İ qtisadi fikir tarixindən
Teymur Vəliyev (1926 - 2002)
Azərbaycanlı iqtisadçı-alim T.S.Vəliyev 1926-cı ildə Ağdam şəhərində anadan olmuş və orta təhsilini burada almışdır. 1951-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, sonra aspiranturada saxlanılmış və 1955-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan sonra ali məktəblərdə pedoqoji fəaliyyətini, eyni zamanda aktual iqtisadi nəzəri problemlər üzrə elmi-tədqiqat işlərini fasiləsiz davam etdirmişdir. O, respublikada iqtisadiyyat üzrə ilk doktorluq dissertasiyası müdafiə edənlərdən biridir.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Vəliyev həyatının 55 ilini respublikada iqtisad elminin, iqtisadi-nəzəri fikrin və ali təhsilin inkişafına həsr etmişdir. 300-dək elmi əsərin, o cümlədən onlarla monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifi, 100-dək iqtisadçı alimin elmi rəhbəri və elmi məsləhətçisi olan T.Vəliyev dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda və simpoziumlarda Azərbaycan elmini şərəflə təmsil etmişdir.
Görkəmli alim respublika, sabiq ittifaq və habelə xarici ölkələrdə çap olunmuş çoxlu miqdarda monoqrafiya, dərslik, elmi jurnal məqalələrininin, elmi tezislərin müəllifidir. Onların ümumi sayı 150-dən, həcmi isə 300 çap vərəqindən çoxdur.
T.S.Vəliyevin elmi-tədqiqat istiqamətlərində istehsal münasibətləri, mülkiyyət kateqoriyası, onun formaları, reallaşdırılması, obyekti və subyekti kimi ciddi elmi məsələlər də mühüm yerlərdən birini tutmuşdur.
Müstəqillik qazanmış Azərbaycanın keçid dövrü iqtisadiyyatının problemləri və məsələləri T.S.Vəliyevin maraq dairəsində olmuşdur. O, son illərdə bunlara dair bir sıra elmi nəzəri məqalələr və 1 monoqrafiya yazmış və çap etdirmişdir.
Teymur Vəliyev Azərbaycan Respublikasının orta ümümtəhsil məktəblərinin yuxarı sinifləri üçün ilk iqtisadiyyat dərsliyinin müəllifidir.
Xülasə:
- Normal mənfəət – bu sahibkarın mükafatıdır. Bu, elə bir mənfəətdir ki, sahibkar ondan az məbləğə razı deyil.
- İqtisadi mənfəət – normaldan çox olan mənfəətdir.
- Qısamüddətli dövr ərzində firmaların istehsal gücü sabit olur. Firma öz gücünü çox və ya az intensiv istifadə edə bilər. Halbuki müəssisənin miqyasını dəyişdirmək üçün onun vaxtı kifayət qədər deyil.
- Azalan Qaytarma Qanunu sübut edir ki, avadanlığın həcmi sabit qaldığı halda digər resurs, məsələn, iş qüvvəsi əlavə etsək müəyyən dövrdən sonra marjinal məhsulun azalması baş verəcək.
- marjinal xərclər –daha bir məhsul vahidinin istehsalına çəkilən əlavə xərclərdir. MC marjinal xərc əyrisi ən aşağı nöqtələrdə ATC və AVC əyriləri ilə kəsişir.
- Uzunmüddətli dövr o dövrdür ki, həmin müddətdə firma bütün istifadə olunan resursların miqdarını, o cümlədən həm də müəssisənin miqyasını dəyişməyə imkan tapa bilsin.
Dostları ilə paylaş: |