Q
|
Məcmu gəlir
|
Sabit xərclər
|
Dəyişən xərclər
|
Ümumi xərclər
|
Mənfəət və ya zərər
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
0
|
0
|
100
|
0
|
100
|
- 100
|
30
|
1800
|
100
|
900
|
1000
|
+800
|
31
|
1860
|
100
|
950
|
1050
|
+810
|
32
|
1920
|
100
|
990
|
1090
|
+830
|
33
|
1980
|
100
|
1025
|
1125
|
+855
|
34
|
2040
|
100
|
1055
|
1155
|
+855
|
35
|
2100
|
100
|
1090
|
1190
|
+910
|
36
|
2160
|
100
|
1150
|
1250
|
+910
|
37
|
2220
|
100
|
1225
|
1325
|
+895
|
38
|
2280
|
100
|
1310
|
1410
|
+870
|
1-ci sütunda ayaqqabı istehsalının gündəlik miqdarı verilir.
2-ci sütunda gəlirin həcmi, daha doğrusu 1-ci sütunda göstərilmiş miqdarla ayaqqabının 1 cütünün qiymətinin hasili (60 min manat) təqdim olunur.
3, 4 və 5-ci sütunların məlumatları əvvəlki cədvəldən götürülüb.
İndi bizim qarşımızda duran başlıca vəzifə 6-cı sütun üzrə məlumatların hesablanmasıdır. Bu zaman 2-ci sütunun məlumatlarından 5-ci sütunun məlumatlarını çıxmaq tələb olunur. Bu məqsədlə belə düstur tətbiq olunur: M=G-X. Sütun (2)- sütun (5)=sütun (6)
Cədvəldən göründüyü kimi sıfırıncı istehsal səviyyəsi zamanı firma 100 min manat həcmində zərərə davam gətirir ki, bu da onun sabit xərclərinin miqdarını göstərir.
30 cüt ayaqqabı istehsalı zamanı mənfəət 800 min manatdan ibarətdir və bundan sonra da hər cüt ayaqqabı vahidinə düşən buraxılışın həcminin artımı mənfəət məbləğini də çoxaldır.
Cədvəldən göründüyü kimi, mənfəətin maksimum məbləği 35-ci cüt ayaqqabı buraxılışında mümkündür.
Lakin 37-ci cüt ayaqqabı istehsalından sonra ümumi gəlir artsa da, mənfəət azalır.
Bu cədvəlin məlumatlarını 13-cü cədvəlin məlumatları ilə müqayisə edəndə qeyd olunanların nəyə görə baş verdiyini başa düşmək olar.
Məsələn, cədvəldən görünür ki, firma üzrə 36-cı cüt ayaqqabı istehsalına ümumi xərclər 60 min manat təşkil edir, lakin elə həmin cütün ümumi qiyməti də, yəni satışının dəyəri də 60 min manatdır. Deməli, həmin cüt ayaqqabı istehsalı mənfəət yoxdur və sonrakı cüt ayaqqabı istehsalında zərərin yaranmasına gətirib çıxarır.
Sizcə, sahibkar özünüz olardınızsa, gündə neçə cüt ayaqqabı istehsal edərdiniz?
Əlbəttə ki, otuz beş cüt! Çünki, istehsalın yalnız bu səviyyəsində biz maksimum mənfəət əldə edə bilərik. Bu vəziyyəti qrafikin köməyi ilə təsvir edək.
R
MC –son hədd xərcləri
MR – son hədd gəliri
Q
R
MP – son hədd mənfəəti
36 Q
Şəkil 24. Son hədd xərcləri və son hədd gəlirlərinin qarşılıqlı əlaqəsi
Qrafik bizim əldə etdiyimiz nəticələri əyani surətdə təsdiq edir. Göründüyü kimi ayaqqabı buraxılışının artırılması nəticəsində son hədd xərcləri və gəliri çoxaldır. Son hədd mənfəəti bu iki göstərici arasındakı fərqlə müəyyənləşdirilir. Nə qədər ki, əyri üzərində MR=MC nöqtəsi əldə olunmayıb, o vaxta kimi mənfəət artır və bu da müsbət dəyişiklikləri xarakterizə edir. Bu nöqtəyə çatandan sonra mənfəət aşağı düşməyə başlayır və beləliklə də son hədd mənfəəti mənfi işarə ilə ifadə olunur.
Sual verə bilərsiniz ki, nəyə görə belə vəziyyət yaranır? Hansı səbəbdən gəlir xərclərə bərabər olur? Axı, belə vəziyyətdə onların fərqi sıfırı ifadə edir, bu isə o deməkdir ki, mənfəət yoxdur?
Burada bir "sirr" gizlənir. Bir çox hallarda ona o qədər də diqqət yetirilmir.
Gəlin, bir daha xərclərin tərkibinə nələr daxil olduğunu yada salaq?
Bazar iqtisadiyyatlı bir çox ölkələrdə xərclərin tərkibinə biznesin təşkili və mənfəətin minimumlaşdırılması naminə hətta "sahibkarlıq qabiliyyəti" resurslarına görə ödənilən haqlar da daxil edilir.
Belə olan halda sıfır mənfəətinin izahı ondan ibarətdir ki, istənilən istehsalat fəaliyyəti nəticəsində əldə edilmiş gəlir istifadə olunmuş bütün 4 növ resurslara görə haqların hamısını ödəyir və əlavə vəsait qalmır. Deməli, bu zaman sahibkar öz mənfəətini xərcləri çərçivəsində qazanır.
Bu mənfəətə, yəni sahibkarın öz işlərini təşkil etmək üçün əldə etdiyi vəsaitə normal mənfəət deyilir.
Bundan aşaüı mənfəət sahibkarı qane etmir. Çünki, normal mənfəətdən az vəsaitlə fəaliyyəti davam etdirmək sərfəli deyil və buna görə də sahibkar işlərini dayandıraraq biznesinin başqa sahədə təşkilinə başlayır.
Dostları ilə paylaş: |