Фуат рясулов


Bazarın növləri və onların xarakterik əlamətləri



Yüklə 4,2 Mb.
səhifə65/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   176

Bazarın növləri və onların xarakterik əlamətləri


Əlamətləri

Xalis rəqabət

İnhisar rəqabəti

Oliqopoliya

İnhisar

Firmaların sayı

xırda firmaların çox olması

çox sayda firmanın olması

bir neçə iri firmanın olması

bir iri firma

Məhsulun növü

eyninövlü

eynicinsli

eyninövlü və ya differensiallaşmış

unikal

Bazara daxil olma şəraiti

çox asan

nisbətən asan

böyük maneələr

çox çətin

Qiymətlərə nəzarət

yoxdur

əmtəənin əvəz edilməsi imkanları baxımından məhduddur

qiymət liderinin üstünlüyü

tam nəzarət

Nümunələr

kənd təsərrüfatı məhsulları, balıq, səhm, istiqraz

pərakəndə ticarət üzrə yerli mağazalar

pivə, alüminium, pambıq, avtomobil, alkoqolsuz içkilər, sabun

su təchizatı, qaz xidməti, telefon və digər kommunal xidmətlər


SAHİBKAR:  O KİMDİR?

Çoxları hesab edir ki, sahibkarlıq bizim  iqtisadiyyatımızda yeni fəaliyyət növüdür. Bu fəaliyyət kimin  üçün yenidir? Təbii ki, bu işlə məşğul olmayan bizlər üçün belə fəaliyyət yeni hesab oluna bilər. Lakin sahibkarlıq bu və  ya digər  formada həmişə mövcud olub. Hətta sovet dövründə də  sahibkarlığın inkişaf tarixi bir  neçə mərhələdən keçib.



Birinci mərhələ Ötən əsrin 20-ci illərin əvvəllərinədək olan dövrü əhatə  edib. Bu mərhələdə sahibkarlıq iqtisadi həyatdan sıxışdırılıb çıxarılıb. Bütün  sferalarda dövlət inhisarı qurulub. Əvvəlcə sənaye müəssisələrinin, sonra isə kiçik firmaların milliləşdirilməsi prosesi gedib.

İkinci mərhələ - yeni  iqtisadi siyasət dövrüdür. Bu dövrdə özəl  sahibkarlıqdan iqtisadi inkişaf üçün  istifadə olunub. Yenidən özəl firmalar meydana  gəlib.

Üçüncü mərhələnin ömrü 60 ildən çox uzanıb. Bu dövr ərzində  sahibkarlıq leqal sektordan  "sürgün" edilib, qeyri- leqal  şəraitdə fəaliyyət göstərib. Gizli sexlərdə kifayət qədər yüksək keyfiyyətli və tələbatı çox olan mallar istehsal olunmağa başlayıb.

80-cı illərin ikinci yarısından sonra yenidənqurma islahatlarının nəticəsi olaraq təsərrüfatçılığın  çoxdan unudulmuş formaları: podrat,  icarə, kooperativ və  s. yenidən dirçəlməyə başlayıb.

İstənilən yeni müəssisənin açılması çətin  olmaqla yanaşı, həmişə risklidir. Belə ki, ilk növbədə avadanlıq, xammal alınmasına vəsait xərclənməsinə ehtiyac yaranır. Bundan sonra isə işçi götürməli, ofis kirayə etməli, nəhayət məhsul buraxmalı və ən başlıcası isə, onun satışı həyata  keçirilməlidir.   

Alıcı özü  seçim edir, həmin  məhsulu  alıb almayacağını sərbəst  surətdə  müəyyənləşdirir. Sahibkar isə elə qiymət təklif edir ki, istehsala çəkilən xərcləri  ödəmək  mümkün  olsun.




Мянфяят саhибкарын баъарыьы, сяйи вя риски hесабына ялдя етдийи малиййя стимулу вя эялиридир.


Lakin əlverişsiz mühitdə istehlakçı malı almazsa  və ya az alarsa, onda nəticədə mənfəət yox, zərər əldə  olunur.

Hamı  üçün, fəhlələr  və müdiriyyət,  eləcə də sahibkarlar üçün ən vacib məsələ mənfəət və zərərin sahibkarlıqda rolunu düzgün başa düşməkdən  ibarətdir.

İş yerləri  ilə təminat imkanları,  işləyənlərin məvacibləri və onların ölçüsü bazar iqtisadi sistemində mənfəətin alınması uğurundan çox asılıdır.

Sahibkar o insandır ki, öz işinə risk etməklə başlayır. Sahibkar qərar qəbul edən və bu qərar üçün məsuliyyət daşıyan şəxsdir. Sahibkar bazar iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Sahibkarlıq fəaliyyəti «nə istehsal etməli?”, “necə istehsal etməli?” və “kimin üçün istehsal etməli?” suallarının həllini təmin edir. Sahibkarın daima gəlir (mənfəət) götürməsi üçün onun vaxtında düzgün qərarlar qəbul etməsi, kapital qoymaq üçün yeni sahələr axtarması, resurslardan istifadənin yeni və daha səmərəli üsullarını tapması, keyfiyyətli məhsul buraxması, xidmətin yeni üsullarını tapması, istehsalın, əməyin və satışın səmərəli təşkilinə nail olması, bazarı və rəqiblərini hərtərəfli öyrənməsi lazımdır.

Mənfəətdən başqa onlar üçün digər stimullar da vacib hesab oluna bilər:




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin