Q iymət səviyyəsi
P1 MC
P2 * ATC
P3 *
AVC
*
AFC
Q
Buraxılışın miqdarı
Şəkil 25. Marjinal, orta ümumi, orta dəyişən
və orta sabit xərclərin əyrisi
Qrafikdən göründüyü kimi, məhsul buraxılışının artması zamanı orta sabit xərclər aşaüı düşür, orta dəyişən xərclər də əvvəlcə aşaüı düşür, sonradan istehsalın yüksəlməsinə görə, eləcə də azalan Qaytarma Qanununun təsiri ilə artır. Orta ümumi xərclər də əvvəlcə aşaüı düşür və sonradan istehsalın yüksəlməsi, eləcə də azalan qaytarma Qanununun təsiri ilə artır.
Maræinal xərclər əyrisi AVC və ATC ilə ən aşaüı nöqtədə kəsişir. Əgər MC ATC-dən kiçikdirsə, onda ATC aşaüı düşəcək. Əksinə, MC ATC-dən böyükdürsə, onda ATC mütləq artacaq, AVC üzrə də həmin proses təkrar olunacaq.
Diqqətimizi qiymətlərə cəlb edək.
P1 qiymətində firma iqtisadi mənfəət əldə edir.
P2 qiymətində firma normal mənfəət əldə edir.
P3 qiymətində firma zərərə dözür və fəaliyyətini davam etdirir.
Soruşa bilərsiniz ki, nəyə görə? Ona görə ki, firma hələ ki, dəyişən xərclərin hamısını, sabit xərclərin isə bir qismini ödəmək üçün qazanmaq imkanlarına malikdir. Belə olan halda firmanın işlədiyi halda baülanması ilə müqayisədə itirdikləri xeyli az olur. Real həyatda belə hallar tez-tez baş verir. Bu zaman firma müəyyən müddət ərzində zərərə dözməyə başlayır.
Nə etməli? Firmanı baülamalımı?
Adətən sahibkar bunu etməyə tələsmir. O da bizim kimi, xərclərin qrafikini öyrənir və sonra qərar verir. Tamamilə mümkündür ki, firmanın baülanmasından itirilənlər onun işləməsi səbəbindən baş verən itkilərdən çox olsun. Daha doürusu, sahibkar xərclərin minimumlaşdırılması məsələsinə diqqət yetirir və bu məqsədlə elə qərar qəbul edir ki, onun nəticəsində itkilər minimuma ensin.
Dostları ilə paylaş: |