İnzibati amirlik sistemi
Bu sistemdə nəyi, necə istehsal etməli və hansı qiymətə satmalı məsələlərini bazar müəyyən etmir, bütün bu suallara mərkəzləşdirilmiş plan orqanları cavab verir.
Keçmiş SSRİ-də belə mərkəzləşdirilmiş orqanlar həddindən çox idi: Dövlət Plan Komitəsi, Dövlət Qiymət Komitəsi, Dövlət Əmək Komitəsi, Dövlət Maddi Texniki Təchizat Komitəsi və başqaları.
Bu komitələrin adları ilk baxışdan çox şey deyir: məsələn, Dövlət Qiymət Komitəsi hər bir malın və xidmətin qiymətini təyin edirdi. Dövlət Əmək Komitəsi hər bir müəssisəyə nə qədər işçi lazım olması məsələsini həll edirdi, eləcə də hansı mütəxəssisə nə qədər maaş vermək məsələsi də bu komitənin işi hesab olunurdu.
Məlumdur ki, hər bir müəssisənin istehsal xüsusiyyətini və yaxud müxtəlif regionlarda yaşayan insanların istəklərini vahid mərkəzdən müəyyənləşdirmək mümkün deyil. Məhz bu səbəbdən də qəbul olunan qərarların çoxunun nəticəsi qeyri-effektiv alınırdı.
Ənənəvi sistem
Belə sistem çox azsaylı ölkələrdə saxlanılıb. Onlar əsasən az inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə istehsal olunan mal və xidmətlər min illərlə dəyişmir. Bu ölkələrin vətəndaşları ataları, babaları nə ediblərsə onu da təkrarlayırlar. Belə ölkələrdə adətlər və ənənələr çox güclüdür.
İki əsas iqtisadi sistemi daha dərindən öyrənmək və onları müqayisə etmək üçün aşağıda təqdim olunan cədvələ nəzər yetirək. Cədvəl vasitəsilə hər iki sistemdə iqtisadi məsələlərin necə həll olunması, qərarların qəbul edilməsi və s. məsələlərlə tanış olaq.
Cədvəl 2
Dostları ilə paylaş: |