Qiymət, man.
|
Tələb, ədəd
|
1
|
1600
|
100
|
2
|
1400
|
110
|
3
|
1200
|
120
|
4
|
1000
|
140
|
5
|
800
|
160
|
6
|
600
|
200
|
Cədvəl Tələb Qanununun fəaliyyətini əyani surətdə nümayiş etdirir.
Tələb Qanununa görə malın qiyməti ucuzlaşarsa, onun alıcılarının sayı çoxalır. Cədvəldən göründüyü kimi, həqiqətən də piroqun qiymətinin aşağı olduğu tədqirdə onu almaq istəyənlərin sayı artır. Bu nəyə görə baş verir?
Bütün bunların izahı çox sadədir.
Piroqu aşağı qiymətə almağa imkanı çatan alıcıların sayı daha çoxdur. Belə ki, əhalinin bir hissəsi piroqun qiymətinin ucuzlaşdığını biləndə kökə, keks və digər bu kimi malları almaqdan imtina edərək piroq almağa üstünlük verəcəkdir. Deməli, piroqa tələbat daha çox olacaq. İndi isə tələb şkalasından istifadə etməklə tələbin qrafikini qurmağa cəhd edək. Koordinat sistemi çəkib, onun şaquli hissəsində piroqların sayını, üfüqi hissəsində isə malların qiymətini qeyd edək. Bunun üçün Q (ingiliscə-Quantity), P (ingiliscə-Price) hərflərindən istifadə edək.
Dostları ilə paylaş: |