İstehsal məsrəfləri
İstehsal neçəyə başa gəlir?
Bu fəsildə Sizə xərclərlə əlaqədar olan bir neçə mühüm konsepsiyanı izah etməyə çalışacağıq. Həmin konsepsiyalar vasitəsilə müxtəlif növ xərclər arasındakı qarşılıqlı əlaqələri öyrənib, bu münasibətləri qrafik vasitəsi ilə təsvir edəcəyik. Qrafikin köməyi ilə belə əlaqələri əyani surətdə görmək imkanı qazanacağıq.
Gəlin, əvvəlcə bir sual üzərində düşünək. Firmalar resursları hansı meyarlarla seçir və tələb olunan məhsulun buraxılışı üçün onlardan necə istifadə edir?
Biz bilirik ki, hər hansı bir məhsulu istehsal etmək üçün firmalar 4 növ resursdan istifadə edir. Bunlar təbiət, əmək, kapital resursları və sahibkarlıq qabiliyyətidir.
Gəlin, baxaq görək məhsul buraxılışı zamanı resursların hər birindən hansı miqdarda tələb olunur?
Bu sualın cavabını misallar vasitəsilə aydınlaşdıraq.
Tutaq ki, kəndli malik olduğu torpaq sahəsində yemiş əkib. Bu məqsədlə o torpağı belləyib, toxumları səpib, şitilləri sulayıb, gübrələyib və nəhayət, məhsulu toplayanda məlum olub ki, 2 ton yemiş yetişdirib.
Növbəti mövsümdə o torpaq sahəsində əvvəlki illə müqayisədə 2 dəfə çox işləyib və məhsul yığımının vaxtı gələndə məlum olub ki, bu dəfə cəmi 3 ton yemiş yetişdirə bilib. Görəsən, nəyə görə kəndli 2 dəfə çox işlədiyi halda, məhsulun həcmi yalnız 1,5 dəfə artıb. Bu necə ola bilər?
Məsələ burasındadır ki, indiki halda, daha bir vahid resursun əlavə olunması məhsul buraxılışının azalmasını şərtləndirib. Deyilənləri əyani surətdə 21-ci şəkildə təsvir edək.
Dostları ilə paylaş: |