Normadan yuxarı mənfəət iqtisadi mənfəət adlanır.
Biz başa düşürük ki, hər bir sahibkar mənfəətin maksimumlaşdırılmasına çalışmalıdır, çünki aşaüı mənfəət onun fəaliyyətini sərfəsiz edir.
Beləliklə, bəzi yekunlara diqqət yetirək: son hədd xərcləri adətən MC ilə (ingiliscə Marginal cost) işarə olunur və bu firmanın əlavə məhsul istehsalına çəkdiyi məsrəfləri xarakterizə edir.
Əgər istehsalat artırsa onda son hədd xərcləri əvvəlcə azalır, sonradan artır və maksimum səmərəlilik nöqtəsini ötən kimi azalan qaytarma qanunu qüvvəyə minir.
Son hədd gəliri - hər bir sonrakı məhsul istehsalından əldə olunmuş əlavə gəlirdir və MR (Marginal revenue) ilə işarə olunur.
Son hədd mənfəəti - son hədd gəliri ilə son hədd xərcinin fərqidir və MP (marginal profit) ilə işarə edilir.
Bu istiqamətli fikirlərimizi yekunlaşdırarkən, qeyd etməliyik ki, firma istehsalın həcmini artırmaq barədə qərar qəbul edərkən adətən çox sadə qaydalara istinad edir. Həmin qaydalara görə, istehsalatı o səviyyəyə kimi qaldırmaq olar ki, orda son hədd gəliri son hədd xərcləri ilə eynilik təşkil etsin (MR=MC).
İndi isə gəlin, biznes firmaların öz fəaliyyətlərini necə qurmasını və onların fəaliyyətinin cəmiyyətə təsirlərini öyrənək.
Firmaların bu baxımdan fəaliyyəti qısamüddətli və uzunmüddətli dövrlər üzrə təhlil olunur.
Qısamüddətli dövr - firmanın yalnız mövcud gücündən səmərəli istifadə etməklə istehsalatı artırmaüa nail olduüu müddətdir.
Deyiləni misalla aydınlaşdıraq.
Tutaq ki, bir neçə firmanın məhsuluna tələb gözlənilmədən artıb. Sahibkar nə edəcək? Sizcə, əvvəlcə yeni sex tikintisinə, əlavə avadanlıq alınmasına və quraşdırılmasına, yoxsa nə isə başqa resursların cəlb edilməsi işinə başlayacaq?
Axı, bu işlərin görülməsi üçün xeyli müddət və külli miqdarda vəsait tələb olunur. Eyni zamanda, o da ola bilər ki, həmin müddət ərzində əldə olunacaq şanslar itirilsin. Çünki, alıcılar həmin məhsulu indi axtarır və istəyir ki, tez tapıb alsın. Bəs belə olarsa, nə etməli?
Sahibkar tezliklə iki növbəli iş sisteminə keçməli, bu məqsədlə işə əlavə işçi götürməli, xammal, material almalı və beləliklə də qısa müddət ərzində buraxılmış məhsulların miqdarının çoxalmasına nail olmalıdır.
Yox, əgər sahibkarın buraxdıüı məhsula olan yüksək tələbat uzun müddət ərzində dəyişmirsə, eləcə də onun qiyməti getdikcə bahalaşırsa, onda yeni istehsal sahəsində tikintiyə başlamaq və mövcud istehsal güclərini artırmaq məsləhətdir.
Dostları ilə paylaş: |