Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə32/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   176
P
2000

1800

1600

1400

1200

1000

800

600
, man












































































































































































































































































































































D























































































80 140 200 Q, ədəd

Şəkil 3. Tələb əyrisi
Bu əyri adətən D (ingiliscə - Demand) hərfi ilə işarə olunur və tələbi ifadə edir. Tələb əyrisi həmişə azalan istiqamətdə, daha doğrusu aşağıya və sağa doğru meyllənən kimi görsənir. Nəyə görə qiymət artımı olduğu halda tələbin ölçüsü  aşağı düşməyə meyllidir? Bu, iki səbəbdən baş verir. Birincisi,  əvəzləyicinin effekti ilə bağlıdır. Çünki qiymət artdıqca, siz həmin malı başqaları ilə əvəz etməyə çalışırsınız. Məsələn: əgər «Coca-Cola»nın qiyməti 2 dəfə artarsa, hamı «Fanta» içməyə başlayacaq. Eyni zamanda, onun qiymət artımı digər sərinləşdirici içkilərin də bahalaşmasına gətirib çıxaracaq.

Qiymətin artdığı halda tələbin ölçüsünün aşağı düşməsinin ikinci səbəbi gəlirin effekti ilə əlaqədardır. Gəlin, bunun neçə olduğunu aydınlaşdıraq. Malların qiyməti bahalaşdıqca, siz özünüzü kasıb hiss etməyə başlayırsınız, elə deyilmi? Əgər əvvəllər 2000 manata 2 piroq alırdınızsa, qiymət artımından sonra birini ala bilirsiniz. Deməli, bu bahalaşma sizi kasıblaşdırıb. Düzdürmü?

Əksinə, qiymətlərin ucuzlaşması sizin varlı olmağınıza şərait yaradır. Tələbin azalan əyrisi ilə bağlı  iqtisadçıların verdikləri ikinci izah belədir: əhalinin tələbi hüdudsuzdur, lakin bu tələbat müəyyən məhsullar üzrə ödənilə bilər!

Müəyyən vaxt vahidi ərzində, istehlakçı hansı malı arzulayırsa, onu da ala bilər. Adətən, tələb bir-birinin ardınca Son Faydalılıq Qanununa uyğun surətdə ödənilir. Gəlin, bu Qanunun mahiyyətinə varmaq üçün onun məzmununun tərkib hissələri ilə tanış olaq. Əvvəla, biz bilməliyik ki, faydalılıq - tələbatın ödənilməsi qabliyyətidir. Heç kim etiraz edə bilməz ki, optik eynək - faydalı şeydir. Eyni zamanda hamı təsdiq edər ki, eynək kimin görmə qabiliyyəti zəifdirsə, onun üçün faydalıdır. Daha doğrusu, əmtəənin “faydalılığı” subyektiv anlayışdır və müxtəlif insanlar üçün kəskin fərqlənir.

Son faydalılıq” dedikdə istehlakçının hər bir əlavə məhsul vahidini istehsal edərkən əldə etdiyi üstəlik fayda başa düşülür.

İnsanların konkret mallara tələbatını ölçsək “son faydalılığın” hər yeni vahid üçün aşağı düşdüyünün şahidi olarıq.

Nəyə görə? Bu suala cavab vermək məqsədilə aşağıdakı misala diqqət yetirək.

Tutaq ki, qoltuğunda qiymətli daşlarla dolu çantası olan yolçu səhra ilə gedir. Bir neçə kilometr məsafə qət etdikdən sonra onun su ehtiyatı tükənir və  o az qalır ki, susuzluqdan ölsün.

Elə bu anda təsadüfən əlində su çəlləyi olan bir allah bəndəsi ilə rastlaşır və həmin adam 1 stəkan suyu 10 iri briliyant daşa dəyişməyi təklif edir. Yolçu fikirləşmədən 1 stəkan suya 10 briliyant ödəyib, onu axır damlasına qədər içir. Bundan sonra daha bir stəkan su xahiş edir və onu da bir qurtuma içir. Üçüncü stəkanı o yavaş-yavaş, xırda qurtumlarla içir, dördüncü stəkanla yuyunur, beşinci stəkandan isə ümumiyyətlə imtina edir. Axı həm birinci, həm də beşinci stəkandakı suyun tərkibi eynidir. Bəs görəsən, nə dəyişib? Faydalılıq! Birinci stəkandakı su onun üçün daha çox faydalı idi, ikinci, ondan bir az, beşincisi isə tələb olunan qiymət baxımından tamamilə faydasızdır.

Daha doğrusu, Son Faydalılıq Qanununa uyğun olaraq,  əgər qiymət aşağı düşərsə istehlakçı yenə su ala bilərdi.

Məhsul istehsal etməyə dəyərmi? Və yaxud istehsalçının davranışı!

Biz sizinlə istehlakçının davranışından danışdıq. Lakin bazar münasibətlərində ikinci  bir iştirakçı - satıcı və ya istehsalçı mövcuddur. Biz bunları bir-birindən ayırmırıq, çünki mal satılmazsa, heç kim onu istehsal etməz. Digər tərəfdən də, əgər hər hansı bir mala bazarda tələbat varsa, bu heç də o demək deyildir ki, həmin malı mütləq istehsal etmək lazımdır. Belə ki, mal və xidmətlər yalnız mənfəət əldə etmək üçün istehsal olunur və malın təklifi onun qiymətindən asılı olur. Əvvəlcə, aydınlaşdıraq görək mənfəət adı altında nə başa düşürük? Bəlkə, bu istehsalçının satılmış mala görə aldığı puldur? Əsla yox. Heç vaxt belə fikirləşməyin. Mal satışından əldə edilən pul gəlir adlanır. İstehsalçı hər hansı bir malın buraxılışına müəyyən məsrəflər sərf edir ki, bu da istehsalat məsrəfləri adlanır. O bu məqsədlə xammal, material alır, yer icarəyə götürür, işçi cəlb edir və bütün bunlara görə haqq ödəyir. İstehsalat xərcləri - məhsul buraxılışına və görülmüş işlərə sərf olunan bütün növ məsrəflərin məbləğidir. Məhsul satışından əldə edilən gəlirlə istehsalat xərcləri arasındakı fərqə mənfəət deyilir. Bu, düsturla aşağıdakı şəkildə ifadə olunur.


G - X = M


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin