydın deyil. Yığcamlıq - işgüzar nitqin istənilən formasına verilən ən mühüm tələbdir, çünki yuxarıda qeyd olunduğu kimi, belə nitq verilən məlumatların sırf tətbiqi xarakteri ilə digərlərindən fərqlənir. Bu, o deməkdir ki, danışan lazımsız ifadələrdən, artıq təfərrüatlardan və söz tör-töküntülərindən çəkinməklə, dinləyicinin vaxtından və səbrindən sui-istifadə etmir. Burada hər bir söz və ifadə dinləyicilərə məsələnin mahiyyətini mümkün qədər dəqiq və yığcam izah etmək məqsədi daşıyır: bu səbəbdən də heç bir məna ifadə etməyən söz və söz birləşmələri işgüzar nitqdən tamamilə çıxarılmalıdır. Artıqlıq, yaxud nitq bolluğu daha çox təkcə üslüb səliqəsizliyinin yox, həm də natiqin danışdığı məsələ haqqında təsəvvürlərinin aydın və dəqiq olmadığını göstərən artıq sözlərdən istifadədə təzahür edir ki, bu da əsas fikri kölgədə qoymaqla yanaşı, informativliyin də ziyanına işləyir. Çoxsözlülük müxtəlif formalarda təzahür edir. Məsələn, çox zaman işgüzar söhbətlərin iştirakçıları hamıya məlum olan həqiqətləri zorla yenidən izah etməyə çalışır, yaxud eyni fikirləri dəfələrlə təkrar edərək, qeyri-iradi işgüzar söhbətin uzanmasına səbəb olurlar. Nitq artıqlığı pleonazm forması ala bilər. Bu anlayış mənaca yaxın, ona görə də artıq hesab edilən sözlərdən (əvvəlcədən qabaqlamaq, tünd qaranlıq, başlıca mahiyyət, sadə adi işlər, qiymətli xəzinə və s.) eyni zamanda istifadəni bildirir. Çox zaman pleonazmlar sinonimlərin birləşdrilməsi zamanı (uzunmüddətli və sürəkli; mərd və cəsarətli, təkcə, yalnız, amma və lakin və s.) yaranır. Pleonazmın bir növü də tavtologiyadır (eyni fikir və ya sözlərin lüzumsuz yerə başqa şəkildə təkrarı). İşgüzar adamların gündəlik danışığı sözün həqiqi mənasında eyni, yaxud yaxın mənalı sözlərin təkrarı ilə doludur. Məsələn: «yayın ortasında-isti avqust ayında» (halbuki, sadəcə «avqustda» demək olar), «sxematik plan», «beş nəfər şaxtaçı adam», «beş ədəd transformator» və s. Tavtologiya eyni köklü sözlərin təkrarı (nağılı nəql etmək), həmçinin milli dildə olan sözün xarici qarşılığı ilə birlikdə işlədilməsi zamanı da meydana gələ bilər (ilk dəfə debüt etdi, yadigar xatirə suveniri və s.). Bu, adətən, danışanın istifadə etdiyi xarici sözün mənasını bilməməsini göstərir. Beləcə «daxili interyer»(interyer-elə daxildəki arxitektura deməkdir), «fasilənin intervalı» (interval-fasilə deməkdir), «gənc istedadlı vunderkind» (vunderkind-gənc istedad deməkdir), «minimal xırdalıqlar», «aparıcı lider» və s. söz birləşmələri meydana çıxır. Lakin bu növ birləşmələrin ayrı-ayrı növləri nitqdə elə möhkəmlənmişdir ki, artıq onları nitq bolluğuna aid etmək mümkün deyil. Məsələn, «zaman dövründə», «monumental abidə», «real gerçəklik», «sərgi eksponatları», «bukinist kitabı» və s. İşgüzar nitqin nitq artıqlığına milli dil sözlərini təkrarlayan xarici sözlərdən yersiz istifadəni də aid etmək olar. Bu sözlər mülahizənin mənasını lüzumsuz yerə mürəkkəbləşdirir. Məsələn, niyə adi danışıqlarda «ekspansiya» əvəzinə «genişlənmək», «sxolastika» əvəzinə «əzbərləmək», «ekvivalent» əvəzinə «bərabər», «departament» əvəzinə «idarə», «funksiya» əvəzinə «fəaliyyət», «diversifıkasiya» əvəzinə «müxtəliflik», «deformasiya» əvəzinə «dəyişmək», «aprobasiya» əvəzinə «yoxlama», «sınaqdan keçirmək» kimi sözləri işlətmirik?! Xarici dillərdəki ifadələrdən səhv, yaxud paralel istifadə, bir qayda olaraq, lazımsız təkrarlara yol açır, məsələn: «tikintinin tempini sürətlə tezləşdirmək» («temp», «sürətlə» elə «tez» deməkdir), «tam bir fıasko ilə məğlub olmaq» («fıasko» elə «məğlub olmaq» deməkdir). Artıqlığın üslubi formalarına, hər şeydən əvvəl, işgüzar adamların nitqini çirkləndirən, onlara quru idarəçilik çaları verən dəftərxana istilahlarından sui-istifadəni də aid etmək lazımdır. Aşağıdakı ifadələr buna nümunə ola bilər: «Bu mallar yalnız xüsusi komissiyanın nəzarəti altında emaldan keçdikdən sonra satışa buraxıla bilər», «Bu düyündəki keçid halqalan izolə rolu oynayır», «Gərginliyin ötürülməsi burada ikiqütblü birləşmə vasitəsilə həyata keçirilir), “Malların boşaldılmasını lentşəkilli konveyerdən istifadə əsasında yerinə yetirirlər”. Dəftərxana terminləri, xüsusilə tez-tez işgüzar adamların nitqinə ismin müxtəlif hallarında işlənən (məsələsində, nöqteyi-nəzərindən, hesabına, hissədə) sözlərdən yersiz istifadə nəticəsində daxil olur, bu isə nitqi emosionallıq və yığcamlıqdan məhrum edir, məsələn: «mühərrikin qənaətliliyinin yüksəldilməsi məsələsində», «vergi yığımının aşağı salınması hesabına», «tənqid nöqteyi-nəzərindən çıxış edərkən». Məlumdur ki, «hər kəs başa düşdüyünü eşidər». Bu səbəbdən, xüsusilə də öz fikirlərini mümkün qədər sadə və anlaşıqlı izah etmək tələb olunan işgüzar söhbət prosesində, nitqin anlaşıqlılığının qayğısına qalmaq zəruridir.


Yüklə 93,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin