G (man)
|
X (man)
|
M=G-X
|
Məktəbli çantaları
|
30000
|
25000
|
5000
|
İdman çantaları
|
30000
|
22000
|
8000
|
Sizcə, istehsalçı nə ilə məşğul olacaq? Əlbəttə ki, idman çantasının istehsalı ilə. Əgər, məktəbli çantasına tələb artarsa, qiymət 35.000 manat olarsa, necə? Bu vəziyyət aşağıdakı cədvəl vasitəsilə təsvir olunur.
Cədvəl 5.
|
G (man)
|
X (man)
|
M=G-X
|
Məktəbli çantaları
|
35000
|
25000
|
10000
|
İdman çantaları
|
30000
|
22000
|
8000
|
Cədvəl məlumatlarına əsasən demək olar ki, istehsalçı idman çantasının buraxılışını dayandırıb, məktəbli çantası istehsal etməyə başlayacaq. Beləliklə, istehsalçı bazarda mövcud tələbin “işarə”si ilə elə məhsulun istehsalına üstünlük verir ki, ondan əldə edilən gəlir ona çəkilən xərclərdən maksimum dərəcədə çox olsun.
Biz burdan aşağıdakı nəticələri çıxarırıq:
İstehsalçının davranışı istehlakçının davranışına birbaşa ziddir. İstehsalçılar böyük məmnuniyyətlə yüksək qiymətə çoxlu miqdarda mal buraxılışına üstünlük verdiyi halda, istehlakçılar ucuz qiymətə mal almaqda maraqlıdırlar. Fikrimizi daha da dəqiqləşdirmək məqsədilə bir daha Tələb Qanununu öyrənərkən istifadə etdiyimiz piroq misalına qayıdaq. Lakin bu dəfə təklif şkalasını qurmağa çalışaq. Təklif - məlum vaxt ərzində satıcının alıcıya müəyyən qiymətlə təklif etdiyi malın miqdarıdır. Bu əsasda təklif şkalası təqribən aşağıdakı kimi ola bilər.
Cədvəl 6.
TƏKLİF ŞKALASI
Dostları ilə paylaş: |