S
120 A
100 D1
D
1000 1200 Q, ədəd
Şəkil 11. Tələb əyrisinin sağa sürüşməsi
Səkildən göründüyü kimi qiymət 100 min manat olanda istehsalçı 1000 dəst ayaqqabı satmağa, alıcı isə o qədər almağa hazırdır. Bazarda tarazlıq hökm sürür. Birdən qeyd olunan hallardan biri baş vermiş, tutaq ki, əhalinin gəlirləri artmışdır. Bu hansı nəticələrə gətirib çıxara bilər?
Tezliklə 100 min manata ayaqqabı almaq istəyənlərin sayı artacaq, kimsə əvvəllər onu baha hesab edib almırdısa, indi həmin adamlar da ayaqqabını qeyd olunan qiymətə almaq istəyinə düşəcəklər. Fərz edək ki, ayaqqabını almaq istəyənlərin sayı, yəni yeni tələb 1200 nəfərə bərabərdir. Bu nöqtəni Q1 ilə işarə edib, absis oxundan perpendikulyar istiqamətdə təklif əyrisini kəsişməsinə qədər qaldıraq. Kəsişmə nöqtəsini A ilə işarə edək və paralel olaraq tələb əyrisində də bazar tarazlığının yeni nöqtəsinin yerini dəyişək. Bu yeni nöqtə müvafiq olaraq qiymət tarazlığını müəyyənləşdirir ki, bu da bizim misalda 120 min manata bərabərdir.
Qrafikdən göründüyü kimi, əhalinin gəlirlərinin artımı tələbin yüksəlməsinə və müvafiq olaraq tələb əyrisinin sağa doğru sürüşməsinə gətirib çıxardı. Nəticədə bazarda yeni tarazlıq vəziyyəti yarandı: qiymət 120 min manatadək artdı, eləcə də istehlakçının təklif etdiyi malın miqdarı da çoxaldı. Deməli, tələb əyrisi sağa doğru sürüşəndə həm qiymət və həm də miqdar artır.
Fərz edək ki, dərinin qiyməti bahalaşır. Bu hal hansı nəticələrə gətirib çıxarır?
İstehsalçılar yenidən məhsul buraxılışını 200 vahid endirməyə məcburdular, çünki xərclər artıb.
Dostları ilə paylaş: |