Маржинал (сон hядд) хяръ-ялавя бир мяhсул ваhидинин истеhсалы цчцн тяляб олунан ялавя хяръдир.
Bizim nümunəmizdə bu əlavə bir cüt ayaqqabı istehsalına lazım olan xərcdir.
Bu deyilənləri daha aydın şəkildə izah etmək üçün 12-ci cədvəlin köməyi ilə ayrı-ayrı xərclərin məzmununu ətraflı surətdə öyrənək.
Cədvəl 12
Sabit, dəyişən və marjinal xərclər
Buraxılışın miqdarı
Q
|
Sabit xərclər
FC
|
Dəyişən xərclər
VC
|
Ümumi xərclər
TC
|
Marjinal xərclər
MC
|
1
|
2
|
3
|
4
|
5
|
0
|
100
|
0
|
100
|
900
|
30
|
100
|
900
|
1000
|
50
|
31
|
100
|
950
|
1050
|
40
|
32
|
100
|
990
|
1090
|
35
|
33
|
100
|
1025
|
1125
|
30
|
34
|
100
|
1055
|
1155
|
35
|
35
|
100
|
1090
|
1190
|
60
|
36
|
100
|
1150
|
1250
|
75
|
37
|
100
|
1225
|
1325
|
85
|
38
|
100
|
1310
|
1410
|
-
|
12-ci cədvəl vasitəsilə 10 müxtəlif variantda ayaqqabı istehsalı üçün xərc göstəriciləri ilə tanış olaq.
1-ci sütunda- istehsalın səviyyəsi, daha doğrusu buraxılmış ayaqqabı cütünün miqdar göstəricisi verilir. Onu Q hərfi ilə işarə edək.
2-ci sütunda - sabit xərclər verilir və göründüyü kimi onun məbləği istehsalın istənilən səviyyəsində dəyişmir.
3-cü sütunda - dəyişən xərclər təqdim olunur ki, o əksinə olaraq istehsalın səviyyəsi yüksəldikcə daha da artır.
4-cü sütunda - ümumi xərclər təsvir edilib. Onun dəyəri 2 və 3-cü sütunların cəminə bərabərdir.
5-ci sütunda - marjinal xərclər verilir. Bu göstərici əlavə bir cüt ayaqqabının neçəyə başa gəldiyini ifadə edir.
Siz sual verə bilərsiniz ki, sabit, dəyişən və marjinal xərcləri müəyyənləşdirmək nəyə gərəkdir. Məgər, real həyatda o nəyəsə lazımdırmı? Cavab belədir: Əlbəttə!
Bu məqsədlə xərclərin harada və hansı formada lazım olduğunu izah etmək üçün tədqiqatlarımızı davam etdirək.
Biz artıq bilirik ki, firmanın gəliri onun buraxdığı məhsulun qiyməti ilə miqdarının hasilinə bərabərdir. G + P Q. Və təbii ki, ayaqqabı buraxılışı və satışının miqdarını artırmaqla firma daha çox gəlir əldə edə bilər. Lakin, bu o deməkdirmi, firmanın mənfəəti də artıb? Biz yəqin ki, hələ unutmamışıq ki, sahibkar mənfəətin əldə olunması naminə çalışır.
Bir neçə hesablama aparaq. Tutaq ki, bir cüt ayaqqabı 60000 manata satılır. Belə olan halda 30 cüt ayaqqabının satışından daxil olan gəlir 1 milyon 800 min manata bərabər olacaq (G= X Q=60 min man x 30). Oxşar hesablamaları istehsalın müxtəlif səviyyələri üzrə aparmaqla əldə edilən nəticələri başqa bir cədvəldə əks etdirək.
Cədvəl 13
Dostları ilə paylaş: |