2000
1800
1600
1400
1200
1000
800
600
0
P, man
-
80 100 120 160 180 200 Q
Şəkil 7. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru enişi)
Bu şəraitdə satıcı nə etməlidir?
Qiymətləri endirməlidir!
Qiymətin 1200 manata qədər enməsi zamanı tələb artır. Qrafikdən göründüyü kimi, alıcılar artıq 120 ədəd piroqu almağa hazırdılar. İstehsalçı isə bu qiymətə 160 ədəd satmaq istəyir. Buna baxmayaraq yenə də 40 ədəd piroq artıq qalır. Deməli, qiyməti bir az da endirmək mümkündür. Bu proses o vaxta kimi davam edir ki, satıcı və alıcı hər iki tərəfin maraqlarını təmin edən A nöqtəsində üz-üzə gəlir.
Sizinlə başqa bir hala baxaq. Fərz edək ki, sahibkar çox aşağı qiymət qoyub. Bu halda piroq istehsalından çox az məbləğdə mənfəət əldə etmək mümkündür. Bu səbəbdən də onun çoxlu mal istehsal etməyə marağı yoxdur. O cəmi 120 ədəd istehsal etməyə hazırdır.
Bəs, alıcılar necə? Onlar 800 manatdan 160 ədəd piroq almaq istəyirlər. Deməli, bu qiymətdə daha 40 piroqa tələb yaranıb. Lakin piroq yoxdur! Hamı onu ala bilmir.
Bu şəraitdə satıcı nə etməlidir?
Qiymətləri qaldırmalıdır!
İqtisadiyyatda yaranmış həmin vəziyyətə qıtlıq deyilir və bu qrafikdə V və B parçası ilə fərqləndirilir. Həmin sahə ştrixlidir.
Mal qıtlığı həddindən aşağı qiymət zamanı əmələ gələn və tələb və təklifin gerçək münasibətini əks etdirməyən vəziyyətdir. Satıcı görəndə ki, hamı piroq axtarır o qiyməti qaldırmağa başlayır.
2000
1800
1600
1400
1200
1000
800
600
0
P, man
-
120 140 160 Q ədədlə
Şəkil 8. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru artımı )
Bu proses hər iki tərəfin maraqları üst-üstə düşənədək davam edir. Belə vəziyyət A nöqtəsinə (1000 manat qiymətinə) uyğun gəlir. Göründüyü kimi heç bir müdaxilə olmadan qiymət tarazlığını bazar özü alıcıların və satıcıların könüllü istəkləri əsasında müəyyən edir.
Malın yığılıb qalması və mal qıtlığı vəziyyətinin hər ikisi xoşagəlməz hal hesab olunur. Mal yığılıb qalarkən istehsalçı satılmış məhsullardan alınmış gəlir hesabına bütün malların xərcini ödəyə bilmir. Bu proses onu müflisləşməyə aparır. İstehlakçının aşağı və orta gəliri də malı almağa imkan vermədiyinə görə belə hal onun üçün də sərfəli deyildir. "Qıtlıq" zamanı isə “qara bazar”lar əmələ gəlməyə başlayır. Gəlirlərin çox hissəsinə möhtəkirlər nəzarət etməyə başlayır. Bundan başqa istehsalçının gəliri aşağı olduğundan, o məhsul buraxılışını genişləndirə bilmir. İstehlakçı üçün də bu pis hal hesab olunur. Çünki belə olanda o “qıt” mal almaq məqsədilə növbəyə dayanaraq xeyli vaxt itirməli, pulunu isə alverçilərə verməlidir.
Bazar hər iki tərəfi kompromisə gətirmək üçün yardımçı obyektiv amillər meydana çıxarır:
- Qiymətin alıcının ödəmək imkanı çatan yuxarı həddi;
- Qiymətin satıcının razılaşdığı aşağı həddi;
Sxem vasitəsilə onu aşağıdakı formada təqdim etmək olar.
Сатыъы
Bu qiymətdən aşağıya satmağa razı deyil
Q
İ
Y
M
Ə
T Bu qiymətdən çox
ödəməyə razı deyillər
Alıcılar
Şəkil 9 .Qiymətin əmələ gəlməsi
Qrafikin ştrixlənmiş hissəsi - kompromis sahəsidir.
Əgər satıcı və alıcı razılaşa bilməzsə, bu zaman yaranan hal 9-cu şəkildəki formaya uyğun gəlir. Deməli, belə olan halda mal satılmadığından, sonradan da istehsal edilmir. Beləliklə də bazar nə istehsal etməli məsələsini özü sərbəst olaraq həll edir.
Satıcı
Bu qiymətdən aşağıya
Q satmağa razı deyil
İ
Y Kompromis (razılaşma) sahəsi
M
Ə
T Bu qiyməti ödəməyə razıdır
Alıcılar
Şəkil 10 .Qiymətin tarazlaşması
Lakin sizə elə gəlməsin ki, bazar tarazlığı daimidir.
Bazar tarazlığı həmişə ya tələb, ya da ki, təklif arasındakı münasibətlərin uzlaşmaması ucbatından pozulur. Bunun nəticəsində də istehsalın həcmi və malın qiymətinin tarazlaşması prosesi yenidən təkrarlanır (Bax:şək.10).
Əbədi yelləncəklər və ya tələb və təklif nəyə görə dəyişir.
Biz tələbə tərif verərkən, onun qiymətdən asılı olaraq dəyişdiyini demişdik. Bu zaman qrafikdə bütün yerdəyişmələr tələb əyrisi boyunca baş vermişdir. İndi gəlin özümüzə bir sual verək. Tələb qanunu həmişə fəaliyyətdədirmi? Məgər elə hal olurmu ki, qiymətlər qalxdıqca, tələb də azalsın?
Əlbəttə ki, olur! Sən demə, tələbə “qeyri-qiymət amilləri” adlanan çoxlu sayda başqa amillər də təsir göstərir. Bunlar aşağıdakılardır:
- İstehlakçının gəlirlərinin dəyişməsi;
- Əvəzedici və əlavə hesab edilən malların qiymətinin dəyişməsi;
- Əhalinin zövqünün dəyişməsi;
- Gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
- İstehlakçıların sayının dəyişməsi.
Təklifə təsir edən amillər isə bunlardır:
- İstehsalat amillərinin qiymətinin dəyişməsi;
- İstehsalat texnologiyasının dəyişməsi;
- Digər mal və xidmətlərin qiyməti üzrə mənfəətin əldə edilməsinin alternativ imkanlarının dəyişməsi;
- İstehsal resurslarının gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
- Satıcıların sayının dəyişməsi.
Tələb və təklifin hər bir konkret halda dəyişməsinə misallar üzərində tərtib olunmuş qrafikin köməyi ilə nəzər yetirək.
R, min man
Dostları ilə paylaş: |