Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə80/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   176
Q

Məcmu gəlir

Sabit  xərclər

Dəyişən xərclər

Ümumi xərclər

Mənfəət və ya zərər

1

2

3

4

5

6

0

0

100

0

100

- 100

30

1800

100

900

1000

+800

31

1860

100

950

1050

+810

32

1920

100

990

1090

+830

33

1980

100

1025

1125

+855

34

2040

100

1055

1155

+855

35

2100

100

1090

1190

+910

36

2160

100

1150

1250

+910

37

2220

100

1225

1325

+895

38

2280 

100

1310

1410

+870

1-ci sütunda ayaqqabı istehsalının gündəlik miqdarı verilir.

2-ci sütunda gəlirin həcmi, daha doğrusu 1-ci sütunda göstərilmiş miqdarla ayaqqabının 1 cütünün qiymətinin hasili (60 min manat) təqdim olunur.

3, 4 və 5-ci sütunların məlumatları əvvəlki cədvəldən götürülüb.

İndi  bizim qarşımızda duran başlıca vəzifə 6-cı sütun üzrə məlumatların hesablanmasıdır. Bu zaman 2-ci sütunun məlumatlarından 5-ci sütunun  məlumatlarını çıxmaq tələb olunur. Bu məqsədlə belə düstur tətbiq olunur: M=G-X. Sütun (2)- sütun (5)=sütun  (6)

Cədvəldən göründüyü kimi sıfırıncı istehsal səviyyəsi zamanı firma 100 min manat həcmində zərərə davam gətirir ki, bu da onun sabit xərclərinin miqdarını göstərir.

30 cüt ayaqqabı istehsalı zamanı mənfəət 800 min  manatdan ibarətdir və  bundan sonra da hər cüt ayaqqabı vahidinə düşən buraxılışın həcminin artımı mənfəət məbləğini də  çoxaldır.

Cədvəldən göründüyü kimi, mənfəətin maksimum məbləği 35-ci cüt ayaqqabı buraxılışında mümkündür.

Lakin 37-ci cüt ayaqqabı istehsalından sonra ümumi gəlir artsa da, mənfəət azalır.

Bu cədvəlin məlumatlarını 13-cü cədvəlin məlumatları ilə müqayisə edəndə qeyd olunanların  nəyə görə baş verdiyini başa  düşmək olar.

Məsələn, cədvəldən görünür ki, firma  üzrə  36-cı cüt ayaqqabı  istehsalına ümumi xərclər 60 min manat təşkil edir, lakin elə həmin cütün ümumi qiyməti də, yəni satışının dəyəri də 60 min manatdır. Deməli, həmin cüt ayaqqabı istehsalı mənfəət yoxdur və sonrakı cüt ayaqqabı istehsalında zərərin  yaranmasına  gətirib çıxarır.

Sizcə, sahibkar özünüz olardınızsa, gündə neçə cüt  ayaqqabı istehsal edərdiniz?

Əlbəttə ki, otuz beş cüt! Çünki,  istehsalın yalnız  bu səviyyəsində  biz maksimum mənfəət əldə  edə bilərik. Bu vəziyyəti qrafikin  köməyi ilə təsvir  edək.  

R



MC –son hədd xərcləri



MR – son hədd gəliri




Q

R

MP – son hədd mənfəəti







36 Q

Şəkil 24. Son hədd xərcləri və son hədd gəlirlərinin qarşılıqlı əlaqəsi
Qrafik bizim əldə  etdiyimiz nəticələri əyani surətdə təsdiq edir. Göründüyü kimi ayaqqabı buraxılışının artırılması nəticəsində son hədd xərcləri və gəliri çoxaldır.  Son hədd mənfəəti bu iki göstərici  arasındakı fərqlə müəyyənləşdirilir.  Nə  qədər  ki, əyri  üzərində MR=MC nöqtəsi  əldə olunmayıb,  o vaxta kimi mənfəət  artır və bu da müsbət dəyişiklikləri xarakterizə edir. Bu nöqtəyə çatandan sonra  mənfəət aşağı  düşməyə başlayır və beləliklə də son hədd mənfəəti mənfi işarə ilə  ifadə olunur.

Sual  verə bilərsiniz ki, nəyə görə belə vəziyyət  yaranır? Hansı səbəbdən gəlir xərclərə bərabər  olur?  Axı, belə vəziyyətdə onların fərqi sıfırı ifadə edir,  bu  isə o deməkdir ki, mənfəət yoxdur?

Burada bir "sirr" gizlənir. Bir çox hallarda ona o qədər də diqqət  yetirilmir.

Gəlin, bir daha xərclərin tərkibinə nələr daxil olduğunu yada salaq?

Bazar iqtisadiyyatlı bir çox ölkələrdə xərclərin tərkibinə biznesin təşkili və mənfəətin minimumlaşdırılması naminə hətta "sahibkarlıq qabiliyyəti" resurslarına görə ödənilən haqlar da daxil edilir.

Belə olan halda sıfır mənfəətinin izahı ondan ibarətdir  ki,  istənilən istehsalat fəaliyyəti nəticəsində əldə edilmiş gəlir istifadə olunmuş bütün 4 növ resurslara görə haqların   hamısını ödəyir və əlavə vəsait qalmır. Deməli, bu zaman sahibkar öz mənfəətini xərcləri çərçivəsində qazanır.



Bu mənfəətə, yəni sahibkarın öz işlərini təşkil etmək üçün əldə etdiyi vəsaitə normal mənfəət deyilir.

Bundan aşaüı mənfəət sahibkarı qane etmir. Çünki, normal mənfəətdən az vəsaitlə fəaliyyəti davam etdirmək sərfəli deyil və  buna görə də  sahibkar  işlərini dayandıraraq biznesinin başqa sahədə təşkilinə başlayır.




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin