Фуат рясулов


Siz nə qədər mal alırsınız? Və yaxud qiymət, tələb və təklif istehlakçı davranışı



Yüklə 4,2 Mb.
səhifə30/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   176
Siz nə qədər mal alırsınız? Və yaxud qiymət, tələb və təklif
istehlakçı davranışı

Hər gün istehlakçılar, daha doğrusu biz sizinlə çoxlu sayda müxtəlif mallar alırıq.

Pərakəndə mal satıcıları və istehsalçılar daha çox tələbata uyğun olan, istehlakçı tərəfindən alınan malları satmağa və ya istehsal etməyə üstünlük verirlər. Onlar mallarını satmaqla mənfəət əldə edirlər.

İstehlakçıların davranışı anlayışı istehsalçılar üçün çox mühümdür. Onlar qiyməti aşağı saldıqca, alınan malların miqdarı artmağa başlayır.

Qiymət və alınmış malların miqdarı arasındakı belə münasibətlərə tələb qanunu deyilir.

Tələb dedikdə, məlum müddət ərzində digər amillərin dəyişmədiyi şəraitdə müəyyən qiymətlə alınmış malların miqdarı başa düşülür.

Tələb bəzən belə də tərif olunur.


Тяляб – мялум вахт ващиди ярзиндя мцяййян гиймятля малларын вя хидмятлярин алынмасы истякляри вя имканлары демякдир.


Əgər siz özünüzə fotoaparat almaq istəyirsinizsə, amma bunun üçün pulunuz yoxdursa, onda bu tələb deyil, arzu hesab olunmalıdır. Yox əgər sizin pulunuz varsa və siz həmin pula fotoaparat almaq istəyirsinizsə, artıq bu tələbdir.

Bazar iqtisadiyyatında malın qiyməti bazarda formalaşır. Bu necə baş verir?

Satıcılar daha çox fayda əldə etmək məqsədilə öz mallarını baha qiymətə satmağa səy göstərirlər.

Alıcılar isə həmin malı ucuz almağa çalışırlar.

Lakin, bazar - könüllü mübadilə və saziş yeridir. Burada malın satılması üçün satıcı və alıcının qarşılıqlı fayda əsasında razılaşması gərəkdir. Belə razılaşma - qiymətdir. Alıcı və satıcını təmin edən qiymət. Qiymət - satıcı və alıcını təmin edən və mübadilə olunan malın dəyərinin pulla ifadəsidir. Bazar iqtisadiyyatının mahiyyəti saziş və qiymət üzrə tərəf müqabillərin axtarışı ilə ifadə olunur. Bu o demək deyil ki, alıcı ilə satıcı hər dəfə mütləq görüşməlidir. Siz mağazanın piştaxtasında gördüyünüz malın qiymətini ya münasib hesab  edə, ya da ki, onun həddindən çox yüksək olduğunu düşünə bilərsiniz? Görəndə ki, qiymət bahadır, mağazadan yan ötürsünüz. Bu zaman satıcı malın nəyə görə satılmaması barədə düşünür və belə qərara gəlir ki, yəqin malın qiymətini baha müəyyənləşdirib.

Tutaq ki, piroq satıcısı əvvəlcədən malını hansı qiymətə daha çox satmağı öyrənmək qərarına gəlib. Bunun üçün o rastlaşdığı adamlar arasında mini sorğu keçirir və bir saat ərzində müxtəlif adamlara eyni sualla müraciət edir. “Əgər 1 piroqun qiyməti  1600 manat olarsa, onu alarsınızmı?” 100 nəfər müsbət cavab verir. Bundan sonra o həmin sualı axşama qədər, hər bir saatdan sonra  qiyməti 200 manat ucuzlaşdırmaqla təkrar edir. Nəhayət, satıcı öz sorğusunun nəticələrini cədvəl formasında qruplaşdırır ki, buna da tələb şkalası deyilir.


Cədvəl 3

TƏLƏB ŞKALASI





Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin